Məhkəmə qərarları › İş №2(014)-56/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-56/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-56/2021 04.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və vəkili X6 və X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “Yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “Yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə rəsmi nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə cavabdehlərin yaşadıqları və cavabdeh X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınmasına və həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Cavabdeh1 ilə 2007-ci il oktyabr ayında rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur.Birgə nikahlarından iki nəfər uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə evlənən zaman cavabdehlər qeyd-şərtsiz onu öz ailə üzvləri kimi qəbul etmişlər və cavabdehlərin yaşadıqları həmin dövrdə Ağdaş RİH-nin balansında olan və xx.xx.2011-ci il tarixdə özəlləşdirilən ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını və digər əmlakını həmin evə yerləşdirmişdir. Şəxsən cavabdehlərin razılığı ilə həmin təsərrüfata qeydiyyata alınmışdır. Uşaqlarının hər ikisi həmin evdə anadan olmuşdur. O həmin mənzilə gəlin köçən zaman mübahisəli mənzil kommunal mənzil olmaqla mənzilin mülkiyyətçisi olmadığından yazılı razılaşma haqqında müqavilə bağlamaq mümkün olmamışdır. Cavabdeh1 ilə ailə münasibətləri pisləşdiyindən ayrılmışlar və aralarında qeyd edilmiş nikah Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulan zaman iki nəfər uşaqları onun himayəsində saxlanılmışdır. Cavabdehlər onu gəlin köçüb yaşadığı və əmlakı yerləşdirilmiş mənzildən çıxarmışlar. Hazırda o iki nəfər azyaşlı uşaqları ilə birlikdə yuxarıda göstərdiyi ünvanda valideynlərinə məxsus olan, uşaqlarının normal şəraitdə sağlam böyüməsi və təhsil almaları üçün şəraiti olmayan fərdi yaşayış evində yaşamağa məcbur olmuşdur. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, cavabdehlər onun da qeydiyyatda olduğu, kommunal mənzilə ondan xəbərsiz və saxtakarlığa yol verərək Ağdaş Mənzil İstismar Sahəsindən onun adı qeyd edilməmiş həmin mənzildə qeydiyyatda olanlara arayış əldə etməklə order almış, həmin order və saxta arayış əsasında mənzili DƏDRX-nin 17 saylı Ərazi İdarəsində cavabdeh X3 adına qeydiyyata aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışlar. Hesab edir ki, iddiaçı Cavabdeh1 ilə ailə quran zaman cavabdehlər onu özlərinə məxsus mənzilə qeyd-şərtsiz qəbul etdikləri, onu həmin evdən çıxarana kimi onlarla birlikdə ailə üzvü kimi təsərrüfatı birgə idarə etdiyi, həmin mənzilə onların razılığı ilə qeydiyyata alındığı, özünə məxsus cehiz əşyaları və digər əmlakları yerləşdirildiyi və gəlin köçən zaman mənzilin mülkiyyətçisi olmadığı üçün razılaşma barədə müqavilə bağlamaq mümkün olmadığı üçün həmin evdən istifadə hüququ yaranmışdır. Lakin cavabdehlər həmin mənzilə çıxarışları olduğunu, yəni mənzilin mülkiyyətçisi olduğunu əsas göstərməklə, onun həmin mənzildən istifadə hüququnun olmamasını əsas göstərərək iddiaçını iki nəfər azyaşlı uşaqları ilə birlikdə özlərinə məxsus mənzilə köçərək orada yaşamağına könüllü razılıq verməmişlər. Ona görə də cavabdehlərlə aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll olunmalıdır. O cavabdehlərin qeyd-şərtsiz, şəxsən razılığı ilə əmlakı ilə birlikdə mübahisəli mənzilə köçürülməyini, artıq azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüququ qazanmağını, ər arvad kimi Cavabdeh1 ilə hüquqlarının bərabər olmasını, birgə nikahlarından anadan olmuş uşaqlarına qayğının göstərilməsini, onların sağlam böyüməsinin və normal tərbiyə edilməsinin hər ikisinin həm hüququ, həm də borclarının olmasını, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsinin, azyaşlı olmaqla on dörd yaşına çatmamış uşalarının yaşayış yerinin valideynlərinin yaşayış yerinin olmasını, ona görə də mübahisəli mənzildən onlarla bərabər istifadə hüquqlarının olmasını cavabdehlərin nəzərinə çatdırmaqla həmin mübahisəli evə köçməyə təşəbbüs göstərsə də, cavabdehlər buna razı olmamışlar və imkan verməmişlər. Bununla da cavabdehlər tərəfindən iddiaçının və uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobudcasına pozulmuşdur. Ona görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 iddianı rədd edərək məhkəmə iclasında izah etdi ki, iddiaçı ona və anası olan digər cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair” iddia qaldırmışdır. Bununla bağlı bildirir ki, iddiaçı ilə 2007ci ildə rəsmi nigaha girərək ailə qurmuşdur. Ailə qurduqdan sonra yaşamağa evi olmadığından iddiaçı ilə mənzil alana qədər müvəqqəti olaraq valideynlərinə məxsus qeyd edilən mənzildə yaşamışlar. Sonradan iddiaçı ilə ailə münasibətləri pozulmuşdur. İddiaçı ilə nikahda olduğu zaman mənzilin mülkiyyətçi tərəfindən iddiaçının qeyd edilən mənzilə istifadə hüququnun yaranmasına və onun mənzilə qeydiyyata salınmasına etiraz edilmişdir. İddiaçının hazırda mülkiyyətçinin hüquqlarına və mənafelərinə zidd olaraq mənzilə köçürülməsi tələbi tam qanunsuz və əsassızdır. Belə ki, iddiaçının istinad etdiyi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin dispozisiyasına əsasən, icarədarın ailə üzvlərinin icara müqaviləsindən irəli gələn hüquqlara malik olması və vəzifələr yerinə yetirilməsi göstərilir və eyni zamanda icarədarın ailə üzvlərinin icarədarın arvadı (əri) onların uşaqları və valideynlərinin hesab edildiyi qeyd edilir. İcarədar ilə birgə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərin də icarədarın ailə üzvləri hesab edilə bilər kimi qeyd edilmişdir.Bununla bağlı qeyd etmək istəyir ki, əvvəla iddiaçı qeyd edilən maddənin mətnindən göründüyü kimi, mübahisəli mənzilin icarədarı olan Rəmziyyə İsmayılovanın ailə üzvü olmamışdır. İddiaçının icarədar ilə birlikdə yaşayan digər şəxs statusuna gəldikdə, iddiaçı icarədar ilə ümumi təsərrüfat aparmamışdır. İddiaçı icarədar ilə deyil, onunla birlikdə birgə təsərrüfat idarə etmiş və qeyd edilən mübahisəli mənzildə müvəqqəti yaşamışdır. İddiaçının iddia ərizəsində istinad etdiyi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə gəlincə isə həmin norma da iddianın hüquqi əsasını təşkil edə bilməz. Belə ki qeyd edilən maddənin mətnində və mənasında köçürülən digər şəxslərdən deyil, ailə üzvlərindən bəhs edilir və həmin norma 2000-ci ilə qədər yaranan münasibətlərə şamil edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında qeyd edilir ki, “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən)istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin raızlığı” maddəsi həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur ”. İddia ərizəsində iddiaçının ünvan 2 ünvana guya bizim razılığımızla qeydiyyata düşməsi barədə tələbi əsassızdır və məhkəməyə təqdim etdiyi ünvan 2 ünvanda qeydiyyatını bildirən şəxsiyyət vəsiqəsi isə saxta sənədlər əsasında 2001-ci ilin noyabr ayında alınmışdır. Həmin 2018-ci ilin sonlarında qeyd edilən şəxsiyyət vəsiqəni əsas götürərək qeyd edilən mübahisəli mənzilə qeydiyyata düşməsinə dair iddia qaldıran zaman tərəfindən Ağdaş rayon prokurorluğuna şikayət ərizəsi verilmiş, araşdırma zamanı qeyd edilən şəxsiyyət vəsiqəsinin saxta arayış əsasında alındığı ortaya çıxmış və sonradan ondan qeyd edilən vəsiqə alınaraq yenidən başqa ünvana dair vəsiqə verilmişdir. Həmin ünvanın da bina evi olmadığı məlumdur. Eyni zamanda tərəfindən 2019-cu ilin yanvar ayında Ağdaş rayon MTİTM-dən almış olduqları arayışdan da görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatda yoxdur. Qeyd edilən xüsusatların dəqiqləşdirilməsi üçün Ağdaş rayon prolurorluğundan şikayət ərizəmiz əsasında başlanılmış cinayət işi materialları və Ağdaş rayon Pasport Qeydiyyat idarəsindən isə iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olan sənədlər tələb edilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülən tələb və istinad edilən maddı hüquq normaları iddia tələbinin təmin edilməsi üçün əsas ola bilmıdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də məhkəmədən İddiaçı ona və X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini və iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi ünvan 2 ünvanda qeydiyyatını göstərən və saxta yollarla alınmış və hazırda mövcud olmayan şəxsiyyət vəsiqəsini təqdim etməsinə görə barəsində xüsusi qərar çıxararaq araşdırılması üçün istintaq orqanına göndərilməsini xahiş edir. Cavabdeh X7 məhkəmə iclasında digər Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 vəkili X13 iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-977/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, X14 ilə Cavabdeh1 Zilyas oğlu arasında bağlanaraq VVADQ şöbəsində xx xxxxxx 2007-ci il tarixdə 169 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx xxxxxxx 2008-ci il tarixdə anadan olmuş X11 və xx xxxx 2016-cı il tarixdə anadan olmuş X10 anaları X8 yanında saxlanılmış və Cavabdeh1 oğıundan xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2008ci il tarixdə anadan olmuş X11 və xx xxxx 2016-cı il tarixdə anadan olmuş X5 18 yaşına çatana kimi saxlanılmaları üçün X8 xeyrinə hər ay hər bir uşaq üçün 90 manat, cəmi 180 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli AZ-İİ 210313 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 xx xxxxxxx 2008-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Bu barədə Ağdaş rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2008-ci il tarixli 498 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh1 oğlu, anası X9r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli AZ-İİİ 806915 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 xx xxxx 2016-cı il il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Bu barədə Ağdaş rayon Qeydiyyat şöbəsində xx.xx.2017ci il tarixli 1112 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh1 oğlu, anası X9r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Aparatının 6 nömrəli xx xxxx 2008-ci il tarixli orderinin surətindən məlum olur ki, Cavabdeh2 Ağdaş RİHB-nın xx xxxx 2008-ci il tarixli 166 saylı sərəncamı ilə 3 nəfərdən ibarət ailəsi ilə birlikdə 3 otaqdan ibarət 37.4 kv.metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. Ağdaş şəhəri, Vaqif küçəsi 2/22 nömrəli evdə 48 nömrəli mənzil İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin 809 nömrəli xx xxxxxx 2018-ci il tarixli arayışından məlum olur ki, X14, Cavabdeh2 Qdəri qızı, Cavabdeh1, X15, X11 və X1 şəhəri, Vaqif küçəsi, 2/22/48 saylı ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən seriya AZE, 06882417 nömrəli xx xxxxxx 2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri, Vaqif küçəsi 1/48-2 saylı ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən seriya AZE, ******** nömrəli xx xxxxxx 2019-cu il tarixli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən seriya AZE, 17882075 nömrəli xx xxxxxx 2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanda qeydiyyatdadır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən seriya AZE, ******** nömrəli xx xxxxxx 2019-cu il tarixli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin 52 nömrəli xx xxxxxx 2019-cu il tarixli arayışından məlum olur ki, Cavabdeh2 məxsus olan ünvan 8 ünvanda İddiaçı qeydiyyatı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin 21 nömrəli xx xxxx 2019-cu il tarixli arayışından məlum olur ki, İddiaçı Ağdaş şəhər Polis Şöbəsinin pasport və Qeydiyyat şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində ünvan ünvan 9llarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********96 saylı məktubundan və ona əlavə olunmuş surətləri təsdiq edilmiş sənədlərin surətlərindən məlum olur ki, Ağdaş rayon İcra Hakimiyyəti Aparatının 6 nömrəli xx xxxx 2008-ci il tarixli orderinə əsasən Cavabdeh2 və iki nəfər ailə üzvlərinə məxsus olub ünvan 10 ünvanında yerləşən 48 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında xx xxxx 2011-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır və bu barədə adına xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat mömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, İddiaçı xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatına girməklə evlənərək ailə qurmuşlar və o “İsmayılova” soyadını qəbul etmişdir. İddiaçı Cavabdeh1 ilə evlənən zaman qeyd-şərtsiz cavabdehlərə məxsus yaşayış evinə köçmüşdür və özünə məxsus cehiz əşyalarını və digər əmlaklarını həmin evə yerləşdirmişdirməklə onlarla birlikdə yaşamağa başlamışdır və 2018-ci ilədək cavabdehlərlə birlikdə təsərrüfatı idarə etmişdir. İddiaçının Cavabdeh1 ilə rəsmi nikahlarından doğulmuş iki nəfər uşaqları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 həmin mənzildə anadan olmuşdur. İddiaçının Cavabdeh1 ilə ailə münasibətləri pislədiyindən cavabdehlər onu iki nəfər azyaşlı uşaqlarıı ilə birlikdə həmin evdən çıxarmışdır.Aralarında qeyd edilmiş nikah məhkəmənin qətnaməsi ilə pozulmuş, iki nəfər uşaqlar iddiaçının yanında saxlanılmış və onların 18 yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə aliment qət edilmişdir. İşin məhkəmə tədqiqatından bəlli olur ki, İddiaçı mübahisəli mənzilə gəlin köçərkən və yaşadığı müddətdə mübahisəli ev dövlət qeydiyyatına alınmamışdır. Həmin vaxt cavabdehlərin mübahisəli mənzil üzərində mülkiyyət hüquqları mövcud olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzildən istifadə ilə bağlı tərəflər arasında hüquq münasibəti yaranarkən mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmadığı üçün tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinə mübahisəli evə mülkiyyət münasibətlərindən irəli gələn deyil, kirayə müqaviləsindən irəli gələn qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzviləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzviləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə müvafiq olaraq bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li Qərarının 7-ci bəndində izah olunmuşdur ki, kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Müəyyən edilmiş qaydada evə köçürmə dedikdə, bir qayda olaraq, yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin, pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə, məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı 2007-ci il tarixdə Cavabdeh1 ilə ailə quraraq, mübahisəli evə gəlin köçüb. Cavabdeh 2007-ci ildən 2018-ci ilə qədər mübahisəli evdə yaşayıb, həmin nikahdan iki uşaqları olub. Beləliklə, yuxarıda göstərilən müddəaları nəzərə alaraq, cavabdehin iddiaçının ailə üzvü olduğu və bu səbəbdən mübahisəli yaşayış sahəsindən cavabdehlərlə birlikdə yararlanmaq və faydalanmaq qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, qanunda daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçisinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətində saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və ya onun ailə üzvünün üzrlü səbəblərdən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün birçox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəllilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı xx xxxxxx 2007-ci il tarixdə cavabdehlərin yaşadığı ünvan 11 ünvanında yerləşən 3 otaqdan ibarət 48 saylı kommunal mənzilə gəlin köçdüyündən, Cavabdeh1 ilə ailə münasibətləri pozulduğu günədək faktiki olaraq mübahisəli evdə cavabdehlərlə yaşayıb birgə təsərrüfat apadığından, Cavabdeh1 ilə rəsmi nikahlarında doğulmuş iki nəfər uşaqları həmin mənzildə anadan olduğundan və bununla da həmin mənzildə istifadə hüququ qazandığından İddiaçı iddiası təmin edilməli, o, Cavabdeh1 ilə rəsmi nikahlarından doğulmuş iki nəfər uşaqları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 12 ünvanında yerləşən 3 otaqdan ibarət olan 48 saylı mənzilə köçürülməlidir və yaşayış otaqlarından və kommunal sahələrindən istifadə hüququ tanınmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə cavabdehlərin yaşadıqları, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olub, ünvan 11 ünvanında yerləşən 3 otaqdan ibarət 48 saylı kommunal mənzilə köçürülsün və kommunal sahələrindən istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar