Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-554/2023 03.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, Ağdaş rayon Notariat Ofisi və Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı «qohumluq münasibətlərinin müəyyən olunması faktının və sənədlərin həmin şəxsə məxsus olma faktının müəyyən edilməsi» tələbinə dаir işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, Ağdaş rayon Notariat Ofisi və Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı «qohumluq münasibətlərinin müəyyən olunması faktının və sənədlərin həmin şəxsə məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2, yəni Ərizəçi doğma nənəsi olmasına dair qohumluq münasibətlərinin müəyyən olunmasına, Ərizəçi, X24, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adına rəsmiləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınaraq **********80-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi, X15, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxx 1971-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Onların, yəni o, nənəsi X15, qardaşı Maraqlı şəxs3, oğlu Maraqlı şəxs2, anası Maraqlı şəxs4 və arvadı Maraqlı şəxs5 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ölçüsü 0,0539 ha olan yaşayış məntəqələrinin torpaqları **********80-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə verilmişdir. Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 149-da xüsusi mülkiyyətində olan 0,0539 hektar torpaq sahəsində yerləşən 119,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə tam hissə onun adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nənəsi X15 05 aprel 2004-cü ildə ölmüşdür. Qeyd edir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışda nənəsi X8 adı və ata adı səhvən “Zina Şaşko qızı” kimi qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışda buraxılmış yanlışlıqdır. Hazırda həmin yanlışlığı hər hansı bir formada düzgün qeyd etdirə bilmirəm. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Həmçinin xüsusilə qeyd etmək istəyir ki, X4 doğma nənəsidir. JN-155A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda X8 adı və ata adı səhvən “Zina Şaşko qızı” kimi qeyd edilmişdir. Nəticə olaraq həmin yanlışlıq Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışda da düzəldilməmiş və davam etdirilmişdir. Ağdaş rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 053804 nömrəli ölüm haqqında şəhadətnamədə X8 adı və ata adı doğru yazılmışdır. X15 05 aprel 2004-cü ildə ölmüşdür.Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 444141 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 01 fevral 1997-ci ildə ölmüşdür. Ağdaş rayonu VVADQ şöbəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı 113669 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 X7, anası X9. Ağdaş rayonu VVADQ şöbəsi tərəfindən verilmiş АЗБ seriyalı 060083 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X13, anası Maraqlı şəxs4dır. Qəbələ rayonu Hacallı kənd soveri tərəfindən verilmiş АЗ seriyalı 081433 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X25 ilə X11 09 avqust 1968-ci ildə evlənmişlər və X11 “Babazadə” soyadını qəbul etmişdir. Mərhum X8 mənim, yəni Ərizəçi doğma nənəsi olmasına dair faktın, həmçinin Ərizəçi, X24, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adına rəsmiləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınaraq **********80-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi, X15, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktlarının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, Ağdaş rayon Notariat Ofisi və Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxslər məhkəmə iclаsınа gəlməmiş, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdirlər. Məhkəmə maraqlı şəxslərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Babazadə Zinaida onun doğma nənəsidir. Məhkəmə iclasında şahid qismində dindirilən X22 izahatında bildirdi ki, Ərizəçi onun yeznəsidir. Babazadə Zinaida onun doğma nənəsidir. Məhkəmə iclasında şahid qismində dindirilən X29 izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Babazadə Zinaida onun doğma nənəsidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-B-0007-8/2023 saylı məktubdan məlum olur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş dövlət reyestrindən çıxarışın subyektlər siyahısında birinin adından buraxılmış səhvin düzgün yazılması ilə bağlı ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı ərazi idarəsinin arxiv materilları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışda göstərilən “X24” adı ilə, ölüm haqqındakı şəhadətnamədəki “X15” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə yəni çıxarışın verilməsinə əsas olmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni subtyektlər siyahısında göstərilən “X14” adının “X12” adı kimi düzəliş edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 20 aprel 2004-cü il tarixli AZ-İ seriyalı 053804 nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, X15 05 aprel 2004-cü ildə ölmüşdür. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli İ-ИЕ seriyalı 113669 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1937-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X7, anası X9. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Qəbələ rayonu Hacallı kənd soveri tərəfindən verilmiş АЗ seriyalı 081433 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X25 ilə X11 09 avqust 1968-ci ildə evlənmişlər və X11 “Babazadə” soyadını qəbul etmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 444141 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 01 fevral 1997-ci ildə ölmüşdür. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu VVADQ şöbəsi tərəfindən verilmiş АЗБ seriyalı 060083 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X13, anası Maraqlı şəxs4dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən” çıxarışın surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən 0.0539 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən 119.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Ərizəçi, X24, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 ümumi birgə mülkiyyətindədir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 05 yanvar 2006-cı il tarixli 01 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” JN:155A saylı (kod ********) şəhadətnaməyə əsasən Ərizəçi, X24, Maraqlı şəxs3, Maraqlı şəxs2, X16 və Maraqlı şəxs5 Ağdaş şəhərində 0.05 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 336 saylı arayışdan məlum olur ki, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Ərizəçi mərhum X15 ilə Ağdaş şəhəri Azadlıq küçəsi 149 saylı evdə birgə yaşamışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 69 saylı məktubdan məlum olur ki, Ağdaş rayon notariat ofisinə ünvanlanan ərizədə xx.xx.2004-cü il tarixdə vəfat etmiş nənənizatanız X18 anası X10 miras qalmış ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən Ərizəçi çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. Qanunvericiliyin qeyd edilən müddəalarına uyğun olaraq miras qoyanla qohumluq münaisbətlərini təsdiq edə biləcək sübut təqdim etməyini tələb edilmiş, lakin bununla bağlı tərəfinizdən notariat ofisinə hər hansı sənəd təqdim edilməmişdir.Eyni zamanda Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ 053804 nömrəli ölüm haqqında şəhdaətnamədən xx.xx.2004-cü il tarixdə vəfat edən şəxsin X3 görünsə də, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan hüquq sahibindin adı “X24” kimi göstərilmişdir. Odur ki, sözügedən torpaq sahəsinin miras qoyana məxsus olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə məhkəmədə aydın oldu ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********80-10301 reyestr nömrəli əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxs “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0539 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən 119.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Ərizəçi, X24, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 ümumi birgə mülkiyyətinə verilmişdir.Həmin çıxarışda səhvə yol verilərək X5 əvəzinə səhvən X24 yazılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi, mərhum X8 nəvəsidir. X8 adına ünvan 2 ünvanında torpaq sahəsi vardır. Ərizəçi nənəsindən miras qalmış ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən ona çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi «qohumluq münasibətlərinin müəyyən olunması faktının və sənədlərin həmin şəxsə məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi əsaslıdır və mərhum X1 nənəsi olması faktı müəyyən edilməlidir. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 aprel 2004-cü ildə ölmüş X8 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Ərizəçi, X24, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.0539 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən 119.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********80-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən” çıxarışın Ərizəçi, X15, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-554/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-554/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver