Məhkəmə qərarları › İş №2(014)-63/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-63/2022

28.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-63/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X3 kаtibliyi, İddiаçı İddiaçı2 Cavabdeh iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağdaş rayonu, Korarx kənd ərazisində qanunsuz zəbt etdiyi şəxsi mülkiyyətlərində olan 0.18 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 1999-cu il 22 fevral tarixli 04 saylı qərarı ilə Ağdaş rayonu, Korarx kənd ərazisində onlara 0.18 ha kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsini razılığı olmadan istifadə etmişdir. Həmkəndli olduqları üçün dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh torpaqlarını tərk etməmişdir. Hazırda cavabdeh torpaq sahələrini qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifadə edərək qazanc götürür. O isə işsizlikdən əziyyət çəkdiyi üçün ailənin ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Nəticədə öz torpaqlarını əkib-becərməkdən məhrum olmuşlar və öz torpaqlarından heç bir qazanc götürə bilmirlər. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Hazırda cavabdeh torpaq sahəsini qanunsuz zəbt etdiyindən tam olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmir. Ancaq cavabdeh torpaq sahəsindən qanunsuz olaraq istifadə edərək hər il xeyli miqdarda qazanc götürür. O isə cavabdeh torpaq sahəsini qanunsuz zəbt etdiyindən hər il xeyli miqdarda halal qazancından məhrum olmuşdur. Nəticədə cavabdeh qanunsuz qazanc əldə edir, o isə maddi imkansızlıqdan səfalət çəkir. Hesab edir ki, torpaq sahələrinin qanunsuz zəbtdən azad edilməsi məhkəmə qaydasında həllini tapmalıdır. Mülki iş üzrə İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə iddiaçılar İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən 3-cü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət Hüququna dair ( JN-0088, Kod ********) saylı dövlət aktına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli 04 saylı qərarı ilə Ağdaş rayon Korarx kəndi ərazisində 0.18 hektar torpaq sahəsi İddiaçı1 İsbəndiyar oğlu, İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında Dövləy Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29 mart 2020-ci il tarixli **********00 saylı məktubdan məlum olur ki, JN- 0088 (kod ********) nömrəli torpaq sahəsi başqa şəxslər tərəfindən istifadə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ağdaş rayon Korarx Bələdiyyəsinin 19 fevral 2003-cü il tarixli 01 saylı arayışına cavab olaraq həyətyanıkara şəhadətnamə işlənərkən Cavabdeh qanunu həyətyanı üçün şəhadətnamə gəlməyib. Həqiqətən SSRİ Dövlət Plan Komitəsi ilə 10 may 1982-ci ildə SSRİ MSİ ilə xx.xx.1982-ci ildə razılaşdırılmış kadastr kitabının 80-ci səhifəsinin 215-ci sıra sayında Cavabdeh adına 10 (on) sot torpaq sahəsi yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair (JN-034A, kod ********) şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli 04 saylı qərarı ilə Ağdaş rayon Korarx kəndi ərazisində 0.10 hektar torpaq sahəsi İddiaçı1 Əlibala oğlu, X1, X4 və əlizadə Sevinc Vidadi qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 22 iyun 2022ci il tarixli **********47 saylı mütəxəssis rəyindən məlum olur ki, 1.iddiaçıların xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndində yerləşən torpaq sahəsi cavabdeh tərəfindən naturada istifadə edilir. 2. İddiaçıların xüsusi mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. 3 və 4. İddiaçıların faktiki naturada istifadə etdiyi torpaq sahəsi mövcud olmadığından sənəd üzrə verilən torpaq sahəsi ilə üstüstə düşüb düşmədiyi müəyyən etmək olmadı. 5. Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. 6. Cavabdehin faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə sənəd üzrə ona məxsus olan torpaq sahəsi arasında 680 metr məsafə vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 02 mart 2022ci il tarixli **********69 saylı Smetadan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 275 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin Ağdaş filialı vasitəsi ilə ödənilmiş 2784 qəbzdən görünür ki, mütəxəssis tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 275 manat pulu İddiaçı2 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli 10/4471 saylı ekspert rəyindən məlum olur ki, 1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun Təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıların xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndində yerləşən torpaq sahəsi cavabdeh tərəfindən naturada istifadə edilir. 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki,iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. 3-4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki,iddiaçıarın faktiki naturada istifadə etdiyi torpaq sahəsi mövcud olmadığından sənəd üzrə verilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək olmadı. 5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki,cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. 6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki,cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə ona məxsus olan torpaq sahəsi arasında 680 metr məsafə vardır. (Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair (JN-0088, KOD ********) saylı dövlət aktına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli 04 saylı qərarı ilə İddiaçı1, İddiaçı2 xüsusi mülkiyyətinə Ağdaş rayon Korarx kəndi ərazisində 0.18 hektar torpaq sahəsi verilmişdir. Ağdaş rayonunun Korarx kənd sakini Cavabdeh onlara məxsus torpaq sahəsinin onların razılığı olmadan istifadə etmişdir. Cavabdeh dəfələrlə müraciət etməklərinə baxmayaraq və həmin torpaq sahəsindən çıxmasını xahiş və tələb etməklərinə baxmayaraq cavabdeh xahişlərinə və tələblərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir. Nəticədə cavabdeh iddiaçıları öz mülkiyyətlərindən faktiki olaraq məhrum etmişdir, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndi ərazisində yerləşən 0.18 hektar torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçılaraya qaytarılmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün ödənilmiş 275 manat pul Cavabdeh alınıb İddiaçı2 ödənilməlidir. Ödənilmiş 10 manat Cavabdeh alınıb İddiaçı2 ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1 ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. (AR MPM Maddə107) Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxil edilmişdir. (AR MPM Maddə 115.0.1) İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndi ərazisində yerləşən 0.18 hektar torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçılara qaytarılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilsin. İş üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün ödənilmiş 275 manat pul Cavabdeh alınıb İddiaçı2 ödənilsin. Ödənilmiş 10 manat Cavabdeh alınıb İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar