Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-73/2023 07.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X3 kаtibliyi, İddiаçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı “yaşayış-istifadə hüququna xitam verilməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən еtdi: İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı “yaşayış-istifadə hüququna xitam verilməsi, torpaq sahəsindən çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağdaş rayonu Qoşaqovaq kəndində X1, İddiaçı1 və İddiaçı2 məxsus yaşayış və həyətyanı sahə təyinatlı JN-079A kod 90310018 olan ümumilikdə 0.54 ha torpaq sahəsindən çıxarılması, qanunsuz istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə Ağdaş rayonu, Qoşaqovaq kəndində X1, İddiaçı1 və İddiaçı2 kənd ərazisindən yaşayış və həyətyanı sahə təyinatlı JN-079A kod 90310018 olan ümumilikdə 0.54 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 50 ildən artıqdır ki, onların istifadəsindədir. İddiaçı2 cavabdehlə xeyli müddət qeyri rəsmi nikah münasibətində olmuşdur. Artıq aylardır ki, cavabdehlə ayrılmışlar və aralarında heç bir münasibət yoxdur. Buna baxmayaraq cavabdeh onların mülkiyyətlərinə yiyələnmiş, qanunsuz və özbaşına istifadə edir, onlara mülkiyyətlərindən istifadə etməyə imkan vermir. Belə ki, cavabdeh öz mülkiyyətlərindən onlara əkin-biçin işlərində və mövsümi meyvələrin yığımında ciddi maneələr törədir, həmçinin heyvandarlıqla məşğul olmaqlarına və mövcud süd heyvandarlıq məhsullaından istifadələrinə maneələr yaradır. Mütəmadi olaraq əsassız mübahisələr yaradır. Dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh torpaqlarını və yaşayış sahələrini tərk etməyibdir. Cavabdehlə 4 aya yaxındır ki ayrılsalar da, hazırda birlikdə yaşamasalar da hələ də onlara məxsus əmlaklarını qanunsuz zəbt etməklə istifadə edir və onlara məxsus yaşayış sahəsində qanunsuz yaşayır. Bu isə onlara mülkiyyətçi kimi mülkiyyətlərində sərbəst maneəsiz istifadələrinə əngəl olur. Cavabdehin onlara məxsus əmlaklarını qanunsuz zəbt, istifadə etməsi və onlara məxsus yaşayış sahəsindən qanunsuz istifadəsi yuxarıda qeyd etdiyi kimi onlar qanunvericilikdən irəli gələn hüquqlarının pozulmasına və həyata keçməsinə mane olur. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеh Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izаhаtını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli MŞŞ/1/00907 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh “mülkiyyət sahəsindən çıxarma və yaşama hüququna xitam verilməsi tələbinə dair” mübahisəsi üzrə xx.xx.2022 tarixində keçirilən ilkin mediyasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin medasiya sessiyasının tarixi, saatı və yeri barədə 8 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı2 ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Qoşaqovaq kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2012-ci il tareixli AZ-İ 558409 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X1 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-079A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarına əsasən Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində 0.54 hektar torpaq sahəsi X1, X4, İddiaçı2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 207 saylı arayışdan məlum olur ki, Cavabdeh AZE ******** saylı xx.xx.2015-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən Ağdaş rayon Qoşaqovaq kəndidnə qeydiyyatdadır və yaşayır. Onun 2001-2005-ci illəri əhatə edən Təsərrüfatbaşına uçot kitabı Dövlət Arxivinə təhvil verilidiyi üçün sizə ərazimizə hansı tarixdən qeydiyyata düşməsi barədə dəqiq məlumat verilə bilinmir. 2022-ci il yanvarın 01-nə olan məlumata görə İddiaçı1 təsərrüfatında qeydiyyatda olan şəxslər aşağıdakılardan ibarətdir. İddiaçı1, İddiaçı2, Cavabdeh, X5, X2. İddiaçı1 təsərrüfatının istifadəsində 0.78 ha həəyətyanı torpaq sahəsində yaşayış evi və 1.81 ha pay torpaq sahəsi var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə Ağdaş rayonu, Qoşaqovaq kəndində X1, İddiaçı1 və İddiaçı2 kənd ərazisindən yaşayış və həyətyanı sahə təyinatlı JN-079A kod 90310018 olan ümumilikdə 0.54 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 50 ildən artıqdır ki, onların istifadəsindədir.İddiaçı2 cavabdehlə xeyli müddət qeyri rəsmi nikah münasibətində olmuşlar. Artıq aylardır ki, cavabdehlə ayrılmışlar və aralarında heç bir münasibət yoxdur. Buna baxmayaraq cavabdeh onların mülkiyyətlərinə yiyələnmiş, qanunsuz və özbaşına istifadə edir, onlara mülkiyyətlərindən istifdə etməyə imkan vermir. Dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh torpaqlarını və yaşayış sahələrini tərk etməyibdir. Nəticədə cavabdeh iddiaçıları öz mülkiyyətlərindən faktiki olaraq məhrum etmişdir, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0.54 hektar torpaq sahəsindən çıxarılmalı və qanunsuz istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0.54 hektar torpaq sahəsindən çıxarılsın və qanunsuz istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-73/2023
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-73/2023
07.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver