Məhkəmə qərarları › İş №2(014)-69/2023

Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-69/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-69/2023 31.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı «qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X4 27 il yaşadığı və qeydiyyata olduğu yaşayış evi və yaşayış sahəsindən istifadə hüququları tanınmaqla qeydiyyatda olduqları Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 40/23 ünvanındakı yaşayış evi və yaşayış sahəsinə köçürülməyi və həmin yaşayış evinin bugünədək istifadələrində olan bir qonaq otağı bir mətbəxindən, sanitar qovşağından və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində cavabdehin atasının adına düzəliş edilərək cavabdehi Cavabdeh kimi nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən əsl olmayan Cavabdeh Məhəmməd oğlu əsl olan Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 23 iyul 1996-cı ildə Ağdaş rayon qeydiyyat şöbəsində nikahlarını 45 saylı akt ilə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.1997-ci ildə X5 və xx.xx.2006-cı ildə də X10 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehin uyğunsuz hərəkətləri ailəsinə baxmaması səbəbindən aralarından problemləri başlamışdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Ağdaş rayon Məhkəməsinin 2(014)-733/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, oğlu X10 onun himayəsinə verilmişdir. Cavabdeh xeyli müddətdir ki oğlu ilə onlara qeydiyyatda olduqları evdə yaşamağa imkan vermir. Onları evdən qovur. O və oğlu M.Ə.Rəsulzadə küçəsi 40/23 ünvanında yaşamışlar və həmin ünvanda qeydiyyatdadırlar. Oğlu doğulduğu tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. Cavabdeh hazırda qeydiyyatda olduqları evdə yaşamağa imkan vermir. Cavabdeh hər dəfə problem yaşadanda qohumlarının evində qalırlar. Artıq qohumlarının evində belə qalmağa utanırlar. Hesab edir ki, illərlə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 40/23 ünvanında yaşamağı, övladının doğulduğu gündən həmin evdə yaşaması və qeydiyyatda olmasın nəzərə alaraq qətnamə qəbul edilməlidir. Onların 27 il yaşadıqları və qeydiyyatda olduqları ünvanda həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq evə girməyi onlara qadağan etmişdir. Onların bütün əşyaları da həmin yaşayış evindədir. Cavabdehin onun həmin mənzilə köçmək istəməyinin qarşısını alması barədə etdiyi hərəkətlər qanunsuzdur. İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеh Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-733/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh Məhəmmədəli oğlu arasında bağlanılaraq Ağdaş rayon Qeydiyyat şöbəsində 23 iyul 1996-cı il tarixdə 45 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı l təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılması, Cavabdeh Məmmədli oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 18 yaşına çatan qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 130 manat məbləğində aliment tutlmas qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli MT- 00358 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “nikahın pozulması və alimentin tutulması tələbinə dair” mübahisəsi üzrə xx.xx.2022 tarixində 17:45- 18:30 saatlarında keçirilən ilkin mediyasiya sessiyasında Cavabdeh Məhəmmədli oğlunun iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh Məhəmmədli oğluna ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. X6 ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİH Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 80 saylı məktubdan məlum olur ki, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Yaşadıqları mənzilə dair sənədlərlə tanış olmaq məqsədi ilə İddiaçı müraciət edilən zaman bildirdi ki, o istənilən aidiyyatı sənədləri iddia ərizəsi ilə birlikdə rayon Məhkəməsinə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİH Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 568 saylı arayışdan məlum olur ki, ünvan 2 ünvanda aşağıdakı şəxslər qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Cavabdeh, İddiaçı, X5 və X10. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon X14 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 30 dekabr 1979-cu il tarixli 29 nömrəli orderdən məlum olur ki, X1 4 nəfər ailə üzvü ilə mənzil sahəsi tutmaq hüququ vardır. Ünvan Ağdaş 28 aprel 40 ev, mənzil 23 blok 3.Ailənin tərkibi: X2, X7, X3 və Cavabdeh. Beləliklə, məhkəmədə aydın oldu ki, iddiaçı ilə cavabdeh 23 iyul 1996-cı ildə Ağdaş rayon qeydiyyat şöbəsində nikahlarını 45 saylı akt ilə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.1997-ci ildə X5, xx.xx.2006-cı ildə də X10 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehin uyğunsuz hərəkətləri ailəsinə baxmaması səbəbindən aralarından problemləri başlamışdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Ağdaş rayon Məhkəməsinin 2(014)-733/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, oğlu X10 onun himayəsinə verilmişdir. İddiaçı və oğlu M.Ə.Rəsulzadə küçəsi 40/23 ünvanında yaşamışlar və həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh onu və iki övladının həmin mənzildən istifadə etmələrinə maneçilik yaratmışdır. İşin məhkəmə tədqiqatından bəlli olur ki, İddiaçı mübahisəli mənzilə 1996-ci ildən cavabdeh ilə rəsmi nikaha daxil olduqdan sonra gəlin köçmüş, həmin mənzildə övladları dünyaya gəlmiş, o və övladları qeyd edilən mənzildə icarədar ilə birlikdə təsərrüfat aparmışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı işə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 N°-li Qərarının 7-ci bəndində izah olunmuşdur ki, kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Müəyyən edilmiş qaydada evə köçürmə dedikdə, bir qayda olaraq, yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin, pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə, məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı 1996-ci il tarixdə cavabdeh ilə ailə həyatı quraraq, mübahisəli evə gəlin köçmüş, həmin nikahdan iki övladları dünyaya gəlmiş, məhkəməyə müraciət olan günə qədər mübahisəli evdə yaşamışdır. Beləliklə, yuxarıda göstərilən müddəaları nəzərə alaraq, iddiaçıların icarədarın ailə üzvü olduğu və bu səbəbdən mübahisəli yaşayış sahəsindən cavabdehlə birlikdə yararlanmaq və faydalanmaq qənaətinə gəlmək olar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün birçox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Аzərbаycаn Rеspublikаsının MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəllilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli evə - ünvan 3 ünvanında yerləşən bir qonaq otağı bir mətbəxindən, sanitar qovşağından ibarət yaşayış evinə 1996-ci ildən gəlin köçdüyündən, xx.xx.1996-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla mübahisəli evdə yaşadığından, Cavabdeh ilə rəsmi nikahlarında doğulmuş iki nəfər uşaqları həmin mənzildə anadan olduğundan və bununla da həmin mənzildə istifadə hüququ qazandığından iddiaçının istifadə hüququnun tanınmalı və həmin yaşayış evinə və yaşayış sahəsinə köçürülməli və iddiaçı və oğlunun həmin yaşayış evindən, evin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və oğlu X4 27 il yaşadığı və qeydiyyata olduğu yaşayış evi və yaşayış sahəsindən istifadə hüququları tanınmaqla qeydiyyatda olduqları Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 40/23 ünvanındakı yaşayış evi və yaşayış sahəsinə köçürülsün və həmin yaşayış evinin bugünədək istifadələrində olan bir qonaq otağı, bir mətbəxdən, sanitar qovşağından və yaşayış sahəsindən istifadə hüquqları tanınsın və iddiaçı və oğlunun həmin yaşayış evindən, evin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Qiyabi qətnаmədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar