Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-707/2023 06.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracada satılaraq payların bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə1 mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən payının dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Kamilə adlı bir övladları var. Ailədə münasibətləri pozulduğundan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Cavabdeh hazırda Ağdaş rayonu, Qəsil kəndində qeydiyyatda olmasına baxmayaraq, Rusiya Federasiyasında yaşayır. Onlar birgə nikah dövründə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilini almışlar. Nikah pozulduqdan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən qeyd edilən mənzilin ½ hissəsinə payı müəyyən edilmişdir. Eyni zamanda məhkəmənin qətnaməsinə əsasən o, köçüb həmin mənzildə yaşamalı olduğu halda məhkəmənin qətnaməsi hələ də icra olunmamış qalır. Hazırda yaşamağa yeri olmadığından kirayədə yaşamaq məcburiyyətindədir. Maddi vəziyyəti ağır olduğundan kirayə pulunu ödəməkdə çətinlik çəkir. Mənzilin naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Mingəçevir şəhəri "xxxx" MMC-nin mənzilin bazar dəyərinin müəyyən edilməsi barədə rəyinə görə ünvan 1-də olan orta təmirli bina yaşayış evinin 2023-cü il tarixdə orta bazar satış qiyməti 40.000 (qırx min) manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin dəyərinin paylı mülkiyyətinin digər mülkiyyətçisi, yəni Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın 4 saylı mənzilinin hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə2 iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 07 avqust 2018-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 298500 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında qeyd edilmiş nikah 25 yanvar 2017-ci il tarixdə pozulmuş və 07 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra ərə Qəribov, arvada Hüseynova soyadı verilmişdir. İşin materiallarında olan AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, ünvan 1-də yaşayan X2 (satıcı) ilə Mingəçevir şəhəri, Babək küçəsi, ev 5, məznil 2-də yaşayan X6 tərəfindən etibarnə verilmiş Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olan Cavabdeh (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Kimitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 5447 nömrəli arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 44,56 kvadrat metr, yaşayış sahəsi 31,47 kv.metr olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, bina 19-da yerləşən, 4 nömrəli mənzil alıcının mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nörməli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1502/2017 saylı, 18 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiasının qismən təmin edilməsi, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilin tərəflər arasında paylarının bərabər olmaq şərti ilə bölünməsi, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə ½ nisbətində X3, ½ pay nisbətində isə Cavabdeh xüsusi mülkiyyət hüququnun tanınması, iddiaçı X3 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi Cavabdeh, ½ hissəsi X1 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-607/2019 saylı qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə qarşı ünvan 2 evin 4 saylı ünvanında yerləşən mənzilin giriş qapısının kilidinin sındırılması vəzifəsinin cavabdin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İşin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli, 2911/01 nömrəli mənzilin qiymətləndirilməsinə dair rəydən görünür ki, Mingəçevir şəhəri, X11 küçəsi, ev 19, mənzil 4 ünvanında yerləşən mənzilin bazar dəyəri 46500 (qırx altı min beş yüz) manat, likvid dəyəri 38000 manat müyyən edilmişdir. İşin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ML-31xx.xx/2023 nömrəli mənzilin qiymətləndirilməsinə dair rəydən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin bazar dəyəri 72000 (yetmiş iki min) manat müyyən edilmişdir. İşin materiallarında olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 24 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi barədə rəyindən görünür ki, ünvan 1də olan orta təmirli bina yaşayış evinin 2023-cü il tarixdə orta bazar satış qiyməti 40.000 (qırx min) manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızının Cavabdeh qarşı məznilin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli, 223 saylı arayışın surətindən görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olmuş xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2009-cu ildən Rusiya Federasiyası vətəndaşı olmuşdur və hal-hazırda da Rusiya Federasiyasında yaşayır və qeydiyyatdadır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış15 avqust 2022-ci il tarixli, **********43 saylı məktubun surətindən görünür ki, Qəribov X5 şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nörməli çıxarışın ləğv olunması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən mənzil qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh birgə nikah münasibətlərində olarkən ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 44,56 kvadrat metr, yaşayış sahəsi 31,47 kv.metr olan mənzili alqı-satqı müqaviləsi əsasında almışlar. Tərəflər arasında qeyd edilmiş nikah pozulmuş, Cavabdeh Rusiya Federasiyasına gedərək oranın vətəndaşlığını almışdır. ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi Cavabdeh, ½ hissəsi X1 mülkiyyətinə verilmiş və dövlət qeydiyyatı aparılaraq çıxarış verilmişdir. Lakin iddiaçı həmin mənzilə köçürülməli olduğu halda qətnamə ilə müəyyən edilmiş öz payından istifadə edə bilmir. Eyni zamanda, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, qeyd olunan mənzilin naturada bölünməsi mümkün deyil. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş həmin əmlakın hərracda satılmasını və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89*-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərində və metodik tövsiyədə göstərilir ki, yaşayış otaqlarının hündürlüyü, döşəmədən tavana qədər olan məsafə 2.5m yardımçı otaqların hündürlüyü 2,1 m-dən az olmamalıdır. Mənzillərdə yaşayış (yataq və ümumi otaqlar) və yardımçı (mətbəx, hamam, tualet, dəhliz, şüşəbənd, təsərrüfat anbarı və s.) otaqlar nəzərdə tutulur. Yaşayış otaqlarının sahəsi 8.0 kv.m, eni 2.2m-dən az olmamalıdır. Qeyd olunur ki, yaşayış evlərinin tərəflər arasında bölünməsi təcrid şəklində aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında, yuxarıdakı bəndlərin tələblərində göstərildiyi kimi, ayrı-ayrılıqda yaşayış-yardımçı tikililəri, həmin tikililərə ayrıca giriş-çıxış qapıları olmalıdır. Göründüyü kimi tərəflərin paylı mülkiyyətində olan əmlakın onların paylarına uyğun naturada bölünməsi mümkün deyil. Həmçinin, mənzilin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli, 2911/01 nömrəli rəyə uyğun olaraq likvid dəyər nəzərə alınmaqla 38000 manat kimi müəyyən edilməsi daha ağlabatandır. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 1 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmin Qərardadın 13-cü bəndində qeyd edilmişdir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin hər birinin ½ paylı mülkiyyətində olan ünvan 1ünvanında yerləşən mənzili ilkin satış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı, hərracdan əldə olunmuş məbləğ tərəflər arasında bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin hər birinin ½ paylı mülkiyyətində olan ünvan 1ünvanında yerləşən mənzili ilkin satış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılsın. Hərracdan əldə olunmuş məbləğ tərəflər arasında bərabər bölünsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-707/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-707/2023
06.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver