Məhkəmə qərarları › İş №2(014)-5/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-5/2022

19.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-5/2022 19.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X6 kаtibliyi, İddiаçı İddiaçı Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağdaş rayonu, Korarx kənd ərazisində qanunsuz zəbt etdiyi mülkiyyətində olan 0.80 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci ildə ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********48 olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair dövlət çıxarışı ona verilmişdir. Uzun müddətdir ki, onlara məxsus torpaq sahəsinin 0.80 ha hissəsi cavabdeh tərəfindən onların razılığı olmadan zəbt edilməklə istifadə edilmişdir. Həmkəndli olduqları üçün dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh torpağını tərk etməmişdir. Hazırda uzun müddətdir ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifadə edərək qazanc götürür. O isə işsizlikdən əziyyət çəkdiyi üçün ailənin ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Nəticədə o öz torpağını əkib-becərməkdən məhrum olmuşlar və öz torpaqlarından heç bir qazanc götürə bilmirlər. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Cavabdeh tərəfindən torpaq sahəsini 0.80 ha torpaq sahəsi zəbt olunmaqla mülkiyyətçinin hüquqları kobudcasına pozulmuşdur. Mülki iş üzrə İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirdi ki, iddia tələbini qəbul etməyərək, mütəxəsis rəyindən etiraz edir ona görə ki, onun verdiyi rəylə ekspertin verdiyi rəyi üst-üstə düşmür. Birincisi mütəxəssis deyir ki, İddiaçı istifadə etdiyi yerin başdan evi 58 m-dir. Lakin yalnışdır. Həmin yerin eni hal-hazırda 65 mdir. İkincisi mütəxəssis deyir ki, Vasif hal-hazırda 1.073 ha torpaq sahəsindən istifadə edir və 0.37 ha torpaq sahəsini Əlövsət zəbt edib. Lakin bu da yalnışdır ona görə ki, onda Vasifin yeri 2.10 ha olur. Ancaq 2 ha olmalıdır. Belə olan halda onun torpağının hansı hissədə yerləşdiyini, başqa bir mütəxəsisin gəlib ona məxsus torpaq sahəsini göstərməyini, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən 3-cü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 17 saylı Yevlax ərazi idarəsi tərəfindən İddiaçı göndərilmiş 16 iyul 2020-ci il tarixli **********10 saylı məktubdan məlum olur ki, sizin qonşu mülkiyyətçilərin ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X8 və Ağdaş rayon şöbəsinin özəl mərzçəkəni X7 iştirakı ilə yerinə müayinə aparıldı, istifadənizdə olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri elektron baza məlumatlarına əsasən təyin olunaraq göstərildi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon Korarx kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-xx.xx.2032 tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli XVİ-ЖГ 305528 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Ağdaş rayon Korarx kəndində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Korarx kəndi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli aktın surətindən məlum olur ki, vətəndaş Cavabdeh xx.xx.2016-cı il tarixli müraciəti ilə bağlı seriya RX 932411 saylı Dövlət Reyestrindən çıxarışa əsasən Ağdaş rayonu Korar kəndi ərazisində mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Korarx kəndində yerləşən 1.6834 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh Yaşaq oğlunun mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********98 saylı mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayonun Korarx kəndində yerləşən torpaq sahəsinə mütəxəssisin iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək iddiaçı və cavabdeh arasında mübahisələndirilən torpaq sahəsinin koordinatları müəyyən edildi. Həmin torpaq sahəsinn koordinatları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********48 reyestr nömrəsi ilə iddiaçının icarəsinə qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatları ilə tutuşdurulduqda, iddiaçının icarəsində olan 2.0 ha torpaq sahəsinin 0.81 hektar cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********40 saylı mütəxəssis rəyindən məlum olur ki, 1. İddiaçı verilmiş RX seriyalı, ******* saylı çıxarış elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Korarx bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmişdir. RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı faktiki natirada istifadə etdiyi torpaq sahəsinin koordinatları dəqiq ölçməklə müəyyən edildi. Hal-hazırda istifadəsində 1.0735 ha torpaq sahəsi vardır. 2. Cavabdeh RX seriyalı ******* saylı çıxarış elektron bazasında mövcud olan Ağdaş rayonu Korarx Bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmişdir. Ağdaş rayonu Korarx bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçıın idarəsinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. Elektron məlumat bazasında olan xəritə (kompleks yerquruluşu layihəsi) materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə AR Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR-da X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında hazırlanmış “X4 X5 mövcud olan məlumatlara əsasən İddiaçı icarəsinə RX seriyalı, ******* saylı çıxarış verilmiş torpaq sahəsinin 0.3703 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. 3. RX seriyalı ******* nömrəli çıxarış ilə iddiaçıların icarəsində olan Ağdaş rayonunun, Korarx kəndində yerləşən 2.0 ha torpaq sahəsi sənəd üzrə göstəriciləri ilə üst-üstə düşmür. 4. Torpaq sahəsinin faktiki yerləşmə yeri tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. İş materiallarında olan 15754 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəsis rəyi verilməsi üçün 116.49 manat məbləğində pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlaz Ərazi İdarəsinin hesabına ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli 10/6282 saylı ekspert rəyindən məlum olur ki, edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 saylı mütəxəssis rəyinə əsasən İddiaçı verilmiş RX seriyalı, ******* saylı çıxarış elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Korarx bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verildiyi müəyyən olundu. RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı faktiki naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları dəqiq ölçməklə müəyyən edildi. Hal-hazırda istifadəsində 1.0735 ha torpaq sahəsi vardır. Mütəxəssis rəyinə əsasən, Ağdaş rayonu Korarx Bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının idarəsinə verilmiş torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edildi. Elektron məlumat bazasında olan xəritə (kompleks yerquruluşu layihəsi) materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə AR Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR-da X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında hazırlanmış “X4 X5 mövcud olan məlumatlara əsasən İddiaçı icarəsinə RX seriyalı, ******* saylı çıxarış verilmiş torpaq sahəsinin 0.3703 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən RX seriyalı ******* nömrəli çıxarış ilə iddiaçıların icarəsində olan Ağdaş rayonunun, Korarx kəndində yerləşən 2.0 ha torpaq sahəsi sənəd üzrə göstəriciləri ilə üst-üstə düşmədiyi müəyyən edildi. Torpaq sahəsinin faktiki yerləşmə yeri tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Ekspertiziya təhqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçının xx.xx.2018-ci ildə ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********48 olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı həmin 2.0 ha torpaq sahəsinin 0.80 ha hissəsi icazəsi olmadan Cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini qeyd etsə də, iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən, iddiaçının xüsusi mülkiyyətində olan, Ağdaş rayonu Korarx kəndində yerləşən 0.80 ha torpaq sahəsinin 0.3703 ha hissəsi cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Nəticədə cavabdeh iddiaçını öz mülkiyyətlərindən faktiki olaraq məhrum etmişdir, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndi ərazisində yerləşən 0.3703 hektar torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçıya qaytarılmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilməli, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 116.49 manat pul Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndi ərazisində yerləşən 0.3703 hektar torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçıya qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 116.49 manat pulun Cavabdeh alınıb İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar