Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-604/2022 15.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən məcburi çıxarma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən məcburi çıxarma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayır. X1 və X2 rayonu, Əmirmahmud kəndində yerləşən ümumi sahəsi 2.0298 ha torpaq sahəsini daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında 25 noyabr 2021-ci ildə bütövlükdə ona bağışlamışlar. O, həmin torpaq sahəsini adına sənədləşdirərək çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə üraciət etmi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmiş və bildirişdə sənədləşdirmək istədiyi 2.0298 ha torpaq sahəsi ilə X9 X10 göstərilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluq olması göstərilmişdir Belə ki, ona bağışlanmış Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən ümumi sahəsi 2.0298 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt edilmişdir. Həmin şəxs zəbt etdikləri ərazinin özlərinə məxsus olmasını iddia edirlər. Həmin torpaq sahəsi mübahisəlidir. Dəfələrlə onlara həmin torpaq sahəsindən çıxmalarını xahiş və tələb etsə də cavabdehlər xahişinə və tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirilər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ona bağışlanmış Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən ümumi sahəsi 2.0298 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi çıxarılması tələbinə dasir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ağdaş rayonu, Əmirmahmud kəndində doğulmuş, Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan Cavabdeh1, Ağdaş rayonu, Əmirmahmud kəndində doğulmuş, Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan Cavabdeh2, Ağdaş rayonu, Əmirmahmud kəndində doğulmuş, Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan Cavabdeh3 və Ağdaş rayonu, Əmirmahmud kəndində doğulmuş, Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan Cavabdeh4 Ağdaş rayonu, Əmirmahmud kəndi ərazisində yerləşən, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə ümumi sahəsi 2.0298 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi çıxarılmaları barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddiası əsassızdır. O, və digər cavabdehlər iddia edilən torpaq sahəsini zəbt etməmişlər. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında digər cavabdehin izahatına oxşar izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli, **********83 saylı məktubundan görünür ki, İddiaçı Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən kənd təsrrüfatı təyinatlı 2.0298 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, qeydiyya üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılarkən məlum olmuşdur ki, 2.0298 ha torpaq sahəsi ilə X9 X10 göstərilmiş torpaq sahəsinin faktiki vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluq vardır, belə ki, həmin Sistemə əsasən torpaq sahəsinin miqdarı 1.4154 hadır. Uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Ağdaş rayonunun Əmirmahmud kəndi ərazisində yerləşən, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X8 və X4 məxsus ümumi sahəsi 2.0298 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı bağışlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən sənəd üzrə mülkiyyətində olan 2.0298 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, faktiki torpaq sahəsinin 1.4154 hektar olduğu məlum olmuş, 1.4154 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına etiraz etməmişdir. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair AA № 586003 saylı sənədindən görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən X3 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sahəsi və faktiki sahəsi 2.0298 hektardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 2.0298 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Torpağın mülkiyyət hüququna dair JN-0034 kod 90318028 saylı Dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 nömrəli qərarı ilə Ağdaş rayonu, Əmirmahmud kəndi ərazisində yerləşən 3.41 hektar torpaq sahəsi mərhum X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyət hüququna dair JN-0035 kod 90318028 saylı Dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 nömrəli qərarı ilə Ağdaş rayonu, Əmirmahmud kəndi ərazisində yerləşən 1.46 hektar torpaq sahəsi mərhum Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli, **********01 saylı rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan “X9 X16”nə əsasən Ağdaş rayonu, Əmirmahmud kəndi ərazisində **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla X5 və X3 mülkiyyətinə verilmiş ümumi sahəsi 2.0298 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0034 (********) saylı Dövlət Aktına əsasən mərhum X11, Cavabdeh4, Cavabdeh1 və qeyrilərinin mülkiyyətinə verilmiş Ağdaş rayonu, Əmirmahmud kəndi ərazisində yerləşən 3.41 ha torpaq sahəsi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 0035 (********) saylı Dövlət Aktına əsasən Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Ağdaş rayonu, Əmirmahmud kəndi ərazisində yerləşən 1.46 ha torpaq sahəsi ilə sənəd üzrə və naturada üst-üstə düşmür, mütəxəssis rəyi üçün 223 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia edilən torpaq sahəsinin cavabdehlərin mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinə aid olmadığı mütəxəssis rəyi ilə müəyyən olunduğu üçün iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən məcburi çıxarma tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-604/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-604/2022
15.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver