Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-781/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, mərhum X3 birinci növbəli vərəsəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı «daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 115.5-dən, yaşayış evi (6/14 hissə), torpaq sahəsinin (ölçüsü, hektarla) 0.175-dən, torpaq sahəsi (27/56 hissə) üzrə, ümumi paylı mülkiyyətdən, payın naturada ayrılması, öz payımın ümumi əmlakdan ayrılması tələbi» haqqında iddiasına dair mülki üzrə verilmiş ərizəni və iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, mərhum X3 birinci növbəli vərəsəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı «daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 115.5-dən, yaşayış evi (6/14 hissə), torpaq sahəsinin (ölçüsü, hektarla) 0.175-dən, torpaq sahəsi (27/56 hissə) üzrə, ümumi paylı mülkiyyətdən, payın naturada ayrılması, öz payımın ümumi əmlakdan ayrılması tələbi» haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılan zaman iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 öz payını ona bağışladığını bildirərək, paylar tam müəyyən olunanadək mülki işin baxılmamış saxlanmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsi ilə ********* nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ağdaş rayon Maliyyə İdarəsi vasitəsi ilə İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-781/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-781/2022
28.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver