Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-810/2021 19.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 şöbəsinə və Maraqlı şəxs2 ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 şöbəsinə və Maraqlı şəxs2 ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1985-ci ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuşdur. Ərizəçinin X2 1952-ci ildə doğulmuş və anası X10 ilə xx.xx.1984-cü il tarixdə rəsmi nikah qeyd etdirib evlənərək ailə qurmuşlar. Rəsmi nikahdan sonra anası X11 “Əhmədova” soyadını qəbul etmişdir. Onların birgə nikahlarından xx.xx.1985-ci ildə o, Ərizəçi anadan olmuşdur. Onun xx.xx.1985-ci ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmağı barədə xx.xx.1985-ci il tarixdə Ağdaş rayon Maşad kənd icra nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydi tərtib edilmişdir. X2 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən Ağdaş rayonunda vəfat etmişdir. X1 doğum haqqında şəhadətnaməsi onlarda olmadığı üçün Maraqlı şəxs1 şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamənin təkrar verilməsini xahiş etmişlər. Lakin X2na məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bu barədə Maraqlı şəxs1 şöbəsi tərəfindən ona arxivdə X3 doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Hal-hazırda X2na məxsus torpaq sahəsinin üzərində müəyyən notarial hərəkətlər aparılmışdır. Lakin X2na məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. Belə olan halda notarial hərəkətlərin aparılması qeyri-mümkündür. Mərhum X1 doğum haqqında akt qeydi aşkar edilmədiyindən doğum faktının və qohumluq münasibətləri faktının, yəni mərhum X1 xx.xx.1952-ci ildə Ağdaş şəhərində doğulması, həmçinin X8 onun doğma atası, X4 onun doğma anası olmasına dair faktların məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Mərhum X1 xx.xx.1952-ci ildə Ağdaş şəhərində doğulması, həmçinin X8 onun doğma atası, X4 onun doğma anası olmasına dair faktların məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə də təsdiq olunacaq. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizənin dəyişdirilməsinə dair ərizə təqdim edərək, 11dekabr 2020-ci il tarixdə vəfat etmiş X3 xx xxxx 1952-ci ildə Şəmkir rayonunda doğulması faktının, o cümlədən xx xxxxxx 1993-cü il tarixdə vəfat etmiş mərhum X8 onun doğma atası, xx xxxxxx 2006-cı il tarixdə vəfat etmiş mərhum X4 onun doğma anası olması barədə qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair, X5 məxsus doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X12”, ana qrafasında “X9” yazılmasın xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəni müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, Ərizəçi onun qardaşının oğludur. Həqiqətən də qardaşı X7 xx xxxx 1952-ci ildə Şəmkir rayonunda anadan olmuş, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş, o cümlədən xx xxxxxx 1993-cü il tarixdə vəfat etmiş mərhum X12 onların doğma atası, xx xxxxxx 2006-cı il tarixdə vəfat etmiş mərhum X9 onların doğma anasıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, Ərizəçi onun oğludur. Həqiqətən də əri X7 xx xxxx 1952-ci ildə Şəmkir rayonunda doğulmuş, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. O cümlədən xx xxxxxx 1993-cü il tarixdə vəfat etmiş mərhum X12 onun doğma atası, xx xxxxxx 2006-cı il tarixdə vəfat etmiş mərhum X9 onun doğma anasıdır. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin verdiyi AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1985-ci ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuşdur. İşin materiallarında olan Maraqlı şəxs1 şöbəsi tərəfindən verilmiş 112 №-li, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 şöbəsində 1952-ci il təvəllüdlü Ağdaş rayon sakini X3 doğum haqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış, habelə Maraqlı şəxs1 şöbəsinin arxivində aşkar olunmamışdır. İşin materiallarında olan VVAQ tərəfindən xx.xx.1984-ci il tarixdə verilmiş İll-JQ № 376055 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X11 xx xxxxxx 1984-cü il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi atası X7 xx.xx.1952-ci ildə Şəmkir rayonunda doğulmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, o cümlədən xx.xx.1993cü il tarixdə vəfat etmiş mərhum X12 onun doğma atası, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X9 onun doğma anasıdır. Ərizəçi Maraqlı şəxs1 şöbəsinə ərizə ilə müraciət edərək, atasının doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs1 şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 xx.xx.1952-ci ildə Şəmkir rayonunda doğulması faktı, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X8 onun doğma atası, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 onun doğma anası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilməli, X5 məxsus doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X12”, ana qrafasında “X9” yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 xx.xx.1952-ci ildə Şəmkir rayonunda doğulması faktı, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X8 onun doğma atası, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 onun doğma anası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilsin, X5 məxsus doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X12”, ana qrafasında “X9” yazılsın. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-810/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-810/2021
19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver