Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-469/2021 16.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borc pul məbləğinin məcburi qaydada alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin məcburi qaydada alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 670 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixindən tanıyır. Cavabdeh ona bildirmişdir ki, onun DAEVYOO NEXİA markalı avtomobili var və satmaq niyyətindədir. Odur ki, o, öz avtomobilini satıb cavabdehlə avtomobili almaq məqsədi ilə danışıq aparmışdır. Cavabdehlə danışıqları zamanı ona məlum olmuşdur ki, adı gedən avtomobillə bağlı cavabdehə verilən etibarnamənin müddəti bitmişdir. Cavabdeh avtomobilin sahibinə onun yanında zəng etmiş və bildirmişdir ki, o, avtomobili satmışdır. Odur ki, avtomobilin sahibindən DAEWOO NEXİA markalı avtomobillə bağlı ona etibarnamə verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixində Mingəçevir şəhər Asan Xidmətdə yerləşən Notariat kontorunda avtomobillə bağlı ona etibarnamə verilərkən, notarius əməkdaşı ona avtomobilin cəriməsinin olduğunu bildirmişdir. Odur ki, o, həmin dəqiqə Cavabdeh zəng etmiş, lakin cavabdeh ona cərimələr barədə narahat olmamağı yaxın vaxtda həmin cərimələri özü ödəyəcəyini bildirmişdir. Cavabdeh onu razı salandan sonra o, etibarnaməni qəbul etmişdir. DAEWOO NEXİA markalı avtomobili o, alıb adına keçirdən zaman avtomobilin üzərində olan cərimələri tam olaraq, yəni 670 manat pul məbləğini Dövlət nəfinə YPX-in vasitəsiylə ödəmişdir. Cavabdeh 670 manat pul məbləğini dəfələrlə tələb etməyinə baxmayaraq, qeyd edilən pul məbləğini cavabdeh könüllü olaraq ona verməsindən imtina edir. Odur ki, hazırda iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya avtomobili 1300 manata satmışdır. Avtomobili satarkən cəriməsi olduğunu bildirmişdir. Qeyd edir ki, 6000 manatlıq avtomobili iddiaçıya 1300 manata satmışdır. Hazırda həmin avtomobil üçün 8000 manat da Okesan Seymura pul ödəməlidir. Belə ki,avtomobilin ödənişini bir müddət gecikdirmişdir. Qeyd edir ki, o, heç vaxt iddiaçıya avtomobilin cəriməsini ödəyəcəyini bildirməmişdir. O, iddiaçıya dəyərindən aşağı olan avtomobili satmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədiqiq edilən Ağdaş rayon Polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixdə tətbiq edilmiş 400 manat məbləğində cərimə borcu dəbbə pulu ilə birlikdə 640 manat məbləğində pul xx xxxxxxxx 2020-ci il tarixdə HÖP ödəniş sistemi vasitəsi ilə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamış, belə ki, mübahisəli avtomobil cavabdehin mülkiyyətində olmamışdır. Əgər avtomobilin alqı-satqısı tərəflər arasında bağlansaydı belə, alıcı avtomobili almamamışdan qabaq cəriməsi barədə xəbərdar edilmişdir. Lakin iddiaçı cəriməni ödəməyi cavabdehin öz öhdəsinə götürdüyünü bildirsə də cavabdeh tərəf bunu təkzib etmişdir. Belə ki, iddia tələbinin əsasları cavabdeh tərəfindən etiraf edilmədiyi halda iddiaçı tərəf məhkəmədə bu halı mötəbər sübutla əsaslandırmağa borcludur. Lakin iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Hətta Ağdaş rayon Polis şöbəsində iddiaçının cavabdeh barəsində şikayəti əsasında toplanmış materialdan görünür ki, iddiaçı aldığı avtomobilin cəriməsi barədə əvvəlcədən məlumatlı olmuş,həmçinin cavabdeh cəriməni ödənilməsini öhdəlik kimi öz üzərinə götürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır, odur ki, rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin məcburi qaydada alınması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-469/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-469/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver