Məhkəmə qərarları › İş №2(014)-839/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-839/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-839/2023 17.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum babası X18 ilə nənəsi X8 birgə nikahlarında iki övladları - X3, dayıları X19, X12, X20, X21 və X24 doğulmuşdur. X1, X20, X21 və X5 Vətən müharibəsində həlak olmuşlar. X4 psixi xəstə olmaqla evli olmamışdır. Kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabı üzrə onun ayrı təsərrüfatı olması göstərilsə də, onun faktiki olaraq təsərrüfatı olmamışdır və xəstə olduğuna görə onun valideynləri ilə birlikdə özlərinə məxsus evdə yaşamışdır. Valideynlərinin ölümündən sonra dayısına o, qulluq etmişəm. X3 atası X29 ilə evlənmişlər və evləndikdən sonra "Əhmədova” soyadını qəbul etmişdir. X7 04 sentyabr 1993-cü ildə Ağdaş rayonu, Bəylik kəndində ölmüşdür. X4 1999-cu ildə Ağdaş rayonu, Bəylik kəndində ölmüşdür. Onun ölümündən sonra ondan miras qalmış əmlakını, yəni 4.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq özü qəbul etmişdir. İslahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 08 nömrəli qərarı ilə mərhum X4nun mülkiyyətinə Ağdaş rayonu, Bəylik kəndi ərazisindən 4.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və bu barədə adına 10 may 1998-ci il tarixdə dövlət aktı qeydiyyat kitabında 8836 nömrə ilə qeydiyyata alınmış JN:0013, kod 90305058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Mərhum X4nun ölümündən sonra onun mülkiyyətinə verilmiş torpaq sahəsinə mərhumun qanun üzrə birinci növbədə vərəsələri omadığına və qanun üzrə ikinci növbə vərəsə kimi ondan miras qalmış əmlakı faktiki olaraq özü qəbul etdiyindən ondan irs qalmış əmlakın qəbulunu rəsmiləşdirmək üçün Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin mərhum babası X18 ilə nənəsi X8 nikah və ölüm haqqında, mərhum dayısı ilə anasının doğum haqqında akt qeydləri, eləcə də mərhum dayısının ölüm haqqında akt qeydini, yəni miras qoyan X10 onun doğma dayısı,onun isə doğma bacısı oğlu olmağını təsdiq edən hüquqi əhəmiyyəti olan sənədləri əldə edə bilmədiyinə görə maraqlı şəxs Ağdaş rayon Notariat ofisi tərəfindən vərəsəlik işinin açılması mümkün olmamışdır. X2 onun doğma dayısı olmasını təsdiq edən sənədlər olmadığına görə o, dayısının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Ona görə də maraqlı orqan Ağdaş rayon Notariat ofisi 882 nömrəli, 03 dekabr 2022-ci il tarixli məktubu ilə mərhum X4 ilə mərhum X7nın doğma bacı-qardaş, onun isə mərhum X4nun bacısı oğlu olması faktının, yəni qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mərhum dayısının ailə üzvləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində müəyyən etmək mümkün olmadığına və Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin bərpa sənədlərində adları olmadığından, yəni X10 onun doğma dayısı, onu isə onun doğma bacısı oğlu olmağını təsdiqləyən sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ona vərəsəlik hüqunun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etmiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X14 izahat verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Sabir Çərkəzin atasıdır. Sabir xəstə olmuş və ona bacısı Gülgəz baxmışdır. On ilə yaxındır ki, bacısı öldükdən sonra Sabirə bacısı oğlu Ətraf baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 digər şahid X14 ilə eyni məzmunlu izahat verdi. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0013 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X10 mülkiyyətinə Ağdaş rayonu, Bəylik kəndindən 4,00 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 168 saylı Arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) 1914-cü illərin sənədləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir və yoxdur. Ağdaş rayon Qeydiyyat şöbəsinin bərpa sənədlərinə baxış zamanı X13 adına rast gəlinməmişdir. İşin materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 169 saylı Arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) 1930-cu illərin sənədləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir və yoxdur. Ağdaş rayon Qeydiyyat şöbəsinin bərpa sənədlərinə baxış zamanı X10 adına rast gəlinməmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli,347 saylı arayışdan görünür ki, mərhum X19, həqiqətən də vəfat edən günə kimi Ağdaş rayon Bəylik kəndində 1963-cü il təvəllüdlü X22, 1968-ci il təvəllüdlü X15 və 1993-cü il təvəllüdlü X33 ilə birgə yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X19 həqiqətən də ölən günə kimi Ağdaş rayonu, Bəylik kəndində yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2022-ci il tarixli, 1810 saylı doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Ağdaş rayonu, Bəylik kəndində anadan olmuş, anası isə X16r. İşin materiallarında olan Ağdaş rayon Qülbəndə kənd İ/N tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, AZ-İİ № 295842 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X25 xx.xx.1993-cü ildə ürək qan damar sistemi çatmamazlığından vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 03 dekabr 2022-ci il tarixli, 882 saylı məktubundan görünür ki, Ərizəçi X19 ilə qohumluq münasibəti faktının və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində X10 ölüm haqqında akt qeydindən başqa akt qeydi aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartoyekası ilə X19 və X25 qeydiyyatdan keçmirlər. İşin materiallarında ola Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arxiv rayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qülbəndə kən nümayəndəliyinin Bəylik kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 12 №-li təsərrüfatbaşına kitabının 587 №-li təsərrüfatı X9 dına olunmaqla X19 (ailə başçısı)-nın olması üstündən xətt çəkilib xx.xx.1999-cu ildə ölməsi götərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X10 Ərizəçi dayısı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. X10 Ərizəçi dayısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar