Məhkəmə qərarları › İş №2(014)-70/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-70/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-70/2023 31.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlakın yaşayış evindən çıxarılması» tələbinə dair mülki işə 31 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlakın yaşayış evindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 1 ədəd qapılı yarımçıq divar mebeli, 1 ədəd 2 qapılı dolab (şifoner), 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd taxt, pərdələr, 1 ədəd bel, 1 ədəd dəhrə, 1 ədəd balta və 1 ədəd nehrədən ibarət əmlaklarının DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən adına verilmiş ********** qeydiyyat nömərli 12 may 2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olub Ağdaş rayonu Kükəl kəndində yerləşən bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evindən məcburi çıxarılmasına, mediasiyya proseisnə və dövlət rüusmu hesabına ümumilidə ödəmiş olduğöu 100 manat pulun müştərək qaydada cavabdehlərdın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə mərhum qardaşı X7 arvadıdır. Hər iki cavabdehlər özlərinə məxsus təsərrüfatda inşa etdikləri fərdi yaşayış evində yaşayırlar. Torpaq isalahatı zamanı qanuni istifadələrində olan 0.35 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə mərhum X3nun, X11 və onun yəni İddiaçı ümumi birgə mülkiyyətində verilmişdir və bu barədə adlarına JN-042A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. X2 20 iyul 2003–cü il tarixdə Ağdaş rayonunun Kükəl kəndində vəfat etmişdir. Atasının ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsindən və orada inşa etdirdikləri fərdi yaşayış evindən ona çatası hissəsini qanun üzrə 1-ci növbə vərəsə kimi faktiki olaraq o qəbul etmişdir. Ağdaş rayon Məhkəməsnin 29 aprel 2021-ci il tarxili 2(014)-724/2021 saylı və X10 2(107)- 1523/2021-ci il tarixli qətnamələri ilə 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində vəfat etmiş X3nun ölümündən sonra ondan miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0.35 hektar həyətyanı 0.5754 hektar və 0.5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X3nun payının onun yəni İddiaçı tərəfindən miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra müraciəti əsasında DƏDKR publik hüquqi şəxin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən həmin yaşayış evi tam, 0.35 hektar həyətyanı torpaq sahəsi isə 2/3 hissədə onun, 1/3 hissədə anası X12 adına qeydiyyat alınmışdır və bu barədə adına ********** qeydiyyat nömrəli, 12 may 2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Bildirir ki, fərdi yaşayış evinin bir otağında konkret olaraq hansı əmlakın hansı cavabdehə məxsus olmasını bilmədini aşağıda adları qeyd etdiyi əmlak yerləşir. Belə ki, Cavabdeh1 deyir ki, həmin əmlaklar ona Cavabdeh2 isə həmin əmlakın ona məxsus olmasını iddia edir. Əmlaklar yerləşən otaq Cavabdeh1 tərəfindən açarla bağlanmışdır və açar ondadır. Fərdi yaşayış evi xüsusi mülkiyyətində olduğuna eləcə də ev uzun müddət bundan əvvəl tikildiyinə cavabdehlərə məxsus əmlaklar yığılmış otağın qapı və pəncərələri daim bağlı olduğuna görə mülkiyyəti və istifadəçi kimi həmin otaqdan istifadə edə bilmir, otağın qapı və pəncərələri daim bağlı qaldığından otağın döşəməsi və tavanı çürümək həddinə çatmış, iç divarlar erroziyaya uğramaq həddinə çatmışdır. Həmin əmlaklar aşağıdakı göstərlənlərdən ibarətdir. 1 ədəd qapılı yarımçıq divar mebeli, 1 ədəd 2 qapılı dolab (şifoner), 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd taxt, pərdələr, 1 ədəd bel, 1 ədəd dəhrə, 1 ədəd balta və 1 ədəd nehrə. Həmin əmlakların xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını dəfələrlə cavabdehlərdən xahiş və tələb etsə də, cavabdehlər onun xəbərdarlığına məhəl qoymamışlar. Cavabdehlər özlərinə məxsus əmlakların xüsusi mülkiyyətində olan yaşayış evinin bir otağından çıxarmamaları səbəbindən mülkiyyətçi kimi həmin yaşayış evi və otaqları üzərində hüquqlarını istəyinə uyğun həyata keçirə bilmir. Göründüyü kimi cavabdehlər özlərinə məxsus əmlakların onun razılığı olmadan qanunsuz olaraq xüsusi mülkiyyətində olan fərdi yaşayış evində saxlamaqla mülkiyyətçi kimi həmin otaqdan istifadə və sahiblikdən məhrum etmişlər. Ona görə də cavabdelərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək izahatında həmin əşyaların ona deyil, Cavabdeh1 məxsus olduğunu, o əşyalarının bir qisminin də Fəxrəndənin anası və atası tərəfindən ona miras qaldığını bildirmişdir. Cavabdeh1 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında bildirdi ki, həmin əşyalar onun anasının özünə, habelə valideynlərinə məxsus olmuşdur. Nənəsi rəhmətə gedəndən həmin əşyalar babası və anası tərəfindən qəbul edilmiş, onların istifadəsində olmuşdur. Cavabdehin atası, onun isə babası rəhmətə getdikdən sonra bu əşyalar və ev onlar tərəfindən qəbul edilərək iddiaçının da etiraf etdiyi kimi, evin bir otağında saxlanılmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 avqust 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 “əmlakın yaşayış evindən çıxarılması tələbinə dair” mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində 15:00 saatlarında keçirilən ilkin mediyasiya sessiyasında iştirak etdiklərini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş rayon, Kükəl kəndində yerləşən 0.35 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və X11 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-724/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, 20 iyul 2003-cü ildə Ağdaş rayonunn Kükəl kəndində ölmüş X8 ölümündən sonra miraasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı Qüdərt qızı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılması və X8 ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0.35 hektar həyətyanı, 0.5754 və 0.5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən X8 payının İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya MƏhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(107)- 1523/2021 saylı qətnamənin surətindən məlum olur ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikjayəti qismən təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-724/2021 saylı qətnaməsi qismən-yəni iddianın təmin olunmuş “20 iyul 2003cü ildə Ağdaş rayonunn Kükəl kəndində ölmüş X8 ölümündən sonra miraasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı Qüdərt qızı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılması” hissəsində ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 527 saylı arayışdan məlum olur ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Qüdərt qızı hal-hazırda aşağıdakı ailə üzvləri ilə birlikdə Ağdaş rayon Kükəl kəndidnə yerləşən 0.35 ha həyətyanı sahəsi 60 kvmetr ümumi sahəsi olan özünəməxsus evində yaşayır və qeydiyyatdadır. X16 qızı, qızı-X5, oğlu-X21. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qedyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1988 saylı arayışın surətindən məlum olur ki, X22 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qedyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1989 saylı arayışın surətindən məlum olur ki, X25 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qedyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1991 saylı arayışın surətindən məlum olur ki, X22 ilə X25 nikahlarını xx.xx.1958-cildə qeyd etdirmişdirlər. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilən ərizədən görünür ki, söhbət əsnasında gedən mülk davası həmin həyət və fərdi yaşayış yeri-1 mərtəbli 1 otaqonun atasının atasından və anasından miras qalıb. Onun X3 1932-ci ildə həmin həyətdə doğulub boya-başa çatdıqdan sonra xx.xx.1958-ci ildə X25 ilə nikaha girmişdir. Həmin nikahdan dünyaya gələn övladların adlarını- X23 xx.xx.1959-cu ildə anadan olmuş və xx.xx.1994-cü ildə Füzulidə gedən qızğın döyüşlərdə şəhid olmuşdur. İkinci qız övladı X6 xx.xx.1960-ci ildə anadan olub. Üçüncü övladı X15 xx.xx.1961-ci ildə anadan olub. xx.xx.2018-ci ildə vəfat edib. Dördüncü övladı o Cavabdeh1 xx.xx.1963-cü ildə anadan olmuşdur. Beşinci övladı X26 1967-ci ildə anadan olmuş, olduğu ildə 6 aydan sonra dünyasını dəyişmişdir. Sözü gedən ev və həyətyanı sahə anası Osmanova Xurma, X37 birgə nikah dövründə isə qalan tikililəri ailənin vəsaiti hesabını təmir və inşa edilmişdir. Sözü gedən kənar şəxs X24 ailələrin 1987-ci ildə gəldikdə artıq X8 və X13 övladlarının hər biri həddi-büluğa çatmış və hal-hazırda mübahisəsi gedən həyət sahə və evdə pasport qeydiyyatına alınmışdır. Cənab Hakim, qeyd etdikləri kimi AR-nın qanunvericiliyinə görə ailə başçısı və ailə üzvlərinin 18 yaşı tamam olubsa, pasport alıbsa, əmlak, miras və ya mülk digər dəyərli zinət əşyaları, mal-qara ailənin nəqliyyat vasitəsi tək satılmasına və ya hədiyyə etməsi mümkünsüzdür. Sözügədən mülkün 1993-cü ildə ailə üzvlərinin 5 nəfər həyatda yaşadıqları halda Aqrar islahatın həmin bu şəraitdə olduğunu bilə-bilə öz üstün keçirməsi və qanuni varis olduğu əks halda hansı halda zəbt etməyi barədə düzgündür? Həmin mülk və sözügedən torpaqlar Osmanova Xurma və X14 birgə nikahdan olmuş və övladlarının sayı əsasında verilmişdir. X3 xx.xx.2003-cü ildə vəfat etmiş və ailə üzvləri bacı və qardaşı arasında heç bir əmlak və mülk mübahisəsi olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş 30 mart 1963-cü il tarixli A3 364241 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 xx.xx.1963-cü ildə Ağdaş rayon Kükəl kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzviləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzviləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə müvafiq olaraq bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 1 ədəd qapılı yarımçıq divar mebeli, 1 ədəd 2 qapılı dolab (şifoner), 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd taxt, pərdələr, 1 ədəd bel, 1 ədəd dəhrə, 1 ədəd balta və 1 ədəd nehrədən ibarət əmlaklarının DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən adına verilmiş ********** qeydiyyat nömərli 12 may 2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olub Ağdaş rayonu Kükəl kəndində yerləşən bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evindən məcburi çıxarılmasını xahiş etsə də, Cavabdeh1 həmin fərdi yaşayış evi və otaqda olan əşyalarla bağlı vərəsəlik və istifadə hüquqları mövcuddur. İddia tələbində qeyd edilən əşyalarla bağlı digər Cavabdeh2 hər hansı iddiası və etirazı olmamamışdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlakın yaşayış evindən çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlakın yaşayış evindən çıxarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar