Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-685/2020 24.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə,**********45 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Şəkili kənd ərazisində onun mülkiyyətində olan 2,7824 hektar torpaq sahəsinin özbaşına tutduğu torpaq sahəsinin sol tərəfinin yuxarı hissəsindən eninə 40 metr olmaqla üçbucaq formada cəmi 1 hektar hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2020ci il tarixdə, **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən onun adına Ağdaş rayonu Şəkili kəndində 2.7824 hektar pay torpaq sahəsi verilmişdir. Onun mülkiyyətinə verilmiş həmin torpaq sahəsi cavabdeh Cavabdeh mülkiyyətində olan pay torpaq sahəsi ilə sərhəddə yerləşir. Cavabdeh onun mülkiyyətinə verilmiş torpaq sahəsinin sol tərəfinin yuxarı hissəsindən eni 40 metr olmaqla cəmi 1 hektar hissəsini üçbucaq formada özbaşına zəbt edərək özü istifadə edir. Cavabdehə dəfələrlə xüsusi mülkiyyətində olan 2.7824 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin özbaşına zəbt edərək istifadə etdiyi hissəsindən könüllü çıxmasını xahiş və tələb etsə də cavabdeh, könüllü olaraq həmin ərazidən çıxmaq istəmir. Bütün bu faktlar müraciəti əsasında həmin yerə baxış keçirərək ölçü işləri aparmış DƏKÜRX-nin 17 saylı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi tərəfindən də təsdiq olunmuşdur. Mövcud mübahisə üzrə rəy verilmiş və rəydə onun torpaq sahəsinin 1,87 ha hissəsi cavabdeh tərəfindən zəbt edildiyi bildirilsə də əslində onun zəbt edilmiş torpaq sahəsinin ölçüsü 1 hektardır. Belə ki, elektron xəritədə sürüşmə olduğu üçün rəydə belə qeyd edilmişdir. Cavabdeh onun mülkiyyətinə verilmiş həmin torpaq sahəsini özbaşına tutaraqistifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, mülkiyyətçi kimi, həmin torpaq üzərində hüquqlarını istəyincə sərbəst həyata keçirə bilmir. Odur ki, iddia tələbindən kənara çıxılmadan iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək ağır xəstə olduğunu bildirərək, işin 2021-ci ilin yanvar ayının ikinci ongünlüyünə təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən baş verməsi barədə sübut təqdim edilmədiyi üçün cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şəkili kəndində yerləşən 2,7824 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu Şəkili kəndində yerləşən 2,7824 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki,Ağdaş rayonu,Şəkili kənd ərazisində yerləşən İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********42 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 2,78 ha torpaq sahəsinin 1,87 ha hissəsi Cavabdeh faktik istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 77,04 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsaəsn iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddiaçıya məxsus Ağdaş rayonu Şəkili kəndində yerləşən 2,78 ha torpaq sahəsinin 1,87 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir, lakin iddiaçının izahatı nəzərə alınaraq iddia tələbindən kənara çıxılmadan iddia təmin edilməlidir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi 1 ha hissəsindən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 77,04 manat cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Şəkili kəndində yerləşən 2,7824 hektar torpaq sahəsinin istifadə etdiyi 1 hektar hissəsindən çıxarılsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 77,04 manat (yetmiş yeddi manat dörd qəpik) Cavabdeh tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın 1 saylı Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift: AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N: AZ23AİİB******************** Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-685/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-685/2020
24.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver