Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-583/2020 10.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Ağdaş rayon notariat ofisinəqarşı Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 30 may 2007-ci ildə Ağdaş şəhərində vəfat etmiş x1 onların anaları olması barədə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasınıxahişetmişdir. Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizələrini müdafiə edərək bildirdilər ki, Ərizəçi1 xx xxxxxx 1957-ci ildə Ərizəçi2 isə xx xxxx 1961-ci ildə anadan olmuşdur. Onların doğum haqqında şəhadətnamələrində anaları kimi x3 qeyd edilmişdir. Qeyd edirlər ki, x2 ilə x3 eyni şəxsdir. Sadəcə olaraq İbrahimova analarının qızlıq soyadıdır. Analarının nikah haqqında akt qeydi Qeydiyyat şöbəsində aşkar edilməmişdir.Anaları x2 30 may 2007-ci ildə vəfat etmişdir. Analarından miras kimi əmlak qalmışdır. Onlar vərəsəlik işi açdıran zaman onlara məlum olmuşdur ki, adlarına verilmiş doğum şəhadətnamələrində ana qrafasında analarının soyadı Osmanova, onların da soyadı Osmanov kimi qeyd edilmişdir. Odur ki, qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid Sayad İsgəndərova məhkəmə iclasında ifadə verərək 30 may 2007-ci ildə Ağdaş şəhərində vəfat etmiş x1 Ərizəçi1 və Ərizəçi2 analarıolmasını təsdiq etdi. İş üzrə şahid Səmədov Fərhad Söhrab oğlu məhkəmə iclasında ifadə verərək 30 may 2007-ci ildə Ağdaş şəhərində vəfat etmiş x1 Ərizəçi1 və Ərizəçi2 anaları olmasını təsdiq etdi. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi1 xx xxxxxx 1957-ci ildə Ərizəçi2 isə xx xxxx 1961-ci ildə anadan olmuşdur. Ərizəçi1 və Ərizəçi2 doğum şəhadətnamələrində anaları kimi x3 göstərilmişdir. x2 30 may 2007-ci ildə Ağdaş şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə uyğun olaraq şəxslərin qohumluq münasibətləri məhkəmə qaydasında müəyyən oluna bilər Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 may 2007-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş x1 x3 ilə eyni şəxs olması və 30 may 2007-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş x1 Ərizəçi1 və Ərizəçi2 anaları olması barədə qohumluq faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-583/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-583/2020
10.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver