Məhkəmə qərarları › İş №2(014)-5/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-5/2025

05.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-5/2025 05.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə2 və İddiaçı2 nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və ailə üzvülərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə Ağdaş rayonu Ərəb kəndində J№-0083, KOD 90312038 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 2.24 ha torpaq sahəsi verilmişdir. Belə ki, 2019-cu ildə alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0.73 ha hissəsini X5 adlı şəxsə satmışdır. Qalan hissəsini isə əvvəllər uzun müddət özü istifadə etmişdir. 2018-ci ildən cavabdehlər öz başına həmin torpaq sahəsinə qanunsuz daxil olaraq istifadə etməyə başlamışlar. Belə ki, əvvəllər uzun müddət həmin torpaq sahəsində arpa və buğda əkmişlər. Hətta yığılan buğdanı və ya arpanı cavabdeh X2 məxsus avtomobillə daşıyaraq evlərinə aparmışlar. Bütün bunlara baxmayaraq, bu gün ki vaxtda cavabdehlər həmin torpağı onlaraq məxsus olduğunu iddia edərək qanunsuz zəbt edərək istifadə edirlər. Hətta Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək onlara məxsus torpaq sahəsinin tanıdılmasını xahiş etmişlər. İdarənin əməkdaşları gərlərək həmin torpaq sahəsini onlara tanıtmışlar. Tanıdılma zamanı yenidən məlum oldu ki, iddia etdiyi sahə ona məxsusdur. Buna baxmayaraq, cavabdehlər yenə də həmin topaq sahəsinin onlara məxsus olduğunu iddia edir. Hətta cavabdehlərin qanunsuz hərəkətləri barədə Ağdaş RPŞ-nə müraciət etmişlər. Tələbi mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən olmuşdur. Bu da onun mülkiyyət hüquqlarını pozur. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsi boşaldılmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X4 tərəfindən zəbt edilmiş Nümayəndə2 və ailə üzvülərinın ümumi birgə mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə Ağdaş rayonu Ərəb kəndində J№-0083, KOD 90312038 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.51 ha kənd təsərüfatı yətinatlı torpaq sahəsindən çıxarılmaları və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı Nümayəndə2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə1 iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 iddianı qəbul etməyərək, onlar tərəfindən torpaq sahəsinin zəbt edilmədiyini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Ərəb kəndində yerləşən 0,9004 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş AN410946 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmiş Ağdaş rayonu, Ərəb kəndində yerləşən 0,9004 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir. İşin materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, X3 məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 30 avqust 2024-cü il tarixli, 3-21-3-35/2-3444/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,  1-ci sual üzrə cavab. İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 0,9004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən naturada istifadə edilmir.  2-ci sual üzrə cavab. İddiaçılara məxsus olan **********35 reyestr nömrəli çıxarışla verilmiş 0.9004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada cavabdehlər tərəfindən istifadə edilmir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, № 10/7437 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin yerqurluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd olunur ki,  1-ci sual üzrə cavab. İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 0,9004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən naturada istifadə edilmir.  2-ci sual üzrə cavab. İddiaçılara məxsus olan **********35 reyestr nömrəli çıxarışla verilmiş 0.9004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada cavabdehlər tərəfindən istifadə edilmir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçılar onlara məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu bildirir. Cavabdeh bu tələblə razılaşmır. Bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 0,9004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən naturada istifadə edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar