Məhkəmə qərarları › İş №2(014)-776/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-776/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-776/2023 31.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Ağdaş rayonu, Tatlar kəndində anadan olmuşdur. X6, anası X15, X2 olmuşdur. X2 ailə başçısı olmaqla onun, X6 və anası X7 adına Ağdaş rayon Aqrar islahat Komissiyasının 25 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə 1,54 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-166 KOD 90302018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Həmçinin X2, X6 və anası X7 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ölçüsü 0,35 ha olan yaşayış məntəqələrinin torpaqları **********96-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə verilmişdir. Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində xüsusi mülkiyyətdə olan 0,35 hektar torpaq sahəsində yerləşən 175,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ümumi birgə hissə X16, X6 və anası X7 adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. X2 20 iyun 2002-ci ildə, anası X15 08 aprel 2011ci ildə, X6 28 oktyabr 2012-ci ildə ölmüşdür. X16 onun doğma nənəsidir. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Ağdaş Rayon icra Hakimiyyətinin Ağdaş rayon Dövlət Arxvindən verilən 15 fevral 2023-cü il tarixli 29 nömrəli arayış ilə X6nun X8 oğlu olması, anası X7 X8 gəlini olması öz təsdiqini tapır. Həmçinin Ağdaş rayon Dövlət Arxivindən verilən təsərrüfat üzvlərinin siyahısı kitabının təsdiq edilmiş vərəqində də X6nun X8 oğlu olması, anası X7 X8 gəlini olması öz təsdiqini tapır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 736 qeydiyyat nömrəli arayışdan görünür ki, X16 20 iyun 2002-ci ildə ölmüşdür. Ağdaş RİHB-nın Aşağı Zeynəddin kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 468225 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 08 aprel 2011-ci ildə ömüşdür. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 586323 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 28 oktyabr 2012-ci ildə ölmüşdür. Xaldan rayon zaqs bürosu tərəfindən verilmiş ИE seriyalı 048031 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 1934-cü ildə doğulmuş, ata qrafasında X13, ana qrafasında Cəbrayılova Novad ibrahim qızı yazılmışdır. X1 onun, yəni Ərizəçi doğma nənəsi olmasına dair qohumluq münasibətlərində olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. X1 onun doğma nənəsi, X6nun X8 doğma oğlu, anası X7 X8 gəlini olmasına dair faktları məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə də təsdiq olunacaq. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etmiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. X2 20 iyun 2002-ci ildə, anası X15 08 aprel 2011-ci ildə, X6 isə 28 oktyabr 2012-ci ildə vəfat etmişlər. Mərhum anası X15 mərhum nənəsi kimi qeyd edilmişdir. Nənəsinin iki övladı olub, oğlu və qızı. X3 onun doğma nənəsi, X15 isə anasıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək göstərdi ki, ərizəçi onun əmisi oğludur. Həmçinin, yaşadıqları kənddə qonşudurlar. Ərizəçinin adını sənədlərdə nənəsinin adı əvəzinə ərizəçinin anası X7 adı qeyd edilib. Onların doğma nənələri X9r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli, 3-16-5/8-13-411/2023 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1920-ci il tarixdə Ağdaş rayonu, Tatlar kəndində anadan olmuş mərhumə X8 ailə üzvlərinin və ya qohumluq münasibətində olan şəxslərin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və bununla bağlı məlumat aşkar edilməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən 175.5 kv.m yaşayış məntəqələrinin torpaqları X8 mülkiyyətinə verilmiş, xx.xx.2015-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınmış və X23 və X15 hüquq sahibləridir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-166 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, X10 Ağdaş rayonunun Aşağı Zeynəddin kəndindən 1,54 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 14 yanvar 2023-cü il tarixli, 20 saylı məktubundan görünür ki, Ərizəçi X16 ilə qohumluq münasibəti faktının və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfiindən verilmiş xx.xx.2023cü il tarixli, 29 saylı Arxiv Arayışından görünür ki, Ağdaş rayonu, Aşağı Zeynəddin kənd nümayəndəliyinin Tatlar kəndinə aid olan 2001-2002-2003-2004-2005-ci illərin 04 №-li təsərrüfatbaşına kitabının 240/187 №-li təsərrüfatı X8 adına olmaqla X16 (ailə başçısı) xx.xx.2002-ci ildə vəfat etməsi, X12 oğlu, X7 gəlini olması göstərilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş Fərdi uçot kartoçkasından görünür ki, xx.xx.1932-ci ildə Ağdaş rayonu, Tatlar kəndində doğulmuş X12 valideynləri X24 və X5r. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş Fərdi uçot kartoçkasından görünür ki, 1920-ci ildə Ağdaş rayonu, Tatlar kəndində doğulmuş X8 valideynləri X20 və X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 418 saylı, 18 may 2023-cü il tarixli Doğum haqqında arayışdan görünür ki, X23 01 iyul 1932-ci ildə Ağdaş rayonu, Tatlar kəndində anadan olmuş, atası X25, anası X11r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 416 saylı, 18 may 2023-cü il tarixli Nikah haqqında arayışdan görünür ki, X21 ilə X17 20 iyul 1960-cı il tarixdə 15 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. İşin materiallarına olan Ağdaş RİHB-nın Aşağı Zeynəddin kənd İN-yi tərəfindən verilmiş 25 aprel 2011-ci il tarixli, AZ-İ № 468225 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 08 aprel 2011-ci il tarixdə Ağdaş rayonu, Tatlar kəndində ölmüşdür. İşin materiallarına olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 noyabr 2012-ci il tarixli, AZ-İ № 586323 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X23 28 oktyabr 2012-ci il tarixdə Ağdaş rayonunda ölmüşdür. İşin materiallarına olan Ağdaş RİHB-nin Aşağı Zeynəddin kənd İN-yi tərəfindən verilmiş 09 sentyabr 2014-cü il tarixli, AZ-İ № 707745 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 20 avqust 2014-cü il tarixdə Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində ölmüşdür. İşin materiallarına olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 avqust 2015-ci il tarixli, 736 saylı ölüm haqqında arayışdan görünür ki, X16 20 iyun 2002-ci il tarixdə Ağdaş rayonu, Tatlar kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X8 Ərizəçi nənəsi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. X8 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar