Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-609/2020 27.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bəhrəm qızı və Cavabdeh3 Tərlan qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X1rşı Torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bəhrəm qızı və Cavabdeh3 Tərlan qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X1rşı torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 62 kvadrat metr yaşayış sahəsi və 0,06 ha torpaq sahəsindən çıxarılması, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən 62 kvadrat metr yaşayış sahəsi olan iki otaqlı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi onun mülkiyyətindədir. Qeyd edir ki, cavabdehlər həmin fərdi yaşayış evinin bir otağını zəbt edərək mülkiyyətində olan torpaq sahəsi ilə birgə 40 ildən artıq müddətdir ki, istifadə edirlər. Nəzərə çatdırmaq istəyir ki, fərdi yaşayış evinin bir otağında o,bir otağında isə cavabdehlər qalırlar.Otaqların ayrıca giriş-çıxışı mövcuddur. Ev 1976-cı ildə tikilmiş və qaynatam Cavabdeh2,yəni eltim olan cavabdehi həmin evə 1978-ci ildə gəlin gətirmişdir. Həmin vaxtdan etibarən Maral o, evdə yaşayır. Cavabdeh1 Maralın oğludur,Dürdanə isə gəlinidir. Hazırda cavabdehlər ona öz mülkiyyətində olan torpaq sahəsindən gediş gəliş yolu vermir. Beləliklə o,mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə edə bilmir. Qeyd edir ki, o, cavabdehlərlə dəfələrlə razılığa gəlmək istəsə də,cavabdehlər razılığa gəlməmişlər. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh2 xx xxxxxxx 2020-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi onun və iddiaçının qayınatası olmuşdur. Qeyd edir ki, 1978-ci ildə o, qayınatasının razılığı ilə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşür və o vaxtdan etibarən həmin evdə yaşayır,cavabdeh olan oğlu Cavabdeh1 da həmin evdə dünyaya gəlmişdir və Cavabdeh1 da ailəsi ilə birgə mübahisəli evdə yaşayır. Həmin evdə qeydiyyatda olmasalar da faktik olaraq 1978-ci ildən o, evdə yaşayırlar. O və ailəsi iddiaçıya öz mülkündən istifadə etməyə hər hansı bir maneçilik törətmirlər. Onun və ailəsinin mübahisəli evdən başqa yaşamağa başqa yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 xx xxxxxxx 2020-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi onun babası olmuşdur.İddiaçı onun əmisinin həyat yoldaşıdır. Qeyd edir ki, 1978-ci ildə anası olan Cavabdeh2 babasının razılığı ilə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşür və o vaxtdan etibarən həmin evdə yaşayır,o da həmin evdə dünyaya gəlmişdir və ailəsi ilə birgə mübahisəli evdə yaşayır. Həmin evdə qeydiyyatda olmasalar da faktik olaraq o, evdə yaşayırlar. O və ailəsi iddiaçıya öz mülkündən istifadə etməyə hər hansı bir maneçilik törətmirlər. Onun və ailəsinin mübahisəli evdən başqa yaşamağa başqa yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bəhrəm qızı və Cavabdeh3 Tərlan qızının və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ağdaş şəhəri,F.Səfərov küçəsi 9-da yerləşən 0,06 ha yaşayış maəntəqələri torpaqğı və üzərində yerləşən 62 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyəti hüququ əsasında xx xxxxxxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Ağdaş şəhəri,F.Səfərov küçəsi 9-da yerləşən 62 kvadratmetr ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, məhkəmə müraciətinə əlavə edilmiş texniki pasporta əsasən Ağdaş şəhəri,F.Səfərov küçəsi 9-da yerləşən fərdi yaşayış evi 0,10 ha torpaq sahəsində yerləşməklə bir neçə yerləşgədən ibarətdir. Yaşayış evindən əlavə həyətdə bir mərtəbəli köməkçi tikili də mövcuddur. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən yaşayış evinin 62 kv.metr hissəsi və torpaq sahəsinin 0,06 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Texniki pasportda sahələri 28.4 kv.m və 33.6 kv.m olan iki otaqdan sahələri 35. kv.m və 63 kv.m olan açıq eyvan da göstərilmişdir.Hal-hazırda həmin yerləşgələr şüşəbənd vəziyyətinə gətirilərək yaşayış otağı kimi istifadə edilir. Sahəsi 28.4 kv.m olan otaq ilə sahəsi 35.kv. metr şüşəbənd və eyvan iddiaçının,sahəsi 33.6 kv.m olan otaq ilə sahəsi 63.kv. m olan şüşəbənd və eyvan isə cavabdehlərin istifadəsindədir.Yaşayış evinə aid torpaq sahəsi isə həm iddiaçının həm də cavabdehlərin ümumi istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. AzərbaycanRespublikasıMənzilMəcəlləsinin 53-cümaddəsinəəsasənicarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx xxxxxx 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar, tərəflərin izahatları nəticəsində məlum olmuşdur ki, Cavabdeh2 mübahisəli mənzilə 1978-ci ildə o zaman mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş iddiaçı və Cavabdeh2 qayınatasının razılığı ilə köçürülmüş, Cavabdeh2 İddiaçı kimi mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir, Cavabdeh2 İddiaçı və mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi və icarədarları ilə yaşayıb birgə təsərrüfatı idarə etmiş, bununla da mübahisəli fərdi yaşayış evinə hüquq əldə etmişdir. Həmçinin Cavabdeh1 da mübahisəli fərdi yaşayış evində dünyaya gəlmiş,orada yaşamış və evləndikdən sonra da ailəsi ilə birgə həmin evdə yaşamağa davam etmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evini 2016-cı ildə öz adına özəlləşdirmişdir. Buradan da aydın olur ki, iddiaçı mübahisəli fərdi yaşayış evini özəlləşdirərkən cavabdehlər həmin evdə yaşamışlar. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc iddia rədd edildiyi üçün iddiaçıdan tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bəhrəm qızı və Cavabdeh3 Tərlan qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X1rşı torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 67.20 manat (altmış yeddi manat iyirmi qəpik) İddiaçı tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bank ASC Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift: AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-609/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-609/2020
27.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver