Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-47/2023 09.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətinə reyestr nömrəsi **********32, qediyyat nömrəsi ********** olan 0,3644 ha torpaq sahəsi verilmişdir. Üç ilə yaxındır ki, ona məxsus torpaq sahəsinin 0,01 ha hissəsi cavabdeh tərəfindən onun razılığı olmadan istifadə edilmişdir. Həmkəndli olduğu üçün dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh iddiaçının torpağını tərk etməyib. Həmçinin cavabdehin onun mülkiyyətində qanunsuz 64 kv.m tikintisi mövcuddur. Dəfələrlə cavabdehdən qanunsuz tikintinin sökməyi, torpağını qaytarmağı tələb etsə də cavabdeh qanunsuz hərəkətlərinə hələ də davam edir. Hazırda üç ildir ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt etmişdir və qanunsuz istifadə edir. Hazırda cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən 0,01 ha hissəsi zəbt olunmaqla mülkiyyətçi hüquqları kobudcasına pozulmuşdur. Göstərilənlərə əsasən Cavabdeh Ağdaş rayonu, Qarağan Şıxlar kəndi ərazisində iddiaçını mülkiyyətində olan 0,3644 ha torpaq sahəsinin qanunsuz zəbt etdiyi 0,01 ha hissəsindən cavabdehin çıxarılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması, həmçinin hüquqi xidmətlə bağlı ödənilmiş 100 manatın və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, ünvan 1 torpaq sahəsi qanuna uyğun olaraq verilib. Torpaqla bağlı sənədləri qaydasındadır. Sahibkar qismində Dövlətə vergi ödəyir. İddiaçının qeyd etdiyi və iddiasında göstərdiyi məlumatlar yalandır. Belə ki, o, 24 kv/m mübahisəli obyektindən 2007-ci il tarixindən istifadə edir. Bələdiyyə sənədləri tam olaraq ona verilib və o, öz sənəti ilə sahibkarlıq edir. İddiaçı onunla ədavətçilik aparır və onunla pis münasibətdədir. Beləliklə iddiaçının tələbi qanuna uyğun deyil və iddiaçı onun obyektini əlindən almaqla qazandığı əmək haqqına pisilik edib özü varlanmaq məqsədindədir. İddiaçının iddia ərizəsi iftira yolu ilə tərtib edilib. İddiaçının tələbi qanuna uyğun deyil. Hazırda iddiaçı onun obyektinə gedən yolu bağladıb və onu şərləyib dava salaraq məsuliyyətə cəlb etdirmək istəyir. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək sözügedən torpaq sahəsinini 2007-ci ildə Ağdaş rayonu Yuxarı Qəsil kənd Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə ona verildiyini, həmin vaxtdan torpaq sahəsinin sahibkar kimi istifadə etdiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA № 464229 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətinə Ağdaş rayonu, Qarağan Şıxlar kəndindən 0,3644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Qarağan Şıxlar kəndinə yerləşən 0,3644 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Qəsil bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, vətəndaş Cavabdeh sabiq Ağdaş rayon Qarağan bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolunun qərarı əsasında alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 0,0024 ha və ya 24 m2 torpaq sahəsi ayrılıb verilmişdir. İşin materiallarında olan 29 oktyabr 2007-ci il tarixli Ağdaş rayonu, Qarağan Şıxlar kənd sakini Cavabdeh sahibkarlıq üçün torpaq sahəsi istəməsi barədə protokolun surətindən görünür ki, Cavabdeh bələdiyyə torpağından 0,0024 hektar torpaq sahəsi verilməsi qərara alınmışdır. İşin materiallarında olan Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Ağdaş rayon Qarağan bələdiyyə ərazisində 0,0024 hektar torpaq sahəsinin Cavabdeh satılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 nömrəli qərar qəbul edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 3- 21-3-35/2-643/2023 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(014)-1495/2022 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: - İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. - Cavabdeh alqı-satqı yolu ilə verilmiş 0,0024 ha torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsi ilə üst-üstə düşür. - Torpaq sahələrinin sənəd və məkan göstəriciləri əsasında uyğunsuzluqlar mövcuddur. - Uyğunsuzluqların aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. - Torpaq sahələrinin sərhədlərini sənəd üzrə naturada tanıdılması zamanı digər torpaq sahələrinin hüquqları pozulmur. - Mülkiyyətçilərin müraciətləri əsasında torpaq sahələrinin sənəd üzrə naturada tanıdılması zamanı pozulursa, həmin torpaq sahələrinin kimlərə məxsus olmasını müəyyən etmək olar. - İddiaçı xx.xx.2019-cyu il qediyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. - İstifadə edilən torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. - İddiaçının faktiki istifadəsində 0,3580 ha torpaq sahəsi, cavabdehin faktiki istifadəsində 66,65 kv.m torpaq sahəsi vardır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli, 10/2200 nömrəli ekpsert rəyinin surətindən görünür ki, - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh alqı-satqı yolu ilə verilmiş 0,0024 ha torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsi ilə üst-üstə düşmür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin sənəd və məkan göstəriciləri əsasında uyğunsuzluqlar mövcuddur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, uyğunsuzluqların aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq İcra hakimiyyəti orqanının və ya bələdiyyənin qəraı ilə tərəflər razı olmadıqda, mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin sərhədlərinin sənəd üzrə naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur. - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, mülkiyyətçilərin müraciətləri əsasında torpaq sahələrinin sənəd üzrə naturada tanıdılması zamanı pozularsa, həmin torpaq sahələrinin kimlərə məxsus olmasını müəyyən etmək olar. - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi naturada cavabdeh Süleymanov Rəfai! Əfraim oğlu tərəfindən istifadə edilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, istifadə edilən torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının faktiki istifadəsində 0,3580 ha torpaq sahəsi, cavabdehin faktiki istifadəsində 66,65 kv.m torpaq sahəsi vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətinə reyestr nömrəsi **********32, qediyyat nömrəsi ********** olan 0,3644 ha torpaq sahəsi verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin 0,01 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 63,67 kv.m hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətinə reyestr nömrəsi **********32, qediyyat nömrəsi ********** olan 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı və həmin hissədə olan qanunsuz tikili sökülməklə torpaq sahəsi iddiaçıya qaytarılmalı, Cavabdeh hüquqi xidmətlə bağlı ödənilmiş 100 (yüz) manat və 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətinə reyestr nömrəsi **********32, qediyyat nömrəsi ********** olan 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın və həmin hissədə olan qanunsuz tikili sökülməklə torpaq sahəsi iddiaçıya qaytarılsın. Cavabdeh hüquqi xidmətlə bağlı ödənilmiş 100 (yüz) manat və 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-47/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-47/2023
09.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver