Məhkəmə qərarları › İş №2(014)-717/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-717/2023

20.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-717/2023 20.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq həmin bağçada gözətçi vəzifəsinə təyin edilmişdir. Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh 09.01,2023-cü il tarixli, 05 nömrəli əmrlə heç bir əsas olmadan onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı. Lakin 05 №-li əmrdə bağçanın hüquqi ünvanı düzgün göstərilməmiş, bundan başqa o, “Gözətçi” vəzifəsinə təyin edildiyi halda cavabdeh tərəfindən əmrdə “Gecə gözətçisi” qeyd edilmişdir. Bununla da cavabdeh Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozulduğu üçün bu əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin intizam tənbehinin verilməsi qaydalarından bəhs edən 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh tərəfindən ondan heç bir yazılı izahat alınmamış və izahat verməyi tələb olunmamışdır ki, bu da əmək qanunvericiliyinin müddəalarının kobud surətdə pozulmasıdır. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 35-ci maddəsinin Vİİİ hissəsinə əsasən dövlət işsizliyinin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmalıdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Buna görə də hesab edir ki, tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasına “Gözətçi” vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasına “Gözətçi” vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçası məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2019cu il tarixdən Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının gözətçisi vəzifəsinə işə qəbul edilmişdir. İşin materiallarında olan Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdir əvəzi Əfsanə Məmmədovanın xx.xx.2022-ci il tarixli, 22 saylı əmrinin surətindən görünür ki, bağçanın 1,0 ştat gözətçisi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən töhmət verilmişdir. İşin materiallarında olan Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh xx.xx.2022-ci il tarixli, 04 saylı əmrinin surətindən görünür ki, bağçanın 1,0 ştat gözətçisi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili iltizam qaydalarını təkrar pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “b” hissəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşin materiallarında olan Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasında 09 yanvar 2023-cü il tarixdə keçirilmiş iclasının ilk həmkarlar təşkilatının 03 nömrəli protokolunun surətindən görünür ki, bağçanın müdiri Cavabdeh təqdimatının təmin olunması, bağçanın gözətçisi İddiaçı ilk Həmkarlar Təşkilatının 09 yanvar 2023-cü il il tarixli iclasında keçirilən iclasın qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi öz əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 09 yanvar 2023-cü il tarixdən xitam verilməsi məqsədəuyğun hesab edilməsinə X5 tərəfindən razılıq verilməsi qərara alınmışdır. İşin materiallarında olan 28 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:12-də Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının 2-ci növbə gecə gözətçisi İddiaçı heç bir üzrlü səbəb olmadan iş saatında işdə olmadığı tərəflərindən aşkar edilmişdir. İşin materiallarında olan 29 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:40-da Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının 2-ci növbə gecə gözətçisi İddiaçı heç bir üzrlü səbəb olmadan iş saatında işdə olmadığı tərəflərindən aşkar edilmişdir. İşin materiallarında olan 30 dekabr 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:30-da Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının gecə gözətçilərinin fəaliyyəti yoxlanılarkən bağçanın 2-ci növbə gecə gözətçisi İddiaçı yerində olmamışdır. Bağça tam nəzarətsiz idi. İşin materiallarında olan 06 yanvar 2023-cü il tarixli aktdan görünür ki, gecə saat 02:30-da Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının gecə gözətçilərinin fəaliyyəti yoxlanılarkən bağçanın 2-ci növbə gecə gözətçisi İddiaçı yerində olmamışdır. Bağça tam nəzarətsiz idi. Ehtiyat üçün bağçanın köhnə binası da yoxlanılmış, vəziyyətin eyni olması aşkar edilmişdir. İşin materiallarında olan 09 yanvar 2023-cü il tarixli aktdan görünür ki, saat 02:30da Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş şəhər 13 saylı körpələr eviuşaq bağçasının gecə gözətçilərinin fəaliyyəti yoxlanılarkən bağçanın 2-ci növbə gecə gözətçisi İddiaçı yerində olmamışdır. Bağça tam nəzarətsiz idi. Ehtiyat üçün bağçanın köhnə binası da yoxlanılmış, vəziyyətin eyni olması aşkar edilmiş, bu halın əvvəllər də dəfələrlə təkraralanması müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli İmtina aktının surətindən görünür ki, saat 12:30-da 13 nömrəli körpələr evi-uşaq bağçasının 2-ci növbə gecə gözətçisi İddiaçı izahat alınması məqsədilə bağçanın müdiri Cavabdeh tərəfindən bağçaya dəvət edilmiş, lakin İddiaçı akta qarşı izahat verməkdən həmişə olduğu kimi imtina etmişdir. İşin materiallarında olan Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 5 saylı əmrindən görünür ki, 13 nömrəli körpələr evi-uşaq bağçasının 1,0 oklad ştat gözətçisi İddiaçı özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşin materiallarında olan Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2023-cü il tarixli, 5 saylı əmrindən görünür ki, “Ağdaş rayonu üzrə təhsil müəssisələri/Ağdaş şəhər 13 nömrəli körpələr evi-uşaq bağçası” bölməsində “Gecə gözətçisi” vəzifəsində işləyən İddiaçı Elman qızı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 nömrəli maddəsinin “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilmişdir. İşin materiallarında olan Ağdaş rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından 21 dekabr 2020-ci il tarixdə Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas, X2 tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, material prokuror tərəfindən öyrənilərkən Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 21 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni və əsaslı hesab edilmişdir. Həmçinin, onun qanunsuz olaraq işdən azad olunmağı ilə bağlı xüsusatların mülki xarakterli məsələlərə aid olduğundan Azərbaycan Respublikası MPM-in 25-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin materillarında olan Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasında çalışan işçilərin Əmək kitabçalarının təhvil-təslim kitabının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Əmək kitabçalarının təhvil-təslim kitabına imza edərək əmək kitabçasını təhvil almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasında gözətçi vəzifəsinə işə götürülmüşdür. İddiaçı işində nöqsanlar olduğundan ona 2 dəfə intizam tənbehi kimi müvafiq olaraq töhmət və şiddətli töhmət verilmişdir. Lakin İddiaçı yenə əmək intizamı qaydalarını pozduğuna görə Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2023-cü il tarixli 5 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi iddiaçı dəfələrlə öz vəzifə öhdəliklərini pozmuş, ona 2 dəfə intizam tənbehi tətbiq edilmiş, lakin İddiaçı yenidən müxtəlif vaxtlarda iş saatlarında işdə olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək funkisayalarınını yerinə yetirilməməsi iş materialları ilə də öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Ağdaş şəhər 13 saylı körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar