Məhkəmə qərarları › İş №2(014)-65/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-65/2021

03.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-65/2021 03.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin məcburi çıxarma və özbaşına tikilinin sökülməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin məcburi çıxarma və özbaşına tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon notariat ofisində, reyestrdə xx.xx.2018-ci ildə 4Ə-557 nömrə ilə qeydiyyata alınmış alqısatqı müqaviləsinə əsasən aldığı, AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat nömrəsi 220004766, qeydiyyat tarixi xx.xx.2020- ci il olan reyestr çıxarışına əsasən onun tam xüsusi mülkiyyətində olan 1,0596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,80 ha hissəsindən Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulması, zəbt etdiyi sahədən məcburi qaydada çıxarılması, ərazinin əvvəlki vəziyyətinə qaytarılması, ərazidəki özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının razılığı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. İddiaçı daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş rayon notariat ofisində, reyestrdə xx.xx.2018-ci ildə 4Ə-557 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən aldığı, AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat nömrəsi 220004766, qeydiyyat tarixi xx.xx.2020- ci il olan reyestr çıxarışına əsasən onun tam xüsusi mülkiyyətində olan 1,0596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,80 ha hissəsindən Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulması, zəbt etdiyi sahədən məcburi qaydada çıxarılması, ərazinin əvvəlki vəziyyətinə qaytarılması, ərazidəki özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon notariat ofisində, reyestrdə xx.xx.2018-ci ildə 4Ə-557 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən aldığı 1,0596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat nömrəsi 220004766, qeydiyyat tarixi xx.xx.2020-ci il olan reyestr çıxarışına əsasən onun tam xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlər heç bir hüquqi əsaslar olmadan, tamamilə qanunsuz və əsassız olmaqla özbaşına şəkildə mülkiyyəti olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə oradan qanunsuz istifadə edirlər,cavabdehlər əsassız xeyir götürməklə ona ziyan vururlar, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq orada yaşayış evinin bünövrəsinə bənzər qanunsuz tikili də inşa etmək istəmişlər, lakin tələbindən sonra işlər hələlik dayandırılmışdır. Cavabdehlər həmin torpaq sahəsinin əvvəllərdən torpaq satıcılarının, daha sonralar isə ona məxsusluğunu, mülkiyyəti olduğunu bilmələrinə baxmayaraq müvafiq hüquqi əsaslar olmadan onun bir hissəsinə qeyri-qanuni sahiblik etmək iddiasına düşmüşlər, orada özbaşına şəkildə tikili tikmək üçün müəyyən işlər görməyə başlamışlar ki, belə hərəkətlər qəti şəkildə yolverilməzdir. Odur ki, cavabdehlərin qanunsuz sahibliyinə son qoyulması və onun oradan məcburi qaydada çıxarılması və özbaşına tikintinin sökülməsinə dair məsələyə baxılması üçün hazırkı iddia ilə müraciət edir. Qeyd edir ki, hazırkı torpağın əvvəlki mülkiyyətçilərinin zamanında da cavabdehlərin onların torpaq sahəsini özbaşına zəbt etmiş olmasına və oradan məcburi qaydada çıxarılmalı olmasına dair qanuni qüvvəyə minmiş 2001-ci il tarixli 2-89 saylı məhkəmə qətnaməsi mövcuddur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, onun mülkiyyətində olan torpaq sahəsinin 0,80 hektar hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq orada özbaşına tikinti işləri aparılır. Onun çoxsaylı xəbərdarlqılarına baxmayaraq cavabdehlər öz qanunsuz əməllərini davam etdirirlər.Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia tələbi ilə tanış olmuşdur,iddianı özünə qarşı olan hissədə qəbul edir.Belə ki, o,iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,40 hektara yaxın olan hissəsini zəbt etmiş,lakin həmin torpaq sahəsində hər hansı tikili və ya özbaşına işlər görməmişdir. Odur ki, ərizəsinin nəzərə alaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Gürcuva kəndində yerləşən 1,0596 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu Gürcuva kəndində yerləşən 1,0596 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2001-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X1 verilmiş torpaq sahəsindən çıxarılsınlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-cı il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus 1,0596 ha torpaq sahəsinin 327 kv.m hissəsinin yaşıl çəpərlə hasarlandığı müəyyən edilmişdir. Cavabdeh baxışda iştirak etmədiyindən iddia edilən 327 kv.m torpaq sahəsinin onun və ya başqa şəxslərin istifadəsində olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 73,20 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx xxxxxx 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,80 hektarının cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, mütəxəsis rəyinin nəticəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 327 kv.metr sahəsi yaşıl çəpərlə hasarlandığı müəyyən edilmişdir. Cavabdeh1 məhkəməyə göndərdiyi ərizədə iddiaçıya məxsus torpaq sahəsinin 0,40 hektarını zəbt etdiyini bildirmişdir. Mütəxəssis rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin 327 kv.metr sahəsi yaşıl çəpərlə hasarlanmasına baxmayaraq kim tərəfindən istifadə olunması müəyyən edilə bilməməsinə baxmayaraq cavabdeh Musa Məlikovun məhkəməyə göndərdiyi ərizə əsasında məhz həmin sahənin cavabdeh Musa Məlikov tərəfindən zəbt edilərək istifadə olunması müəyyən edilmişdir. 327 kv.metr torpaq sahəsində özbaşına tikili müəyyən edilməmişdir. Həmçinin iddiaçının Cavabdeh2 qarşı tələbinin əsaslı olması barədə iddiaçı tərəfindən hər hansı mötəbər bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,0327 hektar hissəsindən qanunsuz istifadəsinə son qoyularaq çıxarılmalı, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc ödənilmiş tələbin məbləğinə mütanasib olaraq Cavabdeh1 tutulmalıdır. Tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı məxsus Ağdaş rayonu, Gürcuva kəndində yerləşən 1,0596 hektar torpaq sahəsinin istifadə etdiyi 0,0327 ha hissəsindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 73,20 manat ( yetmiş üç manat iyirmi qəpik) Cavabdeh1 tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın 1 saylı Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift:AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** İddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar