Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-466/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı qeydiyyatda olduğu evə köçürülmə, əşyalarının yerləşdiyi evin dörd otağından, həmçinin üzərində inşa edilmiş ata evi daxil olmaqla torpaq sahəsinin ona aid hissəsindən istifadə qaydasının müəyyən edilməsi, cavahdehlərin mübahisəli evdə yaratdığı süni maneələrin aradan qaldırılması və evə daxil olmaq üçün cavahdehlərin sonradan dəyişdirdikləri bayır və içəri otaqların üzərindəki açarların bir nüsxəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı qeydiyyatda olduğu evə köçürülmə, əşyalarının yerləşdiyi evin dörd otağından, həmçinin üzərində inşa edilmiş ata evi daxil olmaqla torpaq sahəsinin ona aid hissəsindən istifadə qaydasının müəyyən edilməsi, cavahdehlərin mübahisəli evdə yaratdığı süni maneələrin aradan qaldırılması və evə daxil olmaq üçün cavahdehlərin sonradan dəyişdirdikləri bayır və içəri otaqların üzərindəki açarların bir nüsxəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ata evləri olan Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 ünvanında qeydiyyatdadır. İşləmək məcburiyyətində qaldığından o, hər həftənin beş iş günü Bakı şəhərinə gəlmək məcburiyyətində qalır. Lakin onun ata evindən başqa qalmağa yeri yoxdur. Cavabdehlər X1 anası, X2 qardaşı və Cavabdeh2 isə bacısıdır. Onun evdə olmamağından istifadə edən cavabdehlər evi satmaq üçün o, evdə olmadığı müddətdə hər dəfə evə müştəri dəvət edirlər. Onun başqa yaşayış yeri olmadığından mübahisəli evin satılmasına qətiyyən razı deyil və həyətin ona çatan 0,08 ha torpaq sahəsini və mövcud dörd otağından ən azı iki otağının istifadəsində qalmasını cavabdehlərdən tələb edir. Bundan başqa cavabdehlər evin darvazasının, daxil olmaq üçün bayır və otaqların açarlarını dəyişdirərək, evinə daxil olmaq üçün ona süni maneə yaratmaqdadırlar. Cavahdehlərin bu özbaşınalıqlarının qarşısının alınması üçün o, cavabdehlərə müraciət edib, bu barədə şifahi olaraq narazılığını və iradını bildirsə də, cavabdehlər qardaşı, bacısı və anası “öz bildiklərini edəcəkləri” kimi ona cavab vermişlər. O, evdə olmadığı müddətdə isə cavabdehlər evi satmaq üçün maklerləri və tanımadığı adamları dəvət edərək müştəri axtarışındadırlar. Cavabdehlərin ona qarşı saymazyana davranışları, kobudluğu və özbaşınalıqlarından, “ölsən də sənə heç bir ev düşməyəcək, bu evdən sənə heç nə çatmayacaq” kimi ifadələrindən və qanunsuzluqlardan bezərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeydiyyatda olduğu 18 sot torpaqda inşa edilmiş Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 ünvanında yerləşən dörd otaqlı ata mülkü olan evə köçürülməyi, ona məxsus əşyalarının olduğu dörd otağın ikisinin onun istifadəsində saxlanılmaqla istifadə qaydasının müəyyən edilməsi, sanitar qovşaqların, mətbəx və eyvanın ümumi istifadədə saxlanılması, ona cavabdehlər tərəfindən süni yaradılmış maneələrin aradan qaldırılması, darvazanın, evin bayır və içəri qapılarının qıfıllarının bir nüsxələrinin ona məcburi qaydada təqdim edilməsinə dair iddia tələbinin təmin edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu mülki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları da tətbiq edilməlidir. İddia tələbi əsaslıdır, ona görə də qeydiyyatda olduğu 18 sot torpaqda inşa edilmiş Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 ünvanında yerləşən dörd otaqlı ata mülkünə köçürülməyi, ona məxsus əşyalarının olduğu evin dörd otağından ikisinin və 0,08 ha torpaq sahəsinin onun istifadəsində saxlanılmaqla istifadə qaydasının müəyyən edilməsi, sanitar qovşaqların, mətbəx və eyvanın ümumi istifadədə saxlanılması, cavabdehlər tərəfindən süni yaradılmış maneələrin aradan qaldırılması, darvazanın, evin bayır və içəri qapılarının qıfıllarının bir nüsxələrinin ona məcburi qaydada təqdim edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh dəfələrlə dəvət edilsə də, məhkəməyə gəlməmişdir. Ona görə də işə qiyabi baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehlərin iştirakları olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1981-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, X2 02.02.197-cu ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1961-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1984-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.0563 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh1 adına 2006-cı il tarixli, JN-2947A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də 5 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə qeyd edilmişdir. Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 nömrəli fərdi yaşayış evinin kimin mülkiyyətində olması barəsində dövlət reyestrində məlumat aşkar edilməmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 ünvanında yerləşən mənzildə qeydiyyatda olmasına baxmayaraq, cavabdehlərin hərəkətləri nəticəsində həmin mənzilə köçüb, qeyd olunan mənzildən istifadə edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qeydiyyatda olduğu Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 ünvanında yerləşən evə köçürülməli, əşyalarının yerləşdiyi evin dörd otağından ikisinin və 0,08 ha torpaq sahəsinin onun istifadəsində saxlanılmaqla mübahisəli evdən istifadə qaydası müəyyən edilməli, cavahdehlərin mübahisəli evdə yaratdığı süni maneələr aradan qaldırılmalı və sanitar qovşaqlar, mətbəx və eyvan ümumi istifadədə saxlanılmalı, cavabdehlər tərəfindən süni yaradılmış maneələr aradan qaldırılmalı, darvazanın, evin bayır və içəri qapılarının qıfıllarının bir nüsxələri iddiaçıya məcburi qaydada təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı qeydiyyatda olduğu evə köçürülmə, əşyalarının yerləşdiyi evin dörd otağından, həmçinin üzərində inşa edilmiş ata evi daxil olmaqla torpaq sahəsinin ona aid hissəsindən istifadə qaydasının müəyyən edilməsi, cavahdehlərin mübahisəli evdə yaratdığı süni maneələrin aradan qaldırılması və evə daxil olmaq üçün cavahdehlərin sonradan dəyişdirdikləri bayır və içəri otaqların üzərindəki açarların bir nüsxəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı qeydiyyatda olduğu Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 54 ünvanında yerləşən evə köçürülsün, əşyalarının yerləşdiyi evin dörd otağından ikisinin və 0,08 ha torpaq sahəsinin onun istifadəsində saxlanılmaqla mübahisəli evdən istifadə qaydası müəyyən edilsin, cavahdehlərin mübahisəli evdə yaratdığı süni maneələr aradan qaldırılsın və sanitar qovşaqlar, mətbəx və eyvan ümumi istifadədə saxlanılsın, cavabdehlər tərəfindən süni yaradılmış maneələr aradan qaldırılsın, darvazanın, evin bayır və içəri qapılarının qıfıllarının bir nüsxələri iddiaçıya məcburi qaydada təqdim edilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-466/2023
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-466/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver