Məhkəmə qərarları › İş №2(014)-57/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-57/2021

15.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-57/2021 15.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçılar İddiaçı4,İddiaçı2 və İddiaçı1 Cavabdeh və vəkili E.Abdullayevin iştirakı ilə İddiaçı4,İddiaçı3,İddiaçı1,İddiaçı5 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X12rşı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında iddiasına,iddiaçı Cavabdehlər İddiaçı4,İddiaçı3,İddiaçı1,İddiaçı5 və İddiaçı2 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı4,İddiaçı3,İddiaçı1,İddiaçı5 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X12rşı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağdaş rayonu,Qoşaqovaq kəndində qanunsuz zəbt etdiyi ümumi mülkiyyətlərində olan 4,80 ha torpaq sahəsinin 1,17 ha hissəsindən çıxarılması və torpaq sahəsinin onlara qaytarlması barədə qətnamə çıxarılmasını xahiş etmişlər,iddiaçı Cavabdehlər İddiaçı4,İddiaçı3,İddiaçı1,İddiaçı5 və İddiaçı2 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək Ağdaş rayon AİKnın xx xxxxxx 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında xx xxxx 1999-cu il tarixdə 3377 sayı ilə qeydiyyata alınmış JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod 90310018) əsasən qarşılıqlı iddia üzrə İddiaçı4, İddiaçı3, X6, İddiaçı1, İddiaçı5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində verilmiş 4.80 hektar torpaq sahəsinin 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı4 iddianı müdafiə edərək məhkəmə iclasında ilk iddianı müdafiə edərək,qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, 1998-ci ildə Ağdaş rayon X9 qərarı ilə ona və ailə üzvləri İddiaçı3, X6, İddiaçı1, İddiaçı5 və İddiaçı2 yaşadığı Ağdaş rayonunun Qoşaqovaq kəndinin ərazisindən ümumilikdə 4.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2004-cü ildə həmin torpaq sahəsinin 2.17 ha hissəsini cavabdeh Cavabdeh istifadə etmək üçün vermişlər. Bu minvalla cavabdeh onlara məxsus torpaq sahəsini 16 ildir ki, istifadə edir. Hazırda torpaq sahəsini geri istəyirlər, lakin cavabdeh qaytarmaq istəmir. Dəfələrlə ona bu barədə xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh ona istifadə etmək üçün verdiyi torpaq sahəsinin cəmi 1 ha hissəsini geri qaytarmışdır, qalan hissəsini isə geri qaytarmaq istəmir. Buna görə məcbur olub məhkəməyə müraciət etmişlər. 10 ildən sonra cavabdehdən torpaq sahəsini geri qaytarmasını istəmişlər, lakin cavabdeh torpaq sahəsini qaytarmamışdır. O, Cavabdeh torpaq sahəsindən istifadə etməsi üçün 1 baş iribuynuzlu inək malı almışdır, lakin o da həyətlərinə çatana qədər ölmüşdür. Onun mal-qarası olmadığı üçün torpaq sahəsindən cavabdehin istifadə etməyi müqabilində Cavabdeh pul deyil, inək malı istəmişdir. Qeyd edir ki,onlar xx xxxxxxxx 2004cü il tarixli aktdan xəbərsizdirlər. Həmin akta onlar imza etməmişlər. Bu barədə ekspertiza təyin edilsə də, qeyd edir ki, məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi mümkün olmamışdır. Cavabdeh onların torpaq sahələrini qanunsuz zəbt etmiş və qanunsuz olaraq zəbt edərək istifadə etdiyindən onlar torpaq sahələrindən istifadə edərək gəlir götürə bilmirlər. İşsizlikdən əziyyət çəkirlər və ailələrinin ehtiyaclarını qarşılaya bilmirlər.Nəzərə çatdırmaq istəyir ki, onların mülkiyyətində olan 4,80 hektar torpaq sahəsi 2.17 hektar və 2.62 hektar olmaqla bir kənddə olsa da iki müxtəlif ərazidən olan torpaqlardır. Həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əqdlər üçün nəzərdə tutulmuş iddia müddəti və hətta ümumi iddia müddəti ötürülmüşdür. Odur ki, Cavabdeh Ağdaş rayonu, Qoşaqovaq kənd ərazisində qanunsuz zəbt etdiyi ümumi mülkiyyətlərində olan 4.80 ha torpaq sahəsinin 1.17 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması barədə qətnamə çıxarılaraq, qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İddiaçı3 məhkəmə iclasında ilk iddianı müdafiə edərək,qarşılıqlı iddianı qəbul etməyərək İddiaçı4 izahatına uyğun izahat verərək Cavabdeh Ağdaş rayonu, Qoşaqovaq kənd ərazisində qanunsuz zəbt etdiyi ümumi mülkiyyətlərində olan 4.80 ha torpaq sahəsinin 1.17 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması barədə qətnamə çıxarılaraq, qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə iclasında ilk iddianı müdafiə edərək,qarşılıqlı iddianı qəbul etməyərək İddiaçı4 izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əgər Cavabdeh dediyi kimi torpaq sahəsini 2004-cü ildə onun atası və anasından satın almışdırsa nə üçün bu zamana qədər həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün cəhdlər etməmişdir. Belə çıxır ki, Cavabdeh dedikləri tamamilə əsassıdır. Odur ki, Cavabdeh Ağdaş rayonu, Qoşaqovaq kənd ərazisində qanunsuz zəbt etdiyi ümumi mülkiyyətlərində olan 4.80 ha torpaq sahəsinin 1.17 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması barədə qətnamə çıxarılaraq, qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İddiaçılar İddiaçı5 və İddiaçı2 məhkəməyə teleqrama göndərərək işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçılar İddiaçı5 və İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X16 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etməyərək,qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında xx xxxx 1999-cu il tarixdə 3377 sayı ilə qeydiyyata alınmış JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod 90310018) əsasən qarşılıqlı iddia üzrə İddiaçı4, İddiaçı3, X6, İddiaçı1, İddiaçı5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Qoşaqovaq kəndi 2.17 hektar və 2.62 hektar olmaqla iki müxtəlif ərazidən ümumilikdə 4.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçiləri ilə xx xxxxxxxx 2004-cü ilin yanvar ayında aralarında olan qarşılıqlı razılaşma əsasında cavabdehlərə məxsus 4.80 hektar torpaq sahəsinin 2.17 hektarını alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni köhnə azərbaycan manatı ilə 1 milyon altı yüz min manat dəyərində bir baş yanı balalı inək malına əvəz (haqq) ödəməklə onlardan almışdır. Bu barədə Ağdaş RİHB-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəbrayıl Həşimovun, cavabdehlər İddiaçı4, İddiaçı3 onun və arvadı X3 iştirakı ilə akt tərtib olunmuş və tərəfindən imzalanaraq nümayəndəliyin möhrü ilə təsdiq olunmuşdur. Digər cavabdehlər azyaşlı olduqlarına görə onlar aktın tərtib olunmasında iştirak etməmişlər. Bundan sonra cavabdehlər torpağa mülkiyyət hüququna dair dövlət aktını və həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona tanıdaraq təhvil vermişlər. Həmin vaxtdan o, faktiki olaraq cavabdehlərdən aldığı həmin torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Qarşılıqlı iddia üzrə cavabdehlər yaxın vaxtlarda alqı-satqını rəsmiləşdirmək üçün sənədlərini qaydaya saldıqdan sonra Notariat ofisinə gələcəklərini bildirmişlər. Torpaq mülkiyyətçilərindən X6 vəfat etdiyinə görə ondan miras qalmış torpaq hissəsinə vərəsəliyin açılması ilə və həmin 2.17 hektar torpaq sahəsini ona satmaları ilə əlaqədar cavabdeh İddiaçı4 Ağdaş RİHB Aparatının hüquq şöbəsindən (Qəyyumluq və himayəçilik orqanı) azyaşlı uşaqları olan xx xxxxxx 1991-ci il təvəllüdlü İddiaçı1, xx xxxxxxxx 1992-ci il təvəllüdlü İddiaçı5, xx xxxx 1994-cü il təvəllüdlü İddiaçı2 və digər üç nəfər övladlarına xx xxxx 1999-cu il tarixli JN-271 saylı (kod 90310018) torpağa mülkiyyət hüququna dair tövlət aktı əsasında verilmiş torpaq paylarının satılmasına etiraz etməmələri barədə 234 nömrəli xx xxxxxx 2005-ci il tarixli məktubunu da almışdır. Lakin ona məlum olmayan səbəblərdən cavabdehlər ailə münasibətləri ilə bağlı vərəsəlik işini həll etmədilər və torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməkdən dolayısı ilə yayınmağa başladılar. Qarşılıqlı iddia üzrə cavabdehlərə dəfələrlə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməyi təklif etsə də, onlar dolayısı ilə notariat kantoruna gəlməkdən boyun qaçırdıqları üçün aralarında olan alqı-satqını notariat kontorunda rəsmiləşdirmək mümkün olmamışdır.Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında yaranmış mübahisəli hüquq münasibətləri 2005-ci ildən əvvəl yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Göründüyü kimi mən vicdanlı alıcı kimi torpaq sahəsini razılaşmaya uyğun olaraq haqqını ödəməklə notariat qaydasında tələb olunan əqdi tamamilə icra etsə də, qarşılıqlı iddia üzrə cavabdehlər bu gün də aralarında olan alqı-satqını notariat qaydada təsdiqlənməsindən qəsdən boyun qaçırmaqla ona qarşı məlum iddia tələbi ilə məhkəməyə müraciət edərək onu həmin torpaq sahəsindən çıxarmaq istəyirlər. Məhkəmə tərəfindən aktdakı imzaların iddiaçılara məxsus olub-olmaması müəyyən olunması üçün xətşünaslıq ekspertizası təyin edilsə də, imzalar çöx sadə olduğu üçün kimə məxsus olması müəyyən edilə bilməmişdir. Həmçinin nəzərə çatdırmaq istəyir ki, iddiaçılar ona qarşı məhkəmədə iddia tələbi ilə müraciət etdikdən sonra o,öz hüququnun pozulduğunu bilmiş və müvafiq qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tərəfindən qarşılıqlı iddia ilə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir. Odur ki, ilk iddia əsasız olduğundan rədd edilməsi,qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş üzrə şahid X7 xx xxxxxx 2020-ci ildə iştirak etdiyi məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, 2004-cü ildə Ağdaş RİHB-nın Qoşaqovaq İƏD üzrə nümayəndəsi vəzifəsində işləyirdi. xx xxxxxxxx 2004-cü il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd sakini İddiaçı4, onun həyat yoldaşı İddiaçı3 Hökmali qızı onun yanına gəlib özlərinə məxsus 4,80 ha torpaq sahəsinin 2,20 ha hissəsini həmin kəndin sakini Cavabdeh satmaları barədə ona müraciət etmişdilər və bunu rəsmiləşdirə bilmədikləri üçün bu barədə akt tərtib etməyini istəmişdilər. O, bu barədə tərəflərin iştirakı ilə akt tərtib etmişdir. İddiaçılar özlərinə məxsus 4,80 ha torpaq sahəsinin 2,20 ha hissəsini Cavabdeh ilə ******* manat dəyərində bir baş ana inək və yanında körpə balası olan heyvanlarla dəyişmişlər, yəni ki, İddiaçı4 2,20 hektar torpaq sahəsini Cavabdeh birdəfəlik olaraq ömürlük satmışdır. Həmin vaxt tərəflər arasında heç bir anlaşılmazlıq və narazılıq olmamışdır. Ona görə də aktı hər iki tərəf öz imzaları ilə təsdiq etmişdilər. İş üzrə şahid X10 xx xxxxxx 2020-ci ildə iştirak etdiyi məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, tərəflərin həmkəndlisidir,onların heç biri ilə qohumluq, düşmənçilik münasibəti yoxdur. O, Ağdaş rayonu Qoşaqovaq kənd sakini İddiaçı4 ******* bir baş boğaz inək malı almışdır,lakin inək malını aldığı tarix dəqiq yadında deyildir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxx 1999-cu ildə kəskin ürək damar çatışmamazlığından vəfat etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN 271, KOD 90310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu,Qoşaqovaq kəndində yerləşən 4,80 hektar torpaq sahəsi Ağdaş rayon X9 xx xxxxxx 1998-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı4,İddiaçı3,X6,İddiaçı1,İddiaçı5 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu,İHB-in Qoşaqovaq kənd İƏD üzrə nümayəndəsi Cəbrail Həşimovun,İddiaçı4, İddiaçı3,Cavabdeh və X3 iştirakı ilə tərtib olunmuş xx xxxxxxxx 2004-cü il tarixli aktdan görünür ki, Qoşaqovaq kənd sakini İddiaçı4 məxsus 4,80 ha pay torpaq sahəsinin 2,20 hektar torpaq sahəsini Qoşaqovaq kənd sakini Cavabdeh ******* manat dəyərində bir baş ana inək və yanında körpə balası olan heyvanlarla dəyişmişdir.Torpaq sahəsini İddiaçı4 Cavabdeh birdəfəlik olaraq ömrlük satmışdır.Tərəflər arasında heç bir anlaşılmazlıq və narazılıq yoxdur. İddiaçı4 Cavabdeh satmış olduğu 2,20 ha torpaq sahəsinin notariat qaydasında Cavabdeh adına keçənədək etibarlıdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyətinin xx xxxxxx 2005-ci il tarixli İddiaçı4 ünvanladığı məktubdan görünür ki, İddiaçı4 azyaşlı uşaqları olan xx xxxxxx 1991-ci il təvəllüdlü İddiaçı1, xx xxxxxxxx 1992-ci il təvəllüdlü İddiaçı5, xx xxxx 1994-cü il təvəllüdlü İddiaçı2 və digər üç nəfər övladlarına xx xxxx 1999-cu il tarixli JN-271 saylı (kod 90310018) torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş torpaq paylarının satılmasına etiraz etmirlər. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi X1 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, JN-271 saylı (kod 90310018) torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı4,İddiaçı3,X6,İddiaçı1,İddiaçı5 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş 2,1745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqədar notariat kontorunda özgəninkiləşdirilmə əməliyyatı aparılması üçün F-1 arayışı verilmişdir. Həmin torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə ərazi idarəsində məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 222.3-cü maddəsinə görə birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2006-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, daşınmaz əşyanın (əmlakın) alqı-satqısı haqqında əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İş materiallarından göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı əqd bağlanmış, əqd qanuna zidd olmamış, iddiaçılar razılaşdıqları pulu alıb torpaq sahəsini cavabdehin istifadəsinə və sahibliyinə vermişlər. İddiaçılar müxtəlif bəhanələrlə əqdin notarial təsdiqlənməsindən yayınmışlar. xx xxxxxxxx 2004-cü il tarixdə Ağdaş rayonu,İHB-in Qoşaqovaq kənd İƏD üzrə nümayəndəsi Cəbrail Həşimovun,İddiaçı4, İddiaçı3,Cavabdeh və X3 iştirakı ilə tərtib olunmuş və imzalanmış, Ağdaş RİHBA-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi C.Həşimov tərəfindən imzalanaraq nümayəndəliyin möhürü ilə möhürlənmiş aktla əqdin yazılı formasına əməl edilmişdir. Həmin yazılı sənəd “akt” adlandırılsa da, orada müqaviləyə xarakterik olan bütün zəruri şərtlər-müqavilənin tərəfləri, alqı-satqının predmeti, ödənilməli məbləğ öz əksini tapmış, tərəflər sözügedən sənədi imzalamışlar. Həmçinin iddiaçıların hazırda sözügedən alqı-satqını mübahisələndirmələri, cavabdehin istifadəsində olan torpaq sahəsindən çıxartmaq istəmələri ilə təsdiq olunur ki, məhz iddiaçılar əqdin notariat qaydasında bağlanmasından yayınırlar, əqdin notariat qaydasında bağlanmaması onların təqsirindən baş vermişdir. Qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan qarşılıqlı iddia üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Bundan başqa M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxx 2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiqi məsələsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən müddətin ötürülməsinə dair ərizəsinin məhkəmə tərəfindən qəbul olunması və qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair vəsatətin təmin edilməsi halında mülki məhkəmə icraatının prinsipləri pozulmuş olur, cavabdehin müdafiə üsulu isə qeyri-bərabər qaydada məhdudlaşdırılır (prosessual hüquqlar məhdudlaşdırılır). Cavabdeh yalnız passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Belə passiv müdafiə isə cavabdehin pozulmuş hüquqlarını müdafiə edə bilməməsinə, bununla da mülki mühakimə icraatının prinsiplərinin pozulmasına gətirib çıxarır. İddia müddətinin keçməsinə dair ərizə vermək hüququnu həyata keçirərkən iddiaçı, məhkəmə tərəfindən yalnız ilkin iddianın baxılmasının mümkünlüyünə çalışır. Yalnız ilkin iddiaya baxılması isə bərabərlik və tərəflərin hüquq bərabərliyi prinsiplərinin pozulmasına səbəb olur. Bundan əlavə, iddiaçının bu cür vəsatətinin təmin olunması onun cavabdehlə müqayisədə daha üstün mövqeyə malik olmasına gətirib çıxarar.Sözügedən Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizənin əsas götürülərək iddia müddətinin tətbiq edilməsi Konstitusiyada və Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyində təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu hüquqi mövqeyinə əsasən birinci instansiya məhkəməsi iddiaçıların iddia müddətinin tətbiqi barədə ərizələrini qəbul edib iddia müddəti məsələsini müzakirə etməməli idi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçılar 2020-ci ildən başlayaraq torpaq sahəsini cavabdehdən geri tələb etməyə başladıqlarından ümumiyyətlə iddia müddəti də keçməmişdir. Həmçinin iddiaçılar İddiaçı4 və İddiaçı3 aktdaki imzaların onlara məxsus olmadığını bildirsələr də, bu məsələ üzrə ekspert rəyi verilə bilməsə də, tərəflərin izahatları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri əsasında məhkəməyə məlum olmuşdur ki, akt məhz İddiaçı4 və İddiaçı3 iştirakı ilə tərtib olunmuş,onlar həmin aktdan məlumatlı olmuş və həmin akta imza etmişlər. Hazırda iddiaçılar İddiaçı4 və İddiaçı3 aktdakı imzaların onlara məxsus olmadığını bildirmələri məhkəmədə İddiaçı4 və İddiaçı3 mülki məsuliyyətdən yaxa qurtarmaq istəyindən irəli gəlməsi təəsüratı yaradır. Qarşılıqlı iddia tələbi əsaslı olduğu halda isə iddiaçıların caabdehin mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmasını tələb etmələri əsaslı ola bilməz. Odur ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməli, həmçinin iddiaçılar İddiaçı4 və Xavər Qarayevin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası rəyi üçün çəkilmiş xərc olan 112 manat iddiaçılar İddiaçı4 və İddiaçı3 tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı4,İddiaçı3,İddiaçı1,İddiaçı5 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X12rşı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Ağdaş rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında xx xxxx 1999-cu il tarixdə 3377 sayı ilə qeydiyyata alınmış JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına(kod 90310018) əsasən İddiaçı4,İddiaçı3,X6, İddiaçı1,İddiaçı5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Qoşaqovaq kənd ərazisində verilmiş 4,80 hektar torpaq sahəsinin 2,17 hektar hissəsinə dair İddiaçı4 və İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı barədə əqd etibarlı hesab edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat İddiaçı4 və İddiaçı3 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu, 142593.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar