Məhkəmə qərarları › İş №2(014)-74/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-74/2025

26.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-74/2025 26.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiаçı İddiaçı, Cavabdeh iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyriyaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən еtdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyriyaşayış sahəsindən çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Ağdaş rayonu Orta Ləki kəndində yerləşən verilmiş 0.0340 hektar torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbədən ibarət sahəsi 39.60 kv.m olan qeydi yaşayış sahəsinin 12 kv.m hissəsindən Cavabdeh çıxarılmasını, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətinə xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş rayonu Orta Ləki kəndində yerləşən 0.0340 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 1 mərtəbədən ibarət sahəsi 39.60 kv.m olan qeydi-yaşayış sahəsi və talvar (naves) inşa etdirmişdir. Belə ki, həmin torpaq sahəsini və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin 12 kv.m hissəsini cavabdehə müvəqqəti olaraq bərbərlik edib ailəsini dolandırması üçün ataları tərəfindən verilmişdir. Daha sonra cavabdehdən həmin əmlakı tərk etməsini istəsə də onun mülkiyyətindən çıxmır. Bu da onun mülkiyyət hüquqlarını pozur. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Ağdaş rayonu Orta Ləki kəndində yerləşən 0.0340 hektar torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbədn ibarət sahəsi 39.60 kv.m olan qeyri yaşayış sahəsinin 12 kv.m hissəsindən Cavabdeh çıxarılmalıdır. İddiаçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmasını istəyir. Atası rəhmətə gedəndən sonra ona məlum olmuşdur ki, sənədlər ona məxsusdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 34 ildir ki həmin yerdə işləyir. O, həmin torpaqda bərbərxana tikdirmişdir. Səhlənkarlığı ucbatından sənədlərini təsdiqlətməmişdir. İddiaçı bərbərxananı onun əlindən alıb satmaq istəyir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 13 may 2024-cü il tarixdə idarəyə müraciət edərək torpaq sənədində sürüşmə səbəbindən düzəliş aparılmasını xahiş etmişdir. Bu səbəbdən həmin əraziyə gedilmiş, baxış keçirilmiş və iddiaçıya yeni çıxarış verilmişdir. Yeni çıxarışın əsasında da mütəxəssis rəyi verilmişdir. Bu barədə rəy məhkəməyə təqdim edilmişdir. İddiaçının torpaq sahəsinin 21.12 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçının çıxarışı ilə cavabdehin obyekti üst-üstə düşür. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Orta Ləki kəndi ünvanında yerləşən 0.0340 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Orta Ləki kəndi, yeni qaydalara əsasən ünvan 1 ünvanında yerləşən 0.034 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Ağdaş Rayon Xalq X3 heyətinin 20 oktyabr 1995-i il tarixli 10/7 saylı qərarının surətindən görünür ki, İddiaçı məxsus Yuxarı Ləki kəndi ərazisində Bakı-Gəncə yolunun kənarında benzin doldurma məntəqəsinin yanında öz vəsaiti hesabına tikdirdiyi mağaza binası üçün 25 kv.metr ölçüdə torpaq sahəsi təsdiq edilməsi və mağazanın müdiri İddiaçı tapşırılsın ki, mağazanın təyinatı üzrə və mövcud vergi qanunları əsasında fəaliyyət göstərməsini təmin etməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixli **********65 saylı məktubun surətindən görünür ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən bərbərxananın özəlləşdirilməsi ilə bağlı sənədlərin surətinin onlara göndərilməsi barədə xx.xx.2013-cü il tarixli ərizələrinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Müraciətlərində qeyd olunan ünvanda yerləşən bərbərxananın Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramı” ilə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə əlaqədar sənədlərin surəti göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Komitəsi tərəfindən verilmiş 31 avqust 1996-cı il tarixli 7586 saylı auksion protokolunun surətindən görünür ki, 485000 manat tam dəyəri olan Ağdaş rayon Orta Ləki kəndində Bərbər sexinin, ilkin qiyməti 413000 manat satış qiyməti 413000 manat olması ilə bağlı Cavabdeh razılığa gəlmişdir. Protokol imzalandığı andan 10 təqvim günü ərzində əmlakın alıcısı ilə satıcısı arasında alqı-satqı müqaviləsi imzalanmalıdır. İş materiallarında olan 06 oktyabr 1996-cı il tarixli 2367 saylı müəssisənin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Ağdaş rayon ƏMXİİ-nin Bərbərxanasını 413000 manat məbləğə satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli 3-21- 3-35/2-1440/2025 saylı mütəxəssis rəyindən görünür ki, 21 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, orta Ləki kəndində yerləşən 0.0340 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbədən ibarət ümumi sahəsi 39.60 kv.m olan qeyri yaşayış sahəsinin 21.12 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən natirada istifadə edilən hissə tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının adına tərtib edilmiş ilkin çıxarış və plan ölçü sənədi olaraq yaşıl xətlərlə işarələnmiş ərazinin koordinatları daxilində yerləşdirilmişdir. Daha sonra vətəndaşın əroizəsi əsas tutularaq və fərmanın tələbləri baxımından daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi üçün xx.xx.2024-cü il tarixdə vətəndaş tərəfindən naturada istifadəçilik vəziyyəti özü tərəfindən Ərazi İdarəsinin mühəndislərinə tanıdılmış, eyni zamanda cavabdeh tərəfindən istifadə edilən tikililərin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli 3-16-16/2-10/3758/2025 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, 21 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, orta Ləki kəndində yerləşən 0.0340 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbədən ibarət ümumi sahəsi 39.60 kv.m olan qeyri yaşayış sahəsinin 21.12 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən natirada istifadə edilən hissə tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçıya xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş rayonu Orta Ləki kəndində yerləşən 0.0340 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 1 mərtəbədən ibarət sahəsi 39.60 kv.m olan qeydi-yaşayış sahəsi və talvar (naves) inşa etdirmiş, həmin torpaq sahəsini və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin 12 kv.m hissəsini cavabdehə müvəqqəti olaraq bərbərlik edib ailəsini dolandırması üçün iddiaçının atası tərəfindən verilmişdir. Hazırda iddiaçı cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq, dayanmışdır. İşə əlavə edilmiş ekspert və mütəxəssis rəyindən də məlum olur ki, 21 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 13 my 2024-cü il tarixli çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, orta Ləki kəndində yerləşən 0.0340 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbədən ibarət ümumi sahəsi 39.60 kv.m olan qeyri yaşayış sahəsinin 21.12 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən natirada istifadə edilən hissə tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Nəticədə iddiaçı öz mülkiyyətindən faktiki olaraq məhrum edilmiş, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx-2024-cü il tarixli çıxarışlara əsasən mülkiyyətində olan Ağdaş rayonu Orta Ləki kəndində yerləşən 0.0340 hektar torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbədən ibarət sahəsi 39.60 kv.m olan qeyri yaşayış sahəsinin 12 kv.m hissəsindən Cavabdeh çıxarılmaldır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Eləcə də məhkəmə hesab edir ki, 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Ağdaş rayonu Orta Ləki kəndində yerləşən 0.034 hektar torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbədən ibarət sahəsi 39.60 kv.m olan qeyri-yaşayış sahəsinin 12 kv.m hissəsindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar