Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-66/2021 12.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3rşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3rşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ağdaş rayonu, Türyançay qəsəbəsində yerləşən onun xüsusi mülkiyyətində olan qanunsuz zəbt etdiyi 0,07 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, Ağdaş rayon X1 xx.xx.2009-cu il tarixli 2 saylı qərarı ilə Ağdaş rayonu, Türyançay qəsəbəsində ona yaşayış məntəqələrinin torpaqları təyinatlı ümumilikdə 0.1878 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2019-cu ildə də ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ********** olan dövlət çıxarışı ona verilmişdir. Uzun müddətdir ki, ona məxsus torpaq sahəsinin 0.07 ha. hissəsi cavabdeh tərəfindən istifadə edilmişdir. Qonşu olduğu üçün dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh torpağını tərk etməmişdir. Hazırda uzun müddətdir ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt etməklə qanunsuz olaraq istifadə edir. O, isə öz şəxsi mülkiyyətindən məhrum olmuşdur və öz torpağından heç bir qazanc götürə bilmir. Qeyd edir ki, o, iddiasında cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsini təxmini qeyd etmişdir. Rəydə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin ölçüsü dəqiqliklə qeyd olunmuşdur. Dəfələrlə cavabdehi xəbərdar etməsinə baxmayaraq cavabdeh onun mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0,1878 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0,1878 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2020-cı il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin istifadə etdiyi 137 kv.metr torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0,1878 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 71,20 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx xxxxxx 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddiaçıya məxsus 0,1878 hektar torpaq sahəsinin 137 kv.metr(0,0137 ha) hissəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyi mütəxəssis rəyi ilə müəyyən edildiyindən, iddia qismən təmin edilməli, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş 137 kv.metr(0,0137 ha) hissəsindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir, həmçinin iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc ödənilmiş tələbin məbləğinə mütanasib olaraq cavabdehdən tutulmalıdır. İddianın təmin edilmiş hissəsinə mütanasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Türyançay qəsəbəsində yerləşən 0,1878 hektar torpaq sahəsinin istifadə etdiyi 137 kv.metr (0,0137 ha) hissəsindən çıxarılsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 71,20 manat ( yetmiş bir manat iyirmi qəpik) Cavabdeh tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın 1 saylı Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift:AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(014)-66/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-66/2021
12.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver