Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-6/2023 27.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X10 kаtibliyi, İddiаçı İddiaçı Cavabdeh Əlisəfa qızının iştirаkı ilə İddiаçı İddiaçı Cavabdeh Əlisəfa qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Cavabdeh Əlisəfa qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən naturada kordinatları müəyyən edilərək mülkiyyətinə verilən, lakin hazırda Cavabdeh Əlisəfa qızı tərəfindən zəbt edilmiş və qanunsuz olaraq onun istifadəsində olan 0.024 hektar torpaq sahəsinin zəbtdən azad olunanaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 iyul 1996-cı il tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamına əsasən Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-ci il tarixli 01 saylı qərarı ilə yaşadığı S.Səlimoğlu küçəsi 4 nömrəli ev ünvanında 0.06 ha torpaq sahəsi mərhum anası X3 ( 25 iyun 1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) torpağın mülkiyyətə verilməsinə dair (JN-196 saylı kod ********) şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixində o ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinə (********** nömrəli) ərizə ilə müraciət etmiş və Əmlak Məsələləri Dövlət Komitəsi hesabına 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Təqdim etdiyi ərizəyə sənədlərə baxıldıqdan sonra naturada kordinatları müyyən edilmiş və onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.024 hektar sahəsinin qonşu tərəfindən zəbt edildiyi bildirilmişdir. xx.xx.2021-ci il tarixində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi inventarlaşdırmaq məqsədilə mühəndis F.Çələbiyev sözügedən ünvana gəlmişdir. Yerinə müayinə baxışı keçirilən zaman qonşuluqda yaşan cavabdeh X11 faktiki olaraq mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.024 hektar hissəsini uzun müddət onun istifadə etdiyi hətta həmin sahənin ona məxsus daşınmaz əmlakına dair texniki pasportunda zəbt torpaq sahəsi kimi əks olunduğunu bildirərək ölçü işlərinin aparılması mümkün olmamışdr. Bu səbəbdən ərizənin icra olunmasının mümkün olmadığı ona bildirilmiş və daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında rəsmi olaraq bildiriş verilmişdir. Və ona məsələnin yalnsız məhkəmə qaydasında öz həllini tapa biləcəyini bildirmişdir. Onunla qonşuluqda yaşayan Cavabdeh X8 xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz olaraq həmin ərazidən istifadə etməyə davam edir və torpaq sahəsinin müayinə edilməsinə maneə yaradır. Ona görə də ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiаçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əlisəfa qızı məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həyətyanı torpaq sahəsində qonşuluqda yaşayır. Həyətyanı torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia tələbi yalandır. Belə ki, 2018-ci il tarixində ona rəhmətlik anası Ağdaş şəhər sakini Zülfüqar adlı şəxsdən həyətyanı torpaq sahəsi, torpaqda yaşayış evi və toyuq-cücə saxlamaq üçün tikilisi olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini, yəni daşınmaz əmlakı notarial qaydada alqı-satqı müqaviləsinə əsasən rəsmi qaydada almış və onun adına sənədləşdirmişdir. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X1 adına seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2021-ci ildə onunla çəpər qonşusu olan İddiaçı ona adam göndərdi ki, həyətinin toyuq hini tərəfindən ona 400kv metr torpaq sahəsini ona satsın. Onsuzda həmin torpaq sahəsi onun istifadəsində olsa da bələdiyyə mülkiyyətindədir. Onsuz da onun da həyətində 500 kv metr zəbt torpağı vardır. Heç bir sənədi yoxdur. O da iddiaçının bu təklifinə etiraz etmişdir. İddiaçı ətrafda qonşuların hər birinə qarşı müxtəlif yollarla onların yaşayışına müdaxilə edib cürbəcür əsassız bəhanələrlə Dövlət qurumlarına şikayət edir. 2018-ci il tarixindən yuxarıda qeyd etdiyi ünvanda ailəliklə yaşamışlar və heç kimin mülkiyyətinə göz dikməmişlər.Onlar fərdi yaşayış evini torpaqla birlikdə alarkən mülkiyyətin sahibi pis qonşu ilə yaşamaq çətin olacaq deyib xəbərdarlıq etmişdir. İstifadələrində olan torpaq sahəsi əvvəlki ev sahibi tərəfindən daşla hasar çəkilmiş dəmir qapı qoyulmuşdur. Onlar mülkiyyətə sahib olarkən sənədləşmə prosesini qanuna uyğun olaraq bitirmişdirlər. Odur ki, əllərində mülkiyyətləri ilə bağlı bütün sənədlər var və məhkəməyə təqdim etməyə hazırdır. İddiaçı onu məhkəməyə verərək guya ki həmin torpağın onun olmasını bildirmişdir. Halbu ki iddiaçı ilə onun arasında kubik daşı və şiferlə hasar çəkilmişdir. Onun həyətində təqribən 200 kv metr şəhadətnamə ilə düşür. Qərib də torpağı istəyir və əlində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəyi vardır. Bunlar hamısı yalandır. O rayon bələdiyyələrindən öyrənmişdir ki, şəhadətnamə olsa da sürüşmə ola bilər. Ona görə də iddiaçının “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsini xahiş edir. Maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia rədd edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AR ƏMDX-nin yanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********05 saylı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasında imtina edilməsi barədə bildirişin surətindən məlum olur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsində baxılmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi inventarlaşdırmaq məqsədilə mühəndis F.Çələbiyev sözügedən ünvana gəlmişdir. Lakin yerinə müayinə baxışı keçirilən zaman mülkiyyətçi İddiaçı qonşusu X11 torpaq sahəsinin 0.024 hektar hissəsini uzun müddət onun istifadə etdiyini, hətta həmin sahənin ona məxsus daşınmaz əmlakına dair texniki pasportunda zəbt torpaq sahəsi kimi əks olunduğunu bildirərək ölçü işlərinin aparılmasına etiraz etmiş və nəticədə müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ945391 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 iyun 1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən S.Səlimoğlu küçəsi ev 4 ünvanında 0.06 ha torpaq sahəsi X3 və İddiaçı torpağın mülkiyyətə verilməsinə dair (JJN- 196 saylı kod ********) şəhadətnamə verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 1 saylı qərar ilə Torpağın mülkiyyətə verilməsinə dair JN:196A saylı (kod ********) şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X5 və İddiaçı Oktay oğluna Ağdaş şəhər ərazisində 0.06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini pıanı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş şəhəri S.Səlimoğlu küç 6 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh Əlisəfa qızının mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş rayon Gigiyeba və Epidemiologiya mərkəzi tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli 72 saylı məktubdan məlum olur ki, 26 yanvar 2020-ci il tarixində Ağdaş şəhər Bələdiyyəsi nümayəndəsi X4 iştirakı ilə qonşuları S.Səlimoğlu küçəsi 6 saylı ünvan sakini Cavabdeh həyətyanı sahəsində yerləşən toyuqcücə saxlanc yerinə baxış keçirilmişdir. Ərizədə qeyd edilən tövlə (hin) deyilən ərazi metallik materillarla hazırlanmış 6-8m ölçüyə malik saxlanc yeridir. Bu saxlanc yerində 11 ədəd ev quşu aşkar olunmuş və eləcə də heç bir anti sanitariya şəraitinin olmadığı evin arxa divarında olan pəncərələrindən aralı məsafə də olduğu aşkar olunmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********15 saylı mütəxəssis rəyindən məlum olur ki, iddiaçşı İddiaçı Oktay oğlunun mülkiyyətinə JN-196 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 1 ünvanında verilmiş 0.06 ha torpaq sahəsinin 0.214 ha hissəsi Cavabdeh Əlisəfa qızınn hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********01 saylı məktubdan məlum olur ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin 24 may 2022-ci il tarixli **********15 saylı mütəxəssis rəyinə aydınlıq gətirilməsi yəni iş üzrə İddiaçı mülkiyyətinə JN-196A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 1 ünvanında verilmiş 0.06 ha torpaq sahəsinin 0.0214 ha hissəsinin Cavabdeh Əlisəfa qızının hazırda istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşməməsinin, həmçinin həmin torpaq sahəsinin Ağdaş Bələdiyyəsin aid olubolmamasının elektron uçot məlumatları əsasında müəyyən edilməsi barədə məlumatın verilməsi ilə bağlı bildirilir ki, islahat aparılan zaman tərtib edilmiş xəritə materilları ilə natura arasında uyğunsuzluqların aradan qaldırılması məqsədilə AR Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR X9 X17nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Ağdaş Bələdiyyəsinin elektron məlumat bazasında mövcud olan “X9 X17”nə əsasən sözügedən 0.0214 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh Əlisəfa qızının hazırda istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aiddir. İddiaçı mülkiyyətinə JN-196A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi verilsə də, hal-hazırda istifadəsinə 0.0854 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 yanvar 2018-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, satıcı X2 şəhəri S.Səlimoğlu küç 6 ünvanında yerləşən ümumi sahəsi 600 kv-m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən alıcı Cavabdeh satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Bələdiyyəsi tərəfindən Cavabdeh Əlisəfa qızına verilmiş xx.xx.2022-ci il tarixli 364 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Bələdiyyəsinin 3 nömrəli baş kitabının 389 nömrəli şəxsi hesab nömrəsində sizin adınıza 0.1123 ha həyətyanı torpaq sahəsi və 100 kv metr fərdi yaşayış evinin qeydiyyatı var. Tərəflərindən həmin torpaq sahəsinin və əmlak vergisinin pulları vaxtında ödənilmişdir. xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən sizə verilmiş çıxarış və texniki pasportda faktiki sahə 0.11236 ha sənəd üzrə torpaq sahəsi isə 0.06 ha göstərilmklə sizə bildirilir ki, 0.0523.60 ha torpaq sahəsi sizin istifadənizdə olmasına baxmayaraq zəbt olunmuş bələdiyyəyə məxsus torpaq sahəsidir. Bununla əlaqədar sizin tərəfinizdən xx.xx.2021-ci il tarixdə sizin ərizənizə əsasən 0.0523 ha zəbt olunmuş torpaq sahəsinin tərəfinizdən prosedur qaydada sənədləşdirilməsinə başlanılmış, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsinin Ayrılan Torpaq sahəsinin Kadastr göstəricilərinin və iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Mingəçevir ərazi şöbəsi tərəfindən verilən rəylərdə 482 ha torpaq sahəsinin Bələdiyyə müklkiyyətinə məxsus ərazidə yerləşməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəsmi məktubları vardır. Müvafiq qanunvericiliyə uyğun həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyəti olması barədə çıxarış verilən zaman Əmlakda bildirildi ki, qonşu həyətdə yaşayan İddiaçı adlı şəxsə verimiş kadastr planının guya bir hissəsi sizin istifadə etdiyiniz torpaq sahəsi ilə üstüstə düşür. Bunu da reyetrs xidməti yaxşı bilirki, rayonda belə hallar çox olub və buna da sürüşmə deyilir. İddiaçı özünün həyəində 500 kv metrə yaxın Bələdiyyəyə məxsus zəbt torpaq sahəsi vardır. Sizin tərəfinizdən istifadə olunan həmin torpaq sahəsi əvvəl X6 olub. Ondan Ağdaş rayon Araliki kənd sakini X12 qanunu alanda da onunda texniki pasprotunda zəbt göstərilib. 2018-ci ildə sizdə həmin torpaq sahəsinin Z.Sadıqovdan alanda faktiki torpaq sahəsi haqqında sizə verilmiş texniki pasportda torpaq sahəsinin ölçüləri öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon icra Hakimiyyəti tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli 32 saylı Ağdaş rayon icra Hakimiyyəti baçşısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyindən məlum olur ki, Ağdaş rayonu Ağdaş bələdiyyəsinin məktubuna əsasən Ağdaş bələdiyyəsinə aid olan həyətyanı məqsədilə hərraca-müsabiqəyə çıxarılması nəzərdə tutulan 482 kv metr torpaq sahəsinə texniki baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, həyətyanı məqsədilə hərracamüsabiqəyə çıxarılması nəzərdə tutulan 482 kv metr torpaq sahəsinə texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həyətyanı məqsədi ilə hərraca müsabiqəyə çıxarılması nəzərdə tutulan 482 kv metr torpaq sahəsi yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və tikintisi lahiyələrinə uyğun olduğundan, habelə elektrik, rabitə, nəqliyyat qaz, su-kanalizasiya və kommunikasiya xətlərinin mühaifəzsi zolağında yerləşmədiyindən həyətyanı torpaq sahəsi üçün ayrılması məqsədə müvafiqdir. Tikinti işlərinin layihə-icazə sənədləri qanuna müvafiq qaydada rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanıla bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2018-ci il tarixli 03/0504 saylı arayışın surətindən məlum olur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli ********** saylı ərizəsinə və xx.xx.2018-ci il traixli ********** saylı müqaviləyə əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən, mülkiyyətində olan fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmışdır.Qiymətləndirmə zamanı daşınmaz əmlakın xx.xx.2018-ci il tarixinə bazar dəyəri 43400 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6182 saylı ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı Oktay oğlunun mülkiyyətinə JN-196 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 1 ünvanında verilmiş 0.06 ha torpaq sahəsinin 0.214 ha hissəsi Cavabdeh Əlisəfa qızınn hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunur. Eskpert tərəfindən qeyd edilir ki, mərkəzdə torpaq sahələrin dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmmaışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/326 saylı ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********15 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı Oktay oğlunun mülkiyyətinə JN-196 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ünvan 1 ünvanında verilmiş 0.06 ha torpaq sahəsinin 0.214 ha hissəsi Cavabdeh Əlisəfa qızınn hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunsa da, xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubda Ağdaş bələdiyyəsinin elektron məlumat bazasında mövcud olan “X9 Uçotu İnformasiya”sisteminə əsasən sözügedən 0.0214 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi X7 hazırda istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aid olduğu qeyd olunmuşdur. Eskpert tərəfindən qeyd edilir ki, mərkəzdə torpaq sahələrin dair baza məlumatları olmadığına görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********15 nömrəli mütəxəssis rəyində və xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubunda qeyd olunan məlumatlar üzrə mübahisəli tədqiqat aparmaq mümkün olmadı. Odur ki, 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində və məktubda qeyd edilən məluamtlar arasında mövcud olan ziddiyyətə son nəticədə Məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiаçı İddiaçı Cavabdeh Əlisəfa qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən naturada kordinatları müəyyən edilərək mülkiyyətinə verilən, lakin hazırda Cavabdeh Əlisəfa qızı tərəfindən zəbt edilmiş və qanunsuz olaraq onun istifadəsində olan 0.024 hektar torpaq sahəsinin zəbtdən azad olunanaraq ona qaytarılmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin iddia edilən zəbt torpaq sahəsinin cavabdehin adına, ondan əvvəl isə digər şəxslərin adına tərtib edilmiş texniki pasporta əsasən cavabdehin faktiki istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Bu hal iş materiallarında olan həmin zəbt torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi üçün aparılan torpaqayırma sənədləri və maraqlı orqanın bununla bağlı verdiyi rəylə də təsdiqini tapır. Eyni zamanda iş materiallarında ekspert rəyindən görünür ki, 0.0214 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi X7 hazırda istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aid olduğu qeyd olunmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, İddiаçı İddiaçı Cavabdeh Əlisəfa qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh Əlisəfa qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-6/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-6/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver