Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-791/2023 19.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılmaq yolu ilə kənar şəxslərinin torpaq mülkiyytəçilərinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılmaq yolu ilə kənar şəxslərinin torpaq mülkiyytəçilərinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Qarağan Şıxlar kəndi ərazisində onlara, yəni iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,1497 hektar torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsinin xususi mülkiyyət hüququ əsasında onlara məxsus olması faktı xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** reyestr nömrəsi ilə təsdiq olunur. Bir neçə il əvvəl onların qonşuları X3 onlara məxsus torpaq sahəsini zəbt etdiyindən onlar, X2 qarşı torpaq sahələrindən məcburi çıxarılması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişlər və məhkəmənin 2(014)-21/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların tələbləri təmin edilmişdir. X3 xx.xx.2023-cü il tarixdə öldüyündən Ağdaş Rayon Məhkəməsinin 2(014)-21/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası mümkün olmamışdır. Son bir neçə ildir ki, onların torpaq sahəsinin bir hissəsi X1 vərəsələri olan cavabdehlər tərəfindən zəbt edilmişdir və dəfələrlə onlardan torpaq sahəsindən çıxmasını tələb etsələr də bunun heç bir müsbət nəticəsi olmamış, dəfələrlə onlardan torpaqlarından çıxaması barədə tələblərinə cavabdehlərin reaksiyası o olmuşdur ki, bu torpaq sahəsi onlarındır. Çox müzakirələrdən sonra onlar belə qərara gəlmişlər ki, məsələ ilə bağlı məhkəməyə müraciət etsinlər, mübahisəni məhkəmə qaydasında həll etsinlər və cavabdehləri torpaq sahələrindən məcburi çıxarsınlar. Məhkəmə iclasında İddiaçı1 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər iddiaçının və cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-21/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddialarının qismən təmin edilməsi, cavabdeh X1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qarağan-Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsinin ayrıayrı hissədə 83,89 kv.m və 17,67 kv.m olmaqla, cəmi 101,26 kv.m hissəsi olan sahəsindən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş AA№ 585926 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Qarağan Şıxlar kəndi ərazisində sənəd üzrə 0,1754 hektar, faktiki sahəsi 0,1497 hektar torpaq sahəsinin hüquq sahibi İddiaçı1dur. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********78 olan çıxarışın surətindən görünür ki, Ağdaş rayonunun Qarağan Şıxlar kəndində 0,1497 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********78 olan çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonunun Qarağan Şıxlar kəndində 0,1754 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********78 reyestr nömrəsi ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,1754 hektar (Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində 0,1497 hektar) torpaq sahəsinin ayrı-ayrı hissədə 83,59 kv.m və 17,67 kv.m olmaqla, 101,26 kv.m hissəsi X1 naturada göstərdiyi çəpəri daxilindəki faktiki istifadə etdiyi 0,7464 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh X1 mülkiyyətinə **********18 reyestr nömrəli çıxarışla 0,55 ha torpaq sahəsi verilsə də, naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 0,7464 ha təşkil edir. Cavabdeh X1 naturada göstərdiyi torpaq sahəsi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 10/6834 nömrəli ekpsert rəyinin surətindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********78 reyestr nömrəsi ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,1754 hektar (Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində 0,1497 hektar) torpaq sahəsinin ayrıayrı hissədə 83,59 kv.m və 17,67 kv.m olmaqla, 101,26 kv.m hissəsi X1 naturada göstərdiyi çəpəri daxilindəki faktiki istifadə etdiyi 0,7464 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Qarağan Şıxlar kəndi ərazisindən 0,1497 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********78 olan çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş rayonunun Qarağan Şıxlar kəndində yerləşən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********78 olan 0,1497 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 101,26 kv.m hissəsindən məcburi qaydada çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş rayonunun Qarağan Şıxlar kəndində yerləşən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********78 olan 0,1497 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 101,26 kv.m hissəsindən məcburi qaydada çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-791/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-791/2023
19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver