Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-52/2022 18.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızının Cavabdeh X6 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızının cavabdeh X8 qarşı «mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi» tələbinə dair işə 18 oktyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızının cavabdeh X8 qarşı «mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 19 saylı evin 4 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Kamilla adlı övladları doğulmuşdur. Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Hazırda ayrı-ayrılıqda yaşayırlar. O müvəqqəti olaraq Mingəçevir şəhər ünvan 1 ünvanında yaşayır, cavabdeh isə Ağdaş rayon Aşağı Qəsil kəndinə qeydiyyatda olmasına baxmayaraq, ikinci vətəndaşlıqla RF-nın Saratov şəhərində yaşayır. Bütün mülki işlər üzrə etibarnamə əsasında onun atası Nümayəndə təmsil edir və hansıki oğlu ilə tez-tez əlaqə saxlayır. Cavabdehlə birgə nikah dövründə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binada iki otaqdan ibarət 4 saylı mənzil alınmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən həmin mənzilin ½ hissəsi ona verilmiş və həmin mənzilə köçürülməli idi. Qanuni əsaslarla o həmin mənzilə DƏDRX-dən çıxarış almış, həmin çıxarışda o və cavabdeh Xətai küçəsi 19 saylı evin 4-cü mənzilin ½ hissəsinin mülkiyyətçisi olmağı göstərilmişdir. Lakin bugünədək onun həmin mənzilə köçürülməyi barədə qətnamə icra olunmamışdır. O məcburiyyət qarşısında xəstə anası ilə birlikdə özgənin mənzilində kirayədə yaşayır və hər ay 150 manat kirayə haqqı ödəyir, maddi vəziyyəti ağırdır. Bu vəziyyətdən çıxış yolunu ancaq mənzili hərraca çıxarıb sataraq, əldə edilmiş pulu cavabdehlə aralarında paylara uyğun tən yarı bölünməsində görür. Ona görə də məhkəməyə müraciət edərək paylı mülkiyyətin bölünməsini xahiş etmiş, lakin Mingəçevir şəhər məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə mənzildə olan ½ payın naturada real bölünməsi texniki cəhətdən mümkün olmadığından yəni mübahisəli mənzil bina evində yerləşir, həmin mənzilin girişi-çıxışı və sair kommunal şəraiti ümumidir, təyinatına zərər vurmadan natura şəklində ayrılıb ayrı-ayrılıqda istifadə olunması mümkün deyildir. Mübahisəli mənzilin naturada bölügüsü qeyri-mümkün olduğundan “mənzildə olan payın naturada ayrılması” tələbi təmin edilməmişdir. İddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 19 saylı evin 4 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh öz etirazını mübahisə predmeti olan mənzillə bağlı çıxarışın saxta olması, həmin mənzillə bağlı Mingəçevir Şəhər Məhkəməsinin icraatında iş olması və iddiaçının tələbinin rədd olunması ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 298500 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixli 07 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX ******* saylı çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, Mingəçevir şəhər X15 küçəsi, ev 19, mənzil 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissə olmaqla Cavabdeh və X2 ümumi paylı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçı 18 dekabr 2018-ci il tarixdən Mingəçevir şəhər X15 küçəsi, ev 19, mənzil 4-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 2(051)-1502/2017 saylı 18 may 2017-ci il tarixli qətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, ünvan 5 evin 4 saylı mənzili tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməsi, Mingəçevir şəhər, Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə 1/2 nisbətində X2, 1/2 pay nisbətində isə Cavabdeh xüsusi mülkiyyət hüququnun tanınması, iddiaçı X1 şəhər Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 2(051)-1087/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin surətindən məlum olur ki, iddiaçı X2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(014)-1806/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası tərəfindən rəyin verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş, 01 oktyabr 2021-ci il tarixli **********31 saylı məktubdan məlum olur ki, Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 19 nömrəli binanın, 4 saylı mənzili üzərində Cavabdeh (1/2 hissə) və X2 (1/2 hissə) paylı mülkiyyət hüquqları xx.xx.2018-ci il traixli ********** qeydiyyat nömərsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmışdır. (seriya RX ******* nömərli çıxarış) lakin daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında müraciət olunmadığı üçün Cavabdeh və X2 adına texniki pasport tərtib edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli 10/5333 saylı ekspert rəyindən məlum olur ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriya ******* nömərli çıxarışla verilmiş iddiaçı və cavabdehə məxsus Mingəçevir şəhəri X16 küçəsi ev 19 mənzil 4 saylı ünvanda yerləşən mənzilin ½ hissələrə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyəsin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş, 26 dekabr 2019-cu il tarixli **********04 saylı məktubdan məlum olur ki, Mingəçevir şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(051)- 1502/2017 nömərli qətnaməsinə əsasən Cavabdeh 1/2 hissə və X2 1/2 hissə olmaqla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 179880 saylı nikahın pozulması haqqındqa şəhadətnamənin surətindən məlum olur ki, Nümayəndə ilə X11 arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2-1(84)-607/2019 saylı qərardadın surətindən məlum olur ki, İddiaçı cavabdeh Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə qarşı “ ünvan 5 evin 4 saylı ünvanında yerləşən mənzilin giriş qapısının kilidinin sındırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2019-cu il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, X11 10 oktyabr 2016-ci il tarixdən Mingəçevir şəhər X15 küçəsi, ev 19, mənzil 4-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-ci il tarixli Vİ- МЮ 583898 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.2012-ci il tarixdə Moskva şəhərində anadan olmuşdur. Atası Cavabdehdur, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 223 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Aşağı Qəsil kəndində qeydiyyatda olmuş xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2009-cu ildən Rusiya Federasiyası vətəndaşı olmuşdur və hal-hazırda da Rusiya Federasiyasında yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Eyni Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Eyni qərarda həmçinin qeyd edilmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bundan başqa həmin qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iddiaçının paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyi ilə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriya ******* nömərli çıxarışla verilmiş iddiaçı və cavabdehə məxsus Mingəçevir şəhəri X16 küçəsi ev 19 mənzil 4 saylı ünvanda yerləşən mənzilin ½ hissələrə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyəsin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 2(051)-1087/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin iddiaçı X2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iddiaçı mübahisə predmeti ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl qanunvericlikdə nəzərdə tutulmuş ilkin mərhələyə yəni naturada ayrılmasını tələbinin irəli sürülməsinə əməl etmişdir. Məhkəmə həmçinin nəzərə çatıdırır ki, qanunvericilikdə payın naturada ayrılmasının mümkün olmadığı təqdirdə ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olması da nəzərdə tutulmuşdur. Bununla yanaşı qeyd olunan hüququn həyata keçirilməsinin mümkünlüyünü qanunvericilik yalnız ayrılmanı tələb edən şəxsin razılığı ilə əlaqələndirmişdir. Yəni mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi üçün ilk növbədə payın naturada ayrılması mümkün olmamalı, daha sonra isə bunun üçün iddiaçının mütləq şəkildə razılığı olmalıdır. Göründüyü kimi hazırda iddiaçı tərəfindən belə tələb irəli sürülməmiş, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə vaxta verilsə də, iddiaçı tələbinin həcminin artırılmasından imtina etmiş, həmçinin o, məhkəmə iclasında hər hansı kompensasiya deyil, məhz mülkiyyətçisi olduğu mənzilin açıq hərracdan satılaraq pulunun payına uyğun olaraq ona verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmənin öz təşəbbüsü ilə kompensasiya ödənilməsini müəyyən etmək səlahiyyəti olmadığından qeyd olunan qaydada mübahisənin həlli də istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir, 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış “mənzilin açıq hərracdan satılması və satış satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” iddiası Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün olduğundan, iddiaçı tərəfindən isə bu ardıcıllığa əməli edilmədiyindən iddia tələbi rədd edilməli, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, həmçinin iş üzrə çəkilmiş məhkəm xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızının cavabdeh X8 qarşı «mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi» barədə iddiası təmin edilməsin. İddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızından iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (əlli) manat X5 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SVİFT -CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-52/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-52/2022
18.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver