Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-838/2021 26.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə və təsərrüfatda qeydiyyat hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə və təsərrüfatda qeydiyyat hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonu Tofiqi kəndində 109 saylı təsərrüfatda qeydiyyatda olmaqla həmin təsərrüfatın rəhbəridir və yaxın qohumlarının evində yaşayır. Həmin yaşayış sahəsi DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən çıxarışla yaxın qohumlarının mülkiyyətinə verilmişdir. Cavabdehlə ayrılana qədər qohumlarına məxsus evdə yaşamışlar. Cavabdehlə 2 ilə yaxındır ki, ayrılsalar da və hazırda birlikdə yaşamasalar da, cavabdeh hələ də ona məxsus 108 saylı təsərrüfatda onunla birlikdə qeydiyyatda qalmaqdadır. Cavabdeh hazırda valideynlərinə məxsus təsərrüfatda yaşayır. Bu isə ona 109 saylı təsərrüfat rəhbəri kimi təsərrüfatından sərbəst, maneəsiz istifadəsinə əngəl olur, dolayısı ilə təsərrüfat hüquqlarını pozur. Halbuki, təsərrüfat mülkiyyəti hüququ hüquqlar sırasında fundametnal yeri olan hüquqdur ki, dövlətin müdafiəsi və təminatı altındadır. Cavabdehin ona məxsus 109 saylı təsərrüfatda qeydiyyatda olması qeyd etdiyi kimi onun qanunvericilikdən irəli gələn hüquqlarının pozulmasına və həyata keçməsinə mane olur. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabında 108 nömrə ilə qeyd alınmış təsərrüfatdan istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabında 108 nömrə ilə qeyd alınmış təsərrüfatdan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Ağdaş RİHB-nin Tofiqi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli, 139 saylı arayışdan görünür ki, 108 saylı təsərrüfat İddiaçı məsusdur. İşin materiallarında olan Ağdaş RİHB-nin Tofiqi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli, 73 saylı arayışdan görünür ki, İddiaçı məxsus 108 saylı təsərrüfatda İddiaçı ilə birlikdə sabiq həyat yoldaşı Cavabdeh, oğlu X3 və qızı X5 qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RİHB-nin Tofiqi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli, 02 saylı məktubdan görünür ki, Cavabdeh təsərrüfatdan çıxması üçün ərizə yazmadığından, İddiaçı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2(014)-1363/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçi X4 ilə cavabdeh İddiaçı arasında bağlanılaraq Ağdaş rayon Tofiqi kənd icra nümayəndəliyində 21 fevral 2007-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 10 iyul 2004-cü ildə anadan olmuş X3 və 25 dekabr 2005-ci ildə anadan olmuş X5 anaları X1 yanında saxlanılmış, İddiaçı 09 iyul 2019-cu il tarixdən başlayaraq 10 iyul 2004-cü ildə anadan olmuş X3 və 25 dekabr 2005-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat alimentin tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi və qətnamənin aliment tələbinə dair hissəsində dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh birgə nikaha daxil olaraq ailə qurmuşlar və bundan sonra iddiaçı cavabdehə məxsus 108 saylı təsərrüfatda qeydiyyata alınmış, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin 108 saylı təsərrüfatda qeydiyyatda qalmışdır. Hazırda iddiaçı ona məxsus 108 saylı təsərrüfatdan cavabdehin istifadə hüququna xitam verilməsini tələb edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”ə əsasən ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Hazırkı halda isə işin halları ilə müəyyən edilir ki, onlar bir evdə (mənzildə) yaşamırlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirmirlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətlərinin və ərzaq məhsullarının istehlakını birgə həyata keçirmirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Ağdaş rayonu, Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabında 108 nömrə ilə qeyd alınmış təsərrüfatında istifadə hüquqlarının qalması iddiaçının hüququnun pozulmasına səbəb olmuş, buna görə də iddia təmin edilməklə Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabında 108 nömrə ilə qeyd alınmış təsərrüfatdan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabında 108 nömrə ilə qeyd alınmış təsərrüfatdan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-838/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-838/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver