Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-8/2025 14.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər İddiaçı, Məmmədov Ayaz (Cavabdeh2) Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İddiaçı, Məmmədov Ayaz (Cavabdeh2) Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvülərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Güvəkənd kəndində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 1.2098 ha torpaq sahəsi verilmişdir. Bundan başqa ona və ailə üzvülərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Güvəkənd kəndində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 0.6152 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini üzün müddət özü istifadə etmişdir. Lakin sonradan ad, soyad və ata adı onunla eyni olan kənd sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Məhəmmədiyyə oğlu və onun oğlu X8 ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etməyə başladılar. Onlar iddia edirlər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Hər dəfə cavabdehlərə həmin sahənin mənə məxsus olduğunu bildirəndə buna etiraz edirlər. Bu səbəbdən də həmin torpaq sahəsini boşaldaraq ona qaytarmalarını tələb etsə də, cavabdehlər yenə də qanunsuz istifadə edilir. Bu da onun mülkiyyət hüquqlarını pozur. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları rəhbər tutaraq məhkəmədən, cavabdehlər İddiaçı Məhəmmədiyyə oğlu və X4 onun və ailə üzvülərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Güvəkənd kəndində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş 1.2098 ha torpaq sahəsindən və Ağdaş rayonu Güvəkənd kəndində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş 0.6152 ha torpaq sahəsindən çıxarılmaları və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı Məhəmmədiyyə oğluna (şəxssiyyət vəsiqəsi AZE********, FİN-xxxxxxx) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məhəmmədiyyə oğlu iddia tələbini müdafiə edərək, izahatında cavabdehlər İddiaçı Məhəmmədiyyə oğlu və X7 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə müracitə etdiyini, iddia tələbinin əsaslandırıcı hissəsində bəzi yanlışlıqlara yol verdiyini, əslidə ona və ailə üzvülərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Güvəkənd kəndində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,2098 ha və Ağdaş rayonu Güvəkənd kəndində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.6152 ha torpaq sahəsi verildiyini, islahatlardan sonra aralarında olan razılığa əsasən faktiki olaraq istifadə etdikləri yerləri istifadə etməyə başladıqlarını, lakin sonradan ona məlum olmuş ki, kənd sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Məhəmmədiyyə oğluna 0.96 ha verildiyini, bundan sonra o özünə məxsus olan faktiki ona verilmiş 1.2098 ha və 0.6152 ha torpaq sahələrini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Məhəmmədiyyə oğlundan tələb etsədə, Məhəmməd və onun oğlu X8 həmin torpaq sahəsinin onlara məxsus olduğunu iddia edərək həmin torpaq sahəsini boşaldaraq ona qaytarmadığını, bu da onun mülkiyyət hüquqlarını pozduğunu, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, hətta ona verilmiş torpaq sahəsinin yerində tanıdılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etdiyini, həmin torpaq sahələrinin ona yerində tanıdıldığını və bundan sonra həmin topağın sərhədlərinə ağaclar basdırdığını, buna baxmayaraq xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Məhəmmədiyyə oğlu və onun oğlu X8 həmin ağacları çıxartdığını bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh İddiaçı Hacağa oğlu iddianı qəbul etməyərək, iddiaçının iddia etdiyi Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində yerləşən 0,6152 ha torpaq sahəsini ona məxsus olduğuna görə istifadə etdiyini, lakin iddiaçının iddia etdiyi Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində yerləşən 1,2098 ha torpaq sahəsini istifadə etmədiyin, həmin torpaq sahəsini başqa şəxsin istifadə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Məhəmmədiyyə oğlunun və onun ailə üzvüləri, X10, X1, X5, X6 və X2 mülkiyyətlərində Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 1,2098 torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Məhəmmədiyyə oğlunun və onun ailə üzvüləri, X10, X1, X5, X6 və X2 mülkiyyətlərində Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 0.6152 torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Məhəmmədiyyə oğlu məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 14 may 2024-cü il tarixli, 3-21-3-35/2/969/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 1-ci sual üzrə cavab. İddiaçı mülkiyyətinə Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş “Torpaq sahəsinin planı sənədində göstərilmiş koordinatlar daxilində yerləşən 1.2098 ha torpaq cavabdehlər Məhəmməd Məhəmmədiyə oğlu və X8 tərəfindən istifadə edilmir. 1-ci sual üzrə cavab. Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilində yerləşən 0.6152 ha torpaq sahəsinin 0.55 ha hissəsi naturada cavabdehlər Məhəmməd Məhəmmədiyə oğlu və Məmmədov Ayaz (Cavabdeh2) Məhəmməd oğlu tərəfindən istifadə edilir. 2-ci sual üzrə cavab. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, № 10/6037 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin yerqurluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı mülkiyyətinə Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş “Torpaq sahəsinin planı sənədində göstərilmiş koordinatlar daxilində yerləşən 1.2098 ha torpaq cavabdehlər Məhəmməd Məhəmmədiyə oğlu və X8 tərəfindən istifadə edilmir. 2-ci sual üzrə cavab. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa əsasən İddiaçı Məhəmmədiyyə oğlunun və onun ailə üzvüləri, X10, X1, X5, X6 və X2 mülkiyyətlərində Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 1,2098 torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa əsasən İddiaçı Məhəmmədiyyə oğlunun və onun ailə üzvüləri, X10, X1, X5, X6 və X2 mülkiyyətlərində Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 0.6152 torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehlərin ona məxsus torpaq sahələrindən çıxarılmalarını tələb edir. Məhkəmənin qərardadı əsasında verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 14 may 2024-cü il tarixli, 3-21-3-35/2/969/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində İddiaçı mülkiyyətinə Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş “Torpaq sahəsinin planı sənədində göstərilmiş koordinatlar daxilində yerləşən 1.2098 ha torpaq cavabdehlər Məhəmməd Məhəmmədiyə oğlu və X8 tərəfindən istifadə edilmədiyini, lakin Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilində yerləşən 0.6152 ha torpaq sahəsinin 0.55 ha hissəsi naturada cavabdehlər Məhəmməd Məhəmmədiyə oğlu və Məmmədov Ayaz (Cavabdeh2) Məhəmməd oğlu tərəfindən istifadə edildiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdeh İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü) izahatında iddiaçının iddia etdiyi Ağdaş rayonu, Güvəkənd kəndi ərazisində yerləşən 0,6152 ha torpaq sahəsini ona məxsus olduğuna görə istifadə etdiyini bildirmişdir. Lakin iddiaçı mütəxəsis rəyinin ona məxsus 1,2098 ha torpaq sahəsinə dair hissədə razı olmadığından məhkəmə tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinin rəy vermiş mütəxəssisi cəlb edilməklə yerində müayinə aparılmış və müayinə zamanı cavabdeh istifadə etdiyi torpaq sahəsini göstərmiş, eyni zamanda iddiaçı da özünə məxsus torpaq sahəsini göstərmişdir. Bu zaman cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü) Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) məxsus 0,6152 hektar torpaq sahəsinin zəbt etmiş olduğu 0,55 hektar hissəsindən məcburi qaydada çıxarılmalı, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü) alınaraq İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) və 50 (əlli) manatı isə cavabdeh İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü) tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü) Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) məxsus 0,6152 hektar torpaq sahəsinin zəbt etmiş olduğu 0,55 hektar hissəsindən məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü) alınaraq İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) və 50 (əlli) manatı isə cavabdeh İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü) tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-8/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-8/2025
14.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver