Məhkəmə qərarları › İş №2(014)-45/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-45/2022

21.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-45/2022 21.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyevə Mələk Məmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh X7 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı mülkiyyətin bərpası və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı mülkiyyətin bərpası və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 66 ünvanında yerləşən 51,8 kv.metr yaşayış sahəsini və 0,0375 ha torpaq sahəsini 07 noyabr 2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 dəyərini ödəməklə almışdır. Alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 noyabr 2020-ci il tarixli, ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən göstərdiyi ünvanda yerləşən torpaq sahəsi və yaşayış evi ona məxsusdur. Hətta bu ünvanı aldıqda Cavabdeh1 həmin torpaq sahəsinə bitişik, illərdir onun istifadəsində olan 88 kv.metr olan torpaq sahəsini də ona satmışdır. Həmin torpaq sahəsini aldığı gündən bütün vergilərini o ödəyir. Bütün torpaq sahəsinə 45.000 (qırx beş min) manat ödəmişdir. Rəsmi sənəddə yaşayış evi və torpaq sahəsi 51,8 kv.metr və 0,0375 ha göstərilsə də ödədiyi məbləğdən görünür ki, o bu pulu əlavə 88 kv,metr olan torpaq sahəsini də almaq üçün ödəmişdir. O aldığı torpaq sahəsində yerləşərkən və ölçərkən məlum olmuşdur ki, ona təqdim edilmiş torpaq sahəsi xeyli azdır. Cavabdeh X1 müraciət edəndə ona məlum olmuşdur ki, uzun illərdir ki, Cavabdeh1 ilə öz dayısı X10 arasında torpaq mübahisəsi gedirmiş, həmin torpaq sahəsini isə Cavabdeh1 xalası X9 tərəfindən ona 15 may 2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında bağışlamışdır. Lakin dayısı ilə aralarındakı mübahisə dayansın deyə ona satmış olduğu 0,375 ha torpaq sahəsinin 32 kv.metrini, 88 kv.metr torpaq sahəsinin isə 48 kv.metrini dayısı, cavabdeh X5 istifadəsinə vermişdir. Bunu da ondan gizlətmiş, etibarından sui-istifadə edərək, 45.000 manatını mənimsəməklə ona nəzərdə tutulmuş torpaq sahəsindən az torpaq sahəsi vermişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)- 393/2015 saylı, 12 avqust 2015-ci il tarixli, Şəki İnzibat-İqtisadi Məhkəməsinin 2(84)-1011/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnamələrindən gürünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında illərdir torpaq mübahisəsi gedirmiş, bunu isa cavabdeh mübahisəli torpaq sahəsini ona satarkən Cavabdeh1 ondan gizlədərək onu aldatmışdır. Cavabdehlərin təqsiri üzündən o pulunu ödəyib aldığı və mülkiyyətində olan torpaq sahəsinə istifadə və sahiblik edə, sərəncam verə bilmir. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh2 cavabdeh X11 ilə əvəz edilməsini, X7 Ağdaş rayonu, Heydər Əliyev prospekti, 66 ünvanında yerləşən İddiaçı məxsus 0,0375 ha torpaq sahəsinin zəbt etmiş olduğu 46 kv.m hissəsindən, ondan ayrılmış və pulunu ödəyib aldığı 88 kv.m torpaq sahəsinin isə zəbt etdiyi 48 kv.m hissəsindən çıxarılmasını, həmin torpaq sahələrinin üzərində İddiaçı sahiblik, istifadə və sərəncam vermək hüuqunun bərpa edilməsi və həmin torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasını, torpaq sahəsinin üzərində İddiaçı sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran qeyri-qanuni hüquqa zidd hərəkətlərə son qoyulmaqla gələcəkə bu cür hərəkətlərə son qoymaqla gələcəkdə bu cür hərəkətlərə yol verilməsi Cavabdeh1 və X8 qadağan edilməsini, eyni zamanda Cavabdeh1 qanunsuz hərəkətlərinə görə barəsində xüsusi qərardad çıxarılaraq istintaq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iddianın Cavabdeh1 aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 66 ünvanında yerləşən 51,80 m2 ümimi sahəsi olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0375 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hüquq sahibi İddiaçıdur. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(84)-1011/2018 saylı qərardadının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı hissəsində sərhədlərin mövcud vəziyyətə uyğunlaşdırılmasının və adlarına yeni sənəd verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mumkun sayılmaması qərara alınmışdır. İşin materiallarında olan xx.xx.2014-cü il tarixli torpaq sahəsinin bağışlanma müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, X9 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi,xx.xx.2013, RX seriyalı, ******* saylı, 13 №-li reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış əsasında kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı olan, Ağdaş şəhəri ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,0375 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)- 393/2015 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşən özbaşına tikilinin məcburi qaydada sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qet edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 6591 saylı Fərdi yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətindən görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 66 ünvanında Cavabdeh1 0,0375 ha sənəd üzrə torpaq sahəsi, 0,0463 ha faktiki sahə, 0,010932 ha tikinti altı sahəsi, 0,0354 ha digər sahələr məxsusdur. Həmin sənədin xüsusi qeydlər qrafasında qeyd edilmişdir ki, həyətyanı sahədə bələdiyyə mülkiyyətinə aid 88 m2 qanunsuz istsfadə olunun torpaq sahəsi mövcuddur. Tikintialtı sahə 13,92 m2 olan “C” tikilisi, tikintialtı sahəsi 5,39 olan 1 literi və tikilialtı sahəsi 14,2 m2 olan ”B” tikilisinin 2,89 m2 hissəsi həmin torpaq sahəsinndə yerləşdiyi üçün ümumi tikintialtı sahəyə daxil edilməmişdir. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli bələdiyyə aktından görünür ki, Cavabdeh1 məxsus 0.0375 ha və 0.0088 ha zəbt olunmuş torpaq sahəsi ona göstərilərək, 0.0088 ha zəbbt olunmuş torpaq sahəsinin sənədləşdirilməsi ona bildirilmişdir. Akt tərtib edilən zaman heç bir narazılıq olmamışdır. İşin materiallarına olan Azərbaycan Respublikası Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, № 291 saylı məktubundan görünür ki, 0,0088 ha zəbt qeyd olunan torpaq sahəsinin bir hissəsinin üzərində Cavabdeh1 həmin ünvanda yerləşən digər yaşayış evində yaşayan dayısı Cavabdeh2 istifadə etdiyi hamam, sanitar qovşağı tikintisi və gedişgəliş yolu vardır. Cavabdeh1 zəbtində qeyd edilən 0,0088 ha torpaq sahəsi sənədləşdirilərsə Cavabdeh2 giriş yolu bağlanır. Cavabdeh1 anası X3 Ağdaş rayon İcra Hakimiyyətinə, Ağdaş Rayon Məhkəməsinə, Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Bələdiyyəsinə, ünvan 3 ünvanladığı çoxsaylı şikayət ərizələri əsasında 06 mart 2018-ci il tarixdə ünvan 4 ünvanda birgə yaradılmış komissiya vasitəsilə torpaq sahəsinə baxış keçirilmişdir. Cavabdeh1 və Cavabdeh2 həyətlərinə giriş qapıları göstərilərək akt tərtib olunmuşdur. İşin materiallarına olan Azərbaycan Respublikası Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, aktından görünür ki, Ağdaş şəhəri H.Əliyev prospektində yaşayan- X3 iştirakı ilə tərtib edimiş həmin aktı ondan ötrü ki, 02 mart 2018- ci il tarixdə Ağdaş rayon İcra Hakimiyyətinin Başçısının qəbulunda olan Minayə Qasımova və onun oğlu Cavabdeh1 ünvan 4 ünvanda bacısı Səmayə tərəfindən oğluna bağışlanmış 0,0375 ha torpaq sahəsinin düzgün onlara göstərilib verilməməsi və göstərilməməsi ilə əlaqədar komissiya tərəfindən həmin həyətə baxış keçirilmişdir. DƏDRX-nin əməkdaşları tərəfindən Minayə Qasımovaya məxsus torpaq sahəsi ona göstərilmişdir. Cavabdeh1nın iddia etdiyi torpaq sahəsində həmin həyətdə yaşayan Aqil Cəlilova məxsus hamam və ayaqyolu tikintisinin olması və həmin yoldan Cəlilovlar ailəsinin istifadə etməsini, Kadastr və Yerquruluşu Layihə - Tədqiqat mərkəzi 17 saylı Layihə Tədqiqat idarəsinin xx.xx.2016 -cı il tarixli, 23 nömrəli məktubunda cavabdeh və iddiaçının birlikdə istifadə etdikləri küçəyə çıxış darvazasının yarısı iddiaçının mülkiyyətində olan 0.0375 ha həyətyanı torpaq sahəsinin, digər yarısının isə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində olması Minayə Qasımovaya bildirilmiş və ona məxsus torpaq sahəsinin sərhədləri Minayə Qasımova və Aqil Cəlilova göstərilmişdir. İşin materiallarına olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 sayli Yevlax ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, № **********75 saylı məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən 0,0375 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=708885.98, Y=4501666.9, X=708865.58, Y=4501665.89; X=708879.6, Y=4501654.44; X=708871.19, Y=4501682.68, X=708864.1, Y=4501661.62, X=708889.31, Y=4501673.4. Əlavə məlumat olaraq qeyd edilir ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 66 nömrəli ünvanda yerləşən 0,0375 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinə dair texniki pasportun verilməsi haqqında müraciət olunmadığı üçün İddiaçı adına texniki pasport tərtib edilməmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli, № 10/2523 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən, məhkəmə tərəfindən təqdim olunan koordinatlarla müəyyənləşən İddiaçı məxsus olan Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 66 ünvanında yerləşən 405,5 m2 torpaq sahəsinin 46 m2 hissəsinin Cavabdeh2 naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağdaş bələdiyyəsinin 26 fevral 2015-ci il tarixli aktında göstərilmiş 0,088 hektar torpaq sahəsinin koordinatlar əks olunmuş plan-cizgi materialları təqdim olunmadığı üçün sözügedən torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İşin materiallarına olan mədaxil qəbzindən görünür ki, İddiaçı 406 manat məbləğində ekspertiza tədqiqatının dəyərini ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı əsasında İddiaçı Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 66 ünvanında yerləşən 0,0375 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 46 kv.m. Cavabdeh2 vərəsəsi, X11 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2 rayonu, Heydər Əliyev prospekti 66 ünvanında yerləşən İddiaçı məxsus 0,0375 ha torpaq sahəsinin zəbt etmiş olduğu 46 kv.m. hissəsindən çıxarılmalı, həmin torpaq üzərində İddiaçı sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilməli və həmin torpaq sahəsi onun sahibliyinə qaytarılmalı, həmin torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran qeyri-qanuni hüquqa zidd hərəkətlərə son qoyulmaqla, gələcəkdə bu cür hərəkətlərə yol verilməsi X8 qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 rayonu, Heydər Əliyev prospekti 66 ünvanında yerləşən İddiaçı məxsus 0,0375 ha torpaq sahəsinin zəbt etmiş olduğu 46 kv.m. hissəsindən çıxarılsın. Həmin torpaq üzərində İddiaçı sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilsin və həmin torpaq sahəsi onun sahibliyinə qaytarılsın. Həmin torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran qeyri-qanuni hüquqa zidd hərəkətlərə son qoyulmaqla, gələcəkdə bu cür hərəkətlərə yol verilməsi X8 qadağan edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 406 (dörd yüz altı) manat cavabdeh X6 tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar