Məhkəmə qərarları › İş №2(014)-804/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-804/2022

21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-804/2022 21.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Ərizəçinin Ərizəçi və nümayəndəsi və vəkili X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Ağdaş rayon məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X17 onun doğma xalası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X38 onun xalasıdır. O onun qaytanası Əlibala Əliyevlə uzun müddət ər-arvad kimi yaşamışdır. Ancaq onlar arasından nikah rəsmiləşdirilməsə də Əlibala Əliyevin arvadı olması səbəbindən Ağdaş rayon Qaradağlı kənd sovetliyində X39 adı ilə təsərrüfatbaşına kitablara daxil edilmişdir. Ancaq şəxsiyyət vəsiqəsində onun soyadı Əzizova olmuşdur. Əlibala Əliyev 10 mart 2006-cı ildə, Namiyə Əzizova isə 11 mart 2011-ci ildə vəfat etmişdir. X67 1993-2005-ci il tarixlər aralığında X9 təsərrüfatın da X39, X40, X29, X30, X64 olmuş və təsərrüfatda 0.12 ha torpaq sahəsi və 1961-ci ildə tikilmiş 84 kv.m yaşayış evi olmuşdur. Aparılan torpaq islahatları zamanı X21, X39, X40, X29, X30, X64 adına 2003-cü ildə JN- 99A nömrəli 0.22 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı “Torpağın Mülkiyyətə Verilməsinə” dair “şəhadətnamə”, X21, X39 və X18 adına 22 yanvar 2000-ci il tarixli JN-116 nömrəli -0.64 ha kənd təsərrüfat təyinatlı “Torpağa mülkiyyət hüququna” dair “dövlət aktı” verilməklə mülkiyyət hüquqları qeydə alınmışdır. X13 miras qalmış əmlakla bağlı Notariat Ofisinə müraciət etsə də, qohumluqları müəyyən olunmadığından imtina edilmişdir. Namiyə Əzizovaya məxsus doğum haqqında şəhadətnaməni əldə edə bilmədiyindən onun xalası, anası Züleyxanın bacısı olmasına dair sənədləri təqdim edə bilmir. Xalası Namiyyənin övladı olmamışdır. Rəsmi əri Bəhram 29 aprel 1977-ci ildə, bacısı Züleyxa xx.xx.2001-ci ildə, qardaşı Qurban 04 sentyabr 2001-ci ildə, atası Kərim 28 aprel 1977-ci ildə, anası Göyçək xx.xx.1991-ci ildə vəfat etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili X22 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X58 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi qızıdır. X38 onun doğma bibisidir. Bibisi Namiyyənin heç bir övladı olmamışdır. Miras qalmış əmlakdan heç bir pay istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi qızıdır. X38 onun doğma bibisidir. Bibisi Namiyyənin heç bir övladı olmamışdır. Miras qalmış əmlakdan heç bir pay istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. X51 və X23 X24, X39 və X44 adlı övladları olmuşdur. X24 xx.xx.2001-ci ildə, X44 04 sentyabr 2001-ci ildə, X38 isə 11 mart 2011-ci ildə vəfat etmişdir. Onun anası rəhmət getdikdən sonra X38 onun atası ilə birlikdə yaşamışdır. Məhkəmə ərizəçi və ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Ağdaş rayon Qaradağlı kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2011-ci il tarixli AZ-İ 468190 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X38 11 mart 2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 mart 2011-ci il tarixli 04 saylı qeyd aparılmışdır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərar ilə və qeydiyyat kitabında qeydiyyata alınmış “Torpağa Mülkiyyət Hüququna” dair JN:116 saylı (kod ********) şəhadətnaməyə əsasən X21, X39, X25 Ağdaş rayonun Qaradağlı kəndi ərazisində 0.64 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 may 2021-ci il tarixli 1935 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1936-cı il tarixdə Qırğızıstan Respublikası, Frunze şəhərində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 1i ünvanı qeyd olunmuş mərhumə X17 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021-ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı X12-vəfat edib. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2278 saylı arayışdan məlum olur ki, Ağdaş rayon qeydiyyat şöbəsində Ağdaş rayon Qaradağlı kənd sakini X21 və X17 nikah haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivindən aşkar olunmamışdır. İş materiallarında olan Yevlax şəhər Hakimiyyəti Başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 87 saylı arayışdan məlum olur ki, X24, X39, X44 həqiqətən X31 və X23 övladlarıdır. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 73 saylı məktubdan məlum olur ki, Qanunvericiliyin qeyd edilən müddəalarına uyğun olaraq sizdən miras qoyanla qohumluq münasibətlərini təsdiq edə biləcək sübut təqdim etməyiniz tələb edilmiş, lakin bununla bağlı tərəfəindən notariat ofisinə hər hansı sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən X38 ilə qohumluq münasibəti faktının təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Yevlax rayonu Xaldan kənd sakinləri X59, X26, X45 və X11 tərəfindən tərtib edilmiş aktın surətindən məlum olur ki, Yevlax rayonu Xaldan kənd sakini X46 həqiqətən 1901-ci ildə Yevlax rayonu Xaldan kəndində anadan olub və xx.xx.1991-ci il tarixdə Xaldan kəndində vəfat edib və Xaldan kənd qəbristanlığında dəfn edilib. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 212 saylı arayışdan məlum olur ki, mərhumə X38 həqiqətən Ərizəçi doğma xalası olmuşdur. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 113 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qaradağlı kənd nümayəndəliyinin Qaradağlı kəndinə aid olan 1991-1992- 1993-1994-1995-ci illərin 04 saylı təsərrüfatbaşına kitabının 318/88 saylı təsərrüfatı X9 adına olmaqla təsərrüfatında X21 (ailə başçısı), X39 (h.yoldaşı) və X40 (oğlu)-nun olması və adına 0.12 ha torpaq sahəsi 1961-ci ildə tikilmiş ümumi sahəsi 84 kv.m olan evin olması göstərilmişdir. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 109 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qaradağlı kənd nümayəndəliyinin Qaradağlı kəndinə aid olan 2001-2002- 2003-2004-2005-ci illərin 03 saylı təsərrüfatbaşına kitabının 230 saylı təsərrüfatı X9 adına olmaqla təsərrüfatında X21 (ailə başçısı), X39 (h.yoldaşı) və X40 (oğlu), X29 (gəlini), X30 (nəvəsi), X64 (nəvəsi), X41 (bacısı)-nın olması və adına 0.12 ha torpaq sahəsi 1961-ci ildə tikilmiş ümumi sahəsi 84 kv.m olan evin olması göstərilmişdir. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 122 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Qeydiyyat şöbəsinin 1936-cı illəri əhatə edən doğum sənədlərinə baxış zamanı X17 adına rast gəlinmədi. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 121 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Qeydiyyat şöbəsinin (VVAQ) 1929-cu illərini əhatə edən doğum sənədləri Ağdaş rayon Dövlət arxivinə təhvil verilmədiyi üçün X32 haqqında heç bir məlumat verə bilmirik. İş materiallarında olan AR Milli arxiv idarəsi AR X48 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 320 saylı arxiv arayışından məlum olur ki, Dövlət arxivində mühafizə olunan Yevlax rayonu Xaldan kənd Sovetliyinin 1972-1974-cü illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 93-cü səhifəsinin 75 saylı qeydinə əsasən sizin babanız X5 təsərrfatbaşçısı yazılmışdır. Həmin təsərrüfatın aşağıdakı tərkibdə ailə üzvləri vardır. X51 təsərrüfat başçısı təvəllüd tarixi 1877-ci il, X46 həyat yoldaşı 1890-cı il. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin tikildiyi tarix 1961-ci il torpaq sahəsi 0.17 ha (on yeddi sot) yazılmışdır. İş materiallarında olan AR Milli arxiv idarəsi AR X48 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 321 saylı arxiv arayışından məlum olur ki, Dövlət arxivində mühafizə olunan Yevlax rayonu Xaldan kənd Sovetliyinin 1969-1971-ci illərə dair 2 saylı təsərrüfatbaşına kitabının 34-cü səhifəsinin 105 saylı qeydinə əsasən X1 təsərrfatbaşçısı yazılmışdır. Həmin təsərrüfatın aşağıdakı tərkibdə ailə üzvləri vardır. X12 təsərrüfat başçısı təvəllüd tarixi 1936-cı il, X14 həyat yoldaşı 1936-cı il. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin tikildiyi tarix 1959-ci il torpaq sahəsi 0.12 ha (on yiki sot) yazılmışdır. İş materiallarında olan Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il traixli 2(014)-1884/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia tələbi qismən təmin edilmiş, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X27, X39, X40, X29, X30 və X47 ümumi birgə mülkiyyətində olan JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,22 ha torpaq sahəsinə X9 1/6 hissədə payı müəyyən edilmiş, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X27, X39 və X18 ümumi birgə mülkiyyətində olan JN-116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0,64 ha torpaq sahəsinə X9 1/3 hissədə payı müəyyən edilsin. X7 miras qalmış əmlakın X33 və X40 tərəfindən qəbul edilməsi müəyyən edilməsi, X15 mirasa 1/2 hissədə payı müəyyən edilməklə, onun adına vərəsəlik şəhadətnaməsi verilməsi qət edilmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-974/70 saylı arayışdan məlum olur ki, X51 28 aprel 1977-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında 29 aprel 1977-ci il tarixli 16 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 05/Q-974/3/70 saylı nikah haqqında arayışdan məlum olur ki, X12 ilə X38 nikahlarını 26 avqust 1956-ci il tarixdə 31 saylı akt ilə qeydə aldırmışlar. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-974/1/70 saylı arayışdan məlum olur ki, X12 29 may 1996-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında 29 aprel 1977-ci il tarixli 16 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Yevlax rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli AZ-İ 121568 saylı ölüm haqqında şəhdadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X24 xx.xx.2001-ci il vəfat etmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-974/2/70 saylı arayışın təsdiq edilmiş surətindən məlum olur ki, X19 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında xx.xx.2001-ci il tarixli 329 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 2274 saylı arayışın surətindən məlum olur ki, xx.xx.1931-ci il tarixdə Ağdaş rayonu Qaradağlı kəndində anadan olmuş X9 nikah haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1972-ci ildən xx.xx.2006-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X9 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AR ƏMDK-nın yanında DƏDRX-nın 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli **********61 saylı məktubdan məlum olur ki, X3 Namiyə Kərim qızı və X18 adına ərazi idarəsinin elektron məlumat bazasına əsasən aprel 2003-cü il tarixli, JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ağdaş rayonu Qaradağlı kəndində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquq ilə 0.22 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı və xx.xx.2000-ci il tarixli JN-116 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” da Ağdaş rayonu Qaradağlı kədnində 3 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 0.64 hektar kənd təsərrfatı təyinatlı torpaq sahələri qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 112 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qaradağlı kənd nümayəndəliyinin Qaradağlı kəndinə aid olan 1996-1997- 1998-1999-2000-ci illərin 05 saylı təsərrüfatbaşına kitabının 346/88 saylı təsərrüfatı X9 adına olmaqla təsərrüfatında X21 (ailə başçısı), X39 (h.yoldaşı) və X40 (oğlu), X29 (gəlini), X30 (nəvəsi)-nın olması və adına 0.12 ha torpaq sahəsi olması göstərilmişdir. İş materiallarında olan AR Milli Arxiv İdarəsi AR X48 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 148/10 saylı arxiv arayışından məlum olur ki, Dövlət arxivində mühafizə olunan Yevlax rayonu Xaldan kənd Sovetliyinin 1960-1962-ci illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 31-ci səhifəsinin 22 saylı qeydinə əsasən X2 təsərrüfatbaşçısı yazılmışdır. Həmin təsərrüfatdda ailə üzvləri olaraq X12 (oğlu) və 1936-cı il təvəllüdlü X14 (gəlini) yazılmışdır. İş materiallarında olan AR Milli Arxiv İdarəsi AR X48 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 147/10 saylı arxiv arayışından məlum olur ki, Dövlət arxivində mühafizə olunan Yevlax rayonu Xaldan kənd Sovetliyinin 1960-1962-ci illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 29-cu səhifəsinin 20 saylı qeydinə əsasən X6 təsərrfatbaşçısı yazılmışdır. Həmin təsərrüfatdda 1929-cu il təvəllüdlü X4 Umud Salah oğlunun həyat yoldaşı yazılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları miras qoyanın ikinci növbə vərəsələri sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi, mərhum X17 bacısı qızıdır. Ərizəçi xalasından miras qalmış əmlaka vərəsəlik işi açdırmaq istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “qohumluq münasibəti faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi əsaslıdır və mərhum X17 onun xalası olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 mart 2011-ci ildə ölmüş X17 Ərizəçi xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar