Məhkəmə qərarları › İş №2(014)-474/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-474/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-474/2021 26.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borc pul» tələbinə dair işə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (min) ABŞ dolları, 510 (beş yüz on) AZN və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) AZN pulun ondan alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə təxminən 6 aydır ki, tanışdır. Cavabdeh “DAF” markalı **-RL-*** dövlət nömrə nişanlı ona məxsus yük maşınını idarə etməklə Rusiya Federasiyasına yük aparmış, ordan isə Azərbaycana yeyinti məhsulları gətirmişdir. Sonuncu dəfə həmin avtomobillə yükləri Rusiyaya aparmaq üçün 1000 (min) ABŞ dolları, 510 (beş yüz on) manat pul vermişdir. 08 iyun 2020-ci ildə cavabdeh yük avtomobili ilə yola düşmüş, lakin yaranmış problemlərlə bağlı RF-na keçə bilməmişdir. Verdiyi pulu dəfələrlə cavabdehdən tələb etməyinə baxmayaraq pulu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Nəhayət onun Binəqədi RPİ-nə müraciətindən sonra, ona 1300 (min üç yüz) ABŞ dolları borcunu etiraf etmiş və borcu qaytarmağı öhdəsinə götürmüşdü. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək İddiaçı 1000 (min) ABŞ dolları və 510 (beş yüz on) AZN məbləğində borcu olduğunu, gələcəkdə bu borcunu hissəhissə qaytaracağını, lakin eyni zamanda iddiaçının da ona borclu olduğunu, borcunu qaytarmadığı üçün oda öz növbəsində iddiaçıya olan borcunu gecikdirdiyini bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Binəqədi rayon Polis şöbəsi tərəfindən verilmiş, 24 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsə də, Cavabdeh İddiaçı 1000 (min) ABŞ dolları və 510 (beş yüz on) manat məbləğində borcu olduğunu etiraf etsə də, lakin eyni zamanda iddiaçının da ona borclu olduğunu, borcunu qaytarmadığı üçün oda öz növbəsində iddiaçıya olan borcunu gecikdirdiyini bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 1000 (min) ABŞ dolları, 510 (beş yüz on) AZN məbləğində borcu vardır. İddiaçı Cavabdeh verdiyi pulu geri istəsə də, Cavabdeh iddiaçının borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh 1000 (min) ABŞ dolları, 510 (beş yüz on) AZN məbləğdə borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 (min) ABŞ dolları, 510 (beş yüz on) AZN manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh 1000 (min) ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə), 510 (beş yüz on) AZN manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar