Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-542/2021 22.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlakın mənzildən məcburi qaydada çıxarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın mənzildən məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyaları olan xalça 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yay yorğanı 1 ədəd, yastıq 1 ədəd, balınc 6 ədəd, yataq üstü 2 ədəd, çılçıraq 2 ədəd, güldan 1 ədəd, ütü altı 1 ədəd, tok peçi (çörək bişirən) 1 ədəd, televizor krosnu antena 1 ədəd, paltaryuyan 1 ədəd, saat 1 ədəd, elektrikli süpürgə 1 ədəd, dördayaq uxlov 1 ədəd, çaydan 1 ədəd, vedrə 2 ədəd, yataq 1 ədəd. Karnız xəkəndaz süpürgə 1 ədəd, bunlardan əlavədə cavabdehin özü tərəfindən cehiz əşyaları yığılmış 7 ədəd cehiz karopkasın danibarət cehiz əşyalarının, əmlakların Ağdaş rayon orta Ləki kəndində yeləşən ona və ailə üzvlərinə məxsus mülkiyyətlərində və isifadəsində olan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlə oğlu Yusibov İsmayıl xx.xx.2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Cavabdeh onun və ailə üzvlərinin tam mülkiyyət hüququ üzrə adlarına qeydə alınmış və hazırda yaşadıqları Ağdaş rayon, Orta Ləki kəndində yerləşən onlara məxsus mənzilə gəlin gəlmiş, gətirdiyi cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Cavabdehlə evləndikləri ilk vaxtlarda münasibətləri normal olsa da bir müddət sonra cavabdehin xasiyyət və xarakteri səbəbdən Ağdaş rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)-717/2020 saylı qərarı ilə nikaları pozulmuşdur. Cavabdeh ilə oğlu bir ilə yaxındır ki, ayrılmışdır. Lakin cehiz olaraq gətirdiyi əşyaları bu günədək aparmaqdan imtina edir. Ayrıldıqları vaxtdan etibarən cavabde bir daha evə qayıtmamışdır. Cavabdeh hazırda valideynləri ilə birlikdə Ağdaş rayon Nehrəxəlil kəndində valideyinlərinə məxsus evdə yaşayır. Lakin cavabdehin özünəməxsus cehiz əşyaları hələdə onlara məxsus evdə qalmışdır. Cavabdehin özünə məxsus cehiz əşyalarını ona və ailə üzvlərinə məxsus evdən çıxarması barədə onun özünə və valideynlərinə dəfələlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh könüllü olaraq özünə məxsus həmin ehiz əşylarını aparmamışdır. Cavabdehə məxsus əmlaklar bunlardır: xalça 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yay yorğanı 1 ədəd, yastıq 1 ədəd, balınc 6 ədəd, yataq üstü 2 ədəd, çılçıraq 2 ədəd, güldan 1 ədəd, ütü altı 1 ədəd, tok peçi (çörək bişirən) 1 ədəd, televizor krosnu antena 1 ədəd, paltaryuyan 1 ədəd, saat 1 ədəd, elektrikli süpürgə 1 ədəd, dördayaq uxlov 1 ədəd, çaydan 1 ədəd, vedrə 2 ədəd, yataq 1 ədəd, Karnız xəkəndaz süpürgə 1 ədəd, bunlardan əlavədə cavabdehin özü tərəfindən cehiz əşyaları yığılmış 7 ədəd cehiz karopkası. Hazırda cavabdeh əmlaklarını evdən çıxartmadığı üçün otaqdan istifadə edə bilmirlər. Həmin əmlakları və evi o vəziyyətdə görmək ona oğluna və ailə üzvlərinə mənəvi təsir edir. Bununla da mülkiyyətçi kimi onun və ailə üzvlərinin mülkiyyətində olan mənzilin üzərinə sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüquqları cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(014)-717/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş RİHB-in Orta Ləki kənd İƏD üzrə nümayəndəliyində xx xxxx 2017-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X2 anası Cavabdeh yanında saxlanılaması, X1 xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X2 18 yaşına çatana qədər onun saxlanılması üçün Cavabdeh Ehtibar qızının xeyrinə hər ay 100 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X4 ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə X3 valideyini İddiaçı məxsus Ağdaş rayon Orta Ləki kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. X4 ilə Cavabdeh arasında mübahisə yarandığından cavabdeh atası evinə getmişdir. Cavabdeh əmlakları İddiaçı məxsus evdə qalmış və cavabdeh həmin əmlakları könüllü olaraq çıxarmaqdan imtina etmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus və Ağdaş rayon Orta Ləki kəndində İddiaçı məxsus fərdi yaşayış evində yerləşən xalça 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yay yorğanı 1 ədəd, yastıq 1 ədəd, balınc 6 ədəd, yataq üstü 2 ədəd, çılçıraq 2 ədəd, güldan 1 ədəd, ütü altı 1 ədəd, tok peçi (çörək bişirən) 1 ədəd, televizor krosnu antena 1 ədəd, paltaryuyan 1 ədəd, saat 1 ədəd, elektrikli süpürgə 1 ədəd, dördayaq uxlov 1 ədəd, çaydan 1 ədəd, vedrə 2 ədəd, yataq 1 ədəd. Karnız xəkəndaz süpürgə 1 ədəd, bunlardan əlavədə cavabdehin özü tərəfindən cehiz əşyaları yığılmış 7 ədəd cehiz karopkası adlı əşyaları həmin evdən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon, Orta Ləki kəndində İddiaçı məxsus fərdi yaşayış evində yerləşən Cavabdeh məxsus xalça 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yay yorğanı 1 ədəd, yastıq 1 ədəd, balınc 6 ədəd, yataq üstü 2 ədəd, çılçıraq 2 ədəd, güldan 1 ədəd, ütü altı 1 ədəd, tok peçi (çörək bişirən) 1 ədəd, televizor krosnu antena 1 ədəd, paltaryuyan 1 ədəd, saat 1 ədəd, elektrikli süpürgə 1 ədəd, dördayaq uxlov 1 ədəd, çaydan 1 ədəd, vedrə 2 ədəd, yataq 1 ədəd. Karnız xəkəndaz süpürgə 1 ədəd, bunlardan əlavədə cavabdehin özü tərəfindən cehiz əşyaları yığılmış 7 ədəd cehiz karopkası həmin evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-542/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-542/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver