Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-431/2022 29.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı X1 nümayəndəsi X3 Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı əmlakın mənzildən məcburi qaydada çıxarılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı əmlakın mənzildən məcburi qaydada çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X5 iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh illərdir ki, mülkiyyətinə qanunsuz sahiblənərək onun mülkiyyət hüququnu pozmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2020-ci il tarixli 2(107)-405/2020 saylı qətnaməsi ilə cavabdehin Ağdaş şəhəri, X13 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi, 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyriqanuni istifadəsinə son qoyulması, X1 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmə qərarı 04 iyun 2021-ci ildə icra edilmişdir. Ancaq qətnamədə cavabdehin əşyalarının çıxarılması qeyd edilmədiyi üçün cavabdehə məxsus əşyalar onun evindədir. Bunun üçün də cavabdeh tərəfindən mənzildən istifadəsinə maneələr yenə də davam edir və o, evinə yerləşib istifadə edə bilmir. Cavabdeh də xeyli müddətdir ki, evdən çıxarılmasına baxmayaraq evdə olan əmlak və əşyalarını götürməmişdir. Cavabdehin özünə məxsus əmlak və əşyaları hələdə ona məxsus evdə qalmışdır. Sözügedən mənzil mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətində olduğundan cavabdeh və ailə üzvlərinə məxsus evə girərkən mülkiyyətçi kimi onunla hər hansı formada müqavilə bağlamadıqlarından o, həmin evdən istifadə hüququ qazanmamışdır. Cavabdehin özünə məxsus əmlak və əşyalarını ona məxsus evdən çıxarması barədə onun özünə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq könüllü olaraq özünə məxsus həmin əmlak və əşyalarını aparmamışdır. Hazırda cavabdeh əmlak və əşyalarını evdən çıxartmadığı üçün mənzildən istifadə edə bilmirlər. Həmin əmlak və əşyaları və evi o vəziyyətdə görmək ona mənəvi təsir edir. Bununla da mülkiyyətçi kimi onun mülkiyyətində olan mənzilin üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, cavabdehə məxsus əmlak və əşyalarının Ağdaş şəhəri, X13 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli ona məxsus mülkiyyətində olan mənzildən (keçmiş Q.Oktyabr küçəsi, 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılması xahiş edilir. İddiaçı X1 nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, sözü gedən evi mərhum əri ilə birlikdə almışlar və Fazil Əbdürəhimov 12 saylı, 05 dekabr 1984-cü il tarixli orderi onlara verərək ailə üzvləri ilə birlikdə əşyalarını götürərək həmin mənzildən çıxmışlar. O, həmin mənzildə və həyətində təmir işləri aparmış və təmir işlərinə müəyyən məbləğdə vəsait xərcləmişdir. Sonradan cavabdeh Fazil Əbdürrəhimov ondan əşyaları ilə birlikdə həmin mənzildən çıxmağını tələb etmişdir. O, isə həmin mənzildə əsaslı təmir işləri apardığı üçün mənzilə çəkilmiş xərcin və həmin mənzilin alınması üçün ödənilmiş pulun əvəzinin ona qaytarılmasını bildirmişdir. Fazil Əbdürəhimov pulu verməkdən imtina etdiyi üçün mənzilə ödənilmiş və çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, lakin cavabdeh pulu ödəməkdən imtina edir. Qətnamədə əyşaların mənzildən çıxarılması qeyd olunmayıb. O, hal-hazırda küçədə yaşayır. Fazil Əbdürəhimov pulu ona qaytardığı halda mənzildən əşyaları çıxaracaq. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollogiyasının 22 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X1 Cavabdeh qarşı mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollogiyasının 04 mart 20220-ci il tarixli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia təmin edilmiş, Cavabdeh Ağdaş şəhəri, X13 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi, 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulması, X1 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, Cavabdeh və vəkili X6 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollogiyasının 04 mart 20220-ci il tarixli 2(107)-405/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 04 iyun 2021-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icra məmurları, tələbkarın və Ağdaş RPŞ-nin əməkdaşlarının köməkliyi ilə Cavabdeh Ağdaş şəhəri, X.R.Ulutürk küçəsi 2, mənzil 12-dən (keçmiş Q.Oktyabr küçəsi, 4cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmış, onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulmuş, X5 və onun ailə üzvlərinin həmin mənzildən istifadəsində borclu tərəfindən yaradılan maneələr aradan qaldırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 mənzilə görə 1600 ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla), mənzilə çəkilmiş xərcə görə 6475 manat 40 qəpik və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun 10 manatı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən şəxsin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü madəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollogiyasının 04 mart 20220-ci il tarixli qətnaməsi ilə Cavabdeh Ağdaş şəhəri, X13 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi, 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulması, X1 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, qətnamə icra edilərək 04 iyun 2021-ci il tarixdə Cavabdeh qeyd olunan mənzildən çıxarılmış, lakin ona məxsus əşyalar həmin mənzildə qalmışdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü madəsinin tələbinə uyğun olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyi və yenidən sübut edilmədyi üçün iddia təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlak və əşyalar X4 məxsus Ağdaş şəhəri, X13 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi, 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi, 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-431/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-431/2022
29.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver