Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-573/2022 11.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərində olma və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum babası X14 ilə nənəsi X11 birgə nikahlarında üç övladları – X1, X6 və X8 anadan olmuşdur. Əmisi X4 vətən müharibəsində həlak olmuşdur. O, ailəli olmamışdır. X1 17 may 1983-cü il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. X8 12 dekabr 2008-ci il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. Mərhum bibisi ailəli olmamışdır. O, ölən günədək onunla birlikdə Ağdaş şəhəri, M.Əfəndizadə küçəsi, ev 10 ünvanında yaşamışdır. Ölümündən sonra ondan miras qalmış bütün daşınar və daşınmaz əmlakı faktiki olaraq özü qəbul etmişdir. İslahat zamanı yaşadıqları ünvanda yerləşən 0.0579 hektar yaşayış sahələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi onun və mərhum X8nın ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi 12 yanvar 2022-ci ildə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında onun və mərhum bibinin adına qeydə alınmış və bu barədə adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənərək verilmişdir. Mərhum X8nın ölümündən sonra onunla ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən ona çatası payına mərhumun qanun üzrə birinci vərəsələri olmadığına və ondan miras qalmış əmlakı faktiki olaraq özü qəbul etdiyindən ondan miras qalmış əmlakın qəbulunu rəsmiləşdirmək üçün Ağdaş rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin mərhum babası X14 ilə nənəsi X11 nikah və ölüm haqqında, mərhum X1nun və X12 doğum haqqında akt qeydlərini, yəni miras qoyan X12 onun doğma bibisi, onun isə bibisinin doğma qardaşı qızı olmağını təsdiq edən hüquqi əhəmiyyəti olan sənədləri əldə edə bilmədiyinə görə maraqlı şəxs Ağdaş rayon Notariat Ofisi tərəfində vərəsəlik işinin açılması mümkün olmamışdır. Ona görə də maraqlı orqan Ağdaş rayon Notariat Ofisinin 86 nömrəli, 11 fevral 2022-ci il tarixli məktubu ilə mərhum X8 ilə qohumluq münasibətlərində olma və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onun 13 mart 1932-ci ildə anadan olmuş və 23 dekabr 2008-ci ildə Ağdaş şəhərində ölmüş X12 doğma qardaşı qızı olmağı, yəni mərhumun onun bibisi olmağı faktı məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə təsdiq olunacaq. Mərhum bibisi ailə üzvləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində müəyyən oetmək mümkün olmadığına görə, yəni onun X12 doğma bibisi, onun isə bibisinin doğma qardaşı qızı olmağını təsdiqləyən sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Odur ki, 13 mart 1932-ci ildə anadan olmuş, Ağdaş şəhəri, M.Əfəndizadə küçəsi, ev 10 ünvanında yaşayış və 23 dekabr 2008-ci il tarixdə Ağdaş şəhərində ölmüş X12 onun doğma bibisi olmağı barədə qohumluq münasibətləri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək bildirdi ki, ərizə ilə məhkəməyə müraciət etdikdən sonra maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinin 86 nömrəli 11 fevral 2022-ci il tarixli məktubundan ona aydın olmuşdur ki, o, ərizədə həmin orqana qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi ilə bərabər mərhum bibisindən qalmış mirasın qəbul edilməsi faktının da müəyyən edilməsinidə göstərməlidir. Ona görə 13 mart 1932-ci ildə anadan olmuş, Ağdaş şəhəri, M.Əfəndizadə küçəsi, ev 10 ünvanında yaşamış və 23 dekabr 2008-ci il tarixdə Ağdaş şəhərində ölmüş X12 onun doğma bibisi olmağı barədə qohumluq münasibətləri faktının və mərhum X8nın ölümündən sonra ondan miras qalmış onunla ümumi birgə mülkiyyətində olan 0.058 hektar həyətyanı torpaq sahəsindən ona çatası payının tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X20 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə eyni həyətdə yaşadıqlarını, Sadət onun bibisidir, bibisinin evi və mülki Nahidəyə verəcəyini eşitmişdir. İş üzrə şahid X21 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə qonşudur və X19 bibisidir və onlar birgə yaşayırdılar. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə doğulmuşdur, X1, anası X3r. İşdə olan ölüm haqqında arayışlardan görünür ki, X5 05.05.1983-cü ildə, X7 10.10.2006-cı ildə, X18 12.12.2008-ci ildə Ağdaş rayonunda ölmüşlər. İşdə olan arayışlardan görünür ki, 1912-ci ildə və 13.03.1932-ci ildə Ağdaş rayonunda anadan olmuş X5 və X16 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 27.01.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış habelə 1947-53-cü illər bərpa doğum haqqında akt qeydləri üzrə Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İşdə olan Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 320 saylı, 27 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mrəhum X18 ilə ölən günədək ünvan 1 ünvanda birgə yaşamışlar. İşdə olan ünvan 21.01.2022-ci il tarixli Arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Qeydiyyat Şöbəsinin bərpa sənədlərinə baxış zamanı X12 adına rast gəlinməmişdir. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 89 saylı, 14.01.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı 13.03.1932-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 3 ünvanı qeyd olunmuş mərhumə X12 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 14.01.2022-ci ilədək aparılmış və məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, M.Əfəndizadə küçəsi, ev 10 ünvanında yerləşən 0.058 hektar torpaq Ərizəçi adına rəsmiləşdirilmiş, Ərizəçi və X12 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Ağdaş rayon Notariat Ofisi tərəfindən verilmiş 86 saylı, 11 fevral 2022-ci il tarixli imtina məktubundan görünür ki, Ərizəçi miras qoyanla qohumluq münasibətlərini təsdiq edə biləcək, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa əsas ola biləcək sübut təqdim etmədiyi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə uyğun olaraq şəxslərin qohumluq münasibətləri məhkəmə qaydasında müəyyən oluna bilər Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələr hesab olunurlar.Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi ola biləcək valideynləri sağ olmasın. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum X18 ərizəçinin doğma bibisidir, onlar ünvan 4 ünvanda yerləşən 0.058 hektar torpaq sahəsi Sadət Musayevanın və Ərizəçi ümumi birgə mülkiyyətinə verilmiş, Ərizəçi mərhum X8nın ölümündən sonra onunla ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən ona çatası payına mərhumun qanun üzrə birinci vərəsələri olmadığına və ondan miras qalmış əmlakı faktiki olaraq özü qəbul etdiyindən ondan miras qalmış əmlakın qəbulunu rəsmiləşdirmək üçün Ağdaş rayon Notariat Ofisinə müraciət etmiş, lakin mərhum babası X14 ilə nənəsi X11 nikah və ölüm haqqında, mərhum X1nun və X12 doğum haqqında akt qeydlərini, yəni miras qoyan X12 onun doğma bibisi, onun isə bibisinin doğma qardaşı qızı olmağını təsdiq edən hüquqi əhəmiyyəti olan sənədləri əldə bilmədiyinə görə maraqlı şəxs Ağdaş rayon Notariat Ofisi tərəfində vərəsəlik işinin açılması mümkün olmamışdır. Ona görə də mərhum X8 ilə qohumluq münasibətlərini təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, miras əmlak olan torpaq sahəsi ərizəçi tərəfindən faktik olaraq qəbul edilmiş, ərizəçi tərəfindən sahiblik və istifadə hüququ həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 13 mart 1932-ci ildə anadan olmuş, ünvan 3 ünvanında yaşamış və 23 dekabr 2008ci ildə Ağdaş şəhərində ölmüş X12 Ərizəçi bibisi olması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla (qeydiyyat nömrəsi **********, qeydiyat tarixi 12.01.2022) Ərizəçi və mərhum X12 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 6 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.058 hektar torpaq sahəsinin X17 aid payın Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-573/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-573/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver