Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-879/2020 27.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və Cavabdeh1 nümayəndəsi H.Rəhimovanın iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı yaşayış evindən məcburi çıxarma,mənzilin boşaldılması və köçürülmə tələbi haqqında iddiasına, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakı ilə birlikdə fərdi yaşayış evindən məcburi çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə ********** qeydiyyat nömrəli, xx xxxx 2019cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətimdə olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 24-də heç bir hüquqi əsaslar olmadan yaşayan Cavabdeh1 evdə olan əmlaklarla birlikdə məcburi qaydada yaşayış evindən çıxarılmasına, evin tam boşaldılmasına və cavabdehin AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, digər iki nəfər ailə üzvünün hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 3 ünvanda yerləşən və cavabdehin mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən cavabdehlə bərabər istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə iclasına gəlmədiyi və işə iştirakı olmadan baxılmasını xahiş etmədiyi üçün qarşılıqlı iddia ərizəsi Cavabdeh3 aid hissədə baxılmamış saxlanılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum qardaşı X19 1989-cu ildə rəsmi nikah qeyd etdirməklə Cavabdeh1 ilə evlənərək ailə qurmuşlar. Cavabdeh və onun valideynləri cavabdeh və mərhum qardaşının hazırda mübahisələndirdiyi yaşayış evində yaşamaq istəmədiyini bildirdiklərindən o, mərhum qardaşı və Cavabdeh1 toyuna kimi şəxsən öz vəsaiti hesabına Bakı şəhəri, Qubadov küçəsi, 44 ünvanında yerləşən fərdi yaşayış evini onlara almışdır. Mərhum qardaşı və Cavabdeh1 toydan bir gün sonra Bakı şəhərindəki həmin evə köçərək daimi orada yaşamışlar. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin evdə anadan olmuşlar. O, mərhum qardaşının və onun ailəsinin xahişi ilə 2002-ci ildə həmin evi sataraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Ah Mustafayev küçəsi 29 saylı binanın 25 nömrəli mənzilini onlara almışdır. Cavabdehlərin hamısı həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışlar. Hazırda həmin mənzildə qeydiyyatdadırlar. Mərhum qardaşı ailəsinin dolanışığı üçün mütamadi olaraq Rusiyaya gedib orada işləyirdi. xx xxxxxxx 2005-ci ildə aralarında yaranmış mübahisə zəminində Möhlüd adlı bacanağı onu Rusiya Federasiyasında öldürərək meyidini gizlətmişdir. Təxminən bir ildən sonra yəni xx xxxxxxxx 2006-cı il tarixdə o, qardaşının meyidini tapıb Azərbaycana gətirərək dəfn eləmişdir. Mərhum qardaşının ölümündən sonra cavabdehlər təkbaşına Bakı şəhərində qalmasınlar deyə cavabdehlərə gəlib onlarla birlikdə mübahisəli yaşayış evində yaşamaqlarını təklif etmiş odur ki, cavabdehlər bir müddət onun evində yaşamışlar, lakin sonradan cavabdehlər Bakı şəhərində yaşamaq istədiklərini bildirərək daimi yaşamaq üçün Bakı şəhərində olan evə köçmüşlər. Mərhum anası 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmişdir. Anasının ölümündən sonra qanunla müəyyən olunmuş qaydada və müddətdə mərhum qardaşı anasından əvvəl vəfat etdiyinə görə notariat ofisində vərəsəlik işi açdıraraq qanun üzrə birinci növbə vərəsə kimi anasından miras qalmış əmlakı yəni 0,06 hektar həyətyanı torpaq sahəsindən mərhum anasına çatası payını və onun üzərində inşa edilmiş yaşayış evini qəbul etmişdir. Bundan sonra həyatyanı torpaq sahəsini ümumi birgə, yaşayış evini isə tam mülkiyyət hüququ üzrə DƏDRXinin 17 saylı Ərazi İdarəsində qeydə aldırmışdır və bu barədə onun və digər iki nəfər ailə üzvlərinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Həmin çıxarışa əsasən 0.06 hektar həyətyanı torpaq sahəsi ailə üzvləri X21, X17 və onun ümumi birgə, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Göründüyü kimi cavabdehlər həmin mübahisəli fərdi yaşayış evində onlarla birgə yaşamadıqlarına görə həmin yaşayış sahəsindən istifadə hüququ qazanmamışlar. Cavabdehlər heç vaxt sözügedən yaşayış evində pasport qeydiyyatında olmamışlar. Son 10-15 gün bundan əvvəl Cavabdeh1 özünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmasını, övladları olan digər cavabdehlərin isə həmin mülkdə ata paylarının olmasını bildirməklə şəxsən mülkiyyətçi kimi onun və digər ailə üzvlərinin icazəsi olmadan özbaşına mübahisəli yaşayış evinə gələrək burada yaşayır və övladlarının da tezliklə bura gələcəklərini söyləyir. Cavabdeh həmin evə gəldikdən sonra ailəsində heç bir əhəmiyyətli səbəblər olmadan daima mübahisə və münaqişə yaradır, özbaşına həyətdə əkdiyi meyvə ağaclarını kəsməklə yararsız vəziyyətə salır. O, dəfələrlə ona qanunlara uyğun cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ olmadığını, həmin yaşayış sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu, onların icazəsi olmadan cavabdehin həmin yaşayış evində yaşamaqla evdən və həyətyanı torpaq sahəsindən istifadəsinin özbaşına hərəkətlər olmasını nəzərinə çatdırmaqla yaşayış sahəsindən özünə məxsus əşyaları ilə birlikdə çıxmasını xahiş və tələb etməyinə baxmayaraq cavabdeh bütün bunlara məhəl qoymayaraq ona və digər ailə üzvlərinə mülkiyyətçi kimi ona qarşı qanunsuz hərəkətlərini davam etdirir. Bu səbəbdən də o, yaşayış evinin yeganə mülkiyyətçisi olduğundan mülkiyyətçi kimi, həmin evdə yaşamaq, torpaq və ev üzrində idarə, istifadə və sərəncam hüquqlarımı öz istəyinə uyğun həyata keçirə bilmir. AR ƏMDKnin yanında DƏDRX-nin qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarışı ilə də təsdiq olunur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 qızma məxsusdur. Cavabdehin bir müddətdir ki, yaşadığı ev AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh heç bir müvafiq hüquqi əsaslar olmadan ona məxsus olan həmin mənzildə yaşayır, oradan özbaşına şəkildə istifadə edir, mülkiyyət hüquqlarını hüquqlarını pozmaqda davam edir, mənzil sahəsindən könüllü çıxması ilə əlaqədar etdiyi müraciətlər nəticəsiz qalmışdır. Odur ki, AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 24-də heç bir hüquqi əsaslar olmadan yaşayan Cavabdeh1 evdə olan əmlaklarla birlikdə məcburi qaydada yaşayış evindən çıxarılmasına, evin tam boşaldılmasına və cavabdehin AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, digər iki nəfər ailə üzvünün hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarını onunla əsaslandırmışlar ki, Cavabdeh1 1989-cu ildə qarşılıqlı iddia üzrə cavabdehin qardaşı X19 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və mübahisəli yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 ilə X10 birgə nikahından digər iddiaçılar Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh öz iddia tələbində qeyd etmişdir ki, guya Cavabdeh1 onun qardaşı ilə evlənən gündən Bakı şəhərinə köçmüş və daima orada qeydiyyatda olmaqla orada yaşamışlar. Bunların hamısı yalandır. Düzdür onlar ailə qurandan sonra mərhum ərinin adına Bakı şəhərindən ev almışlar və oraya pasport qeydiyyatına düşmüşlər. Bakıda olan mənzilə onlar, eləcə də cavabdeh Asif və ailə üzvləri daima gedib-gəlmişlər. Mərhum əri qazanc arxasınca Rusiya Federasiyasına gedib-gəldiyindən o Rusiyada olan zamanlar onlar Ağdaş şəhərində yerləşən mübahisəli evdə yaşamışlar. Əri 2005-ci ildə Rusiya Federasiyasında naməlum səbəblərə görə öldürülmüşdür. Həmin vaxtdan da xeyli əvvəl onlar Ağdaş şəhərində yaşayıb və işləyir, təhsillərini davam etdirmişlər. Bütün bunlar qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərlə təsdiq olunur. Eləcə də məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə də tam öz təsdiqini tapacaqdır. Mərhum əri ilə evlənəndən sonra onun mərhum valideynləri və həmin evdə yaşayan digər ailə üzvləri, o cümlədən də cavabdehin özü qeyd-şərhsiz onları ailə üzvü kimi qəbul etmişlər. Daima onlar cavabdehlərlə birlikdə ailə üzvü kimi təsərrüfatı birgə idarə etmişlər. Hazırda cavabdeh həmin yaşayış sahəsini öz adlarına qeydə aldırdıqlarını, həmin yaşayış sahəsinin onların mülkiyyətində olduğunu əsas göstərərək biz iddiaçıları mübahisəli yaşayış sahəsindən çıxarmaq istəyir. Göründüyü kimi onlar mübahisəli mənzilə köçən zaman cavabdehlə aralarında başqa qeyd-şərt olmadığına görə mübahisəli evdə onunla bərabər istifadə etməyə hüquqları var. Lakin cavabdeh həmin hüququ əlindən almaq istədiyinə görə cavabdehin iddia tələbinə qarşı hazırki qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar və hesab edirlər ki, İddiaçı iddiası tamamilə əsassızdır. Ona görə də hesab edirlər ki, ilk iddia rədd edilməli və qarşılıqlı iddia təmin edilməlidir. Cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o,mərhum Vİddiaçı ilə 1990-cı ildə ailə qurmuşdur. 1989-1990cı illərdə Qubanovdakı evdə onun mərhum yoldaşı yaşlı rus qadınla evə görə nikahında olub, bu səbəbdən onların nikahı 1991-ci il 21 sentyabrda qeydə alınıb. Ev də rusdan yoldaşına qalmışdır. Daha sonra həmin ev satılaraq Bakıdakı mənzil alınmışdır. Yəni Bakıdakı mənzili onlara İddiaçı almamışdır. O, mübahisəli yaşayış evinə gəlin gəlmiş və bir ay sonra Bakıya getmişlər. Ancaq onun gəlin getdiyi ev əşyaları ilə bəzənmiş halda qalmış heç bir şey aparmamışdır. 5-6 aylıq hamilə olduğu zaman narahatlıq keçirdiyi üçün rayona gəlmişdir. Yəni rayonla əlaqəsi heç bir zaman kəsilməmişdir. Oğlum Cavabdeh2 Adaş rayon Doğum evində, qızı isə evdə anadan olmuşdur. 2005-ci ilə qədər yoldaşı gah Rusiyaya gah da Almaniyaya avtomobil alveri üçün getmiş, o da uşaqlarla gah rayonda, gah da Bakıda qalmağa davam etmişdir. 2005-ci ildə yoldaşı axırıncı dəfə Rusiyaya getmiş və orada da öldürülmüşdür. Odur ki, 2005-ci ildən o və uşaqları mübahisəli evdə yaşamışlar. 2007-ci ildə qaynı olan İddiaçı özü onu kitabxanaya işə düzəltmişdir. O vaxtdan Ağdaş rayonunda yerləşən kitabxanada işləyir və mübahisəli yaşayış evində yaşayır. Uşaqları Ağdaş rayonunda oxuyub məktəbi qurtarmışlar. İddiaçı mərhum yoldaşının ili çıxmamış onun maşınını satmışdır. Nə uşaqlara, nə də ona heç nəyə qol çəkdirməmişdir. Nə də o puldan 1 manat olsun İddiaçı onlara verməmişdir. Onun evinə suya, işığa, qaza ayrıca sayğac qoyulmamışdır. İddiaçı 2 ildir onun qazını kəsmişdir. O, odundan istifadə edir. İddiaçı onu həyətdə hər dəqiqə təhqir edir. Onun qohumlarını, iş yoldaşlarını onlara gəlməyinə narazı olur. O, 2 ildir televizordan istifadə etmir, krosnu antenanı İddiaçı söküb aparmışdır. İddiaçı oğlu Cavabdeh2 atasının intiqamını atasını öldürənin ailəsindən almağa təhrik etmiş və qarşılığında ona torpaq və ev verəcəyini bildirmişdir. Lakin oğlu Cavabdeh2 bundan imtina edərək qatil olmayacağını bildirmişdir. Odur ki, o, oğlunu İddiaçı yanından uzaqlaşdırmışdır. Oğlu 2015-ci ildən Bakıda özəl şirkətdə işləyir və özlərinə məxsus evdə yaşayır. Qızı ailə qurmuşdur və 1 övladı var. Qızı Cavabdeh3 kirayədə yaşayır. Mübahisəli ev qaynanasının adına olmuş və İddiaçı həmin evi qanunsuz yollarla öz adına özəlləşdirmişdir. İddiaçı ona mübahisəli yaşayış evində yaşamağa müxtəlif vasitələrlə imkan vermir. İddiaçı ona hər cür təzyiq göstərərək mübahisəli yaşayış evindən çıxarılmasını istəyir. Halbuki, onun mübahisəli evdə yaşamaq hüququ vardır. Odur ki, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi X11 məhkəmə iclasında ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək Cavabdeh1 izahatına uyğun izahat verdi və bildirdi ki, Şəhla mübahisəli evə gəlin köçmüş və 2006-cı ildən də həmin evdə daimi olaraq yaşayır. Asif Orxana atasının intiqamını almaq üçün təzyiq göstərmiş və Orxan bundan imtina etdikdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki,ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş üzrə şahid X12 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı iş yoldaşıdır. İddiaçı cavabdehə və mərhum qardaşına Qubanovda ev almışdır. Əslində cavabdeh və uşaqları Bakı şəhərində Asifin onlar üçün aldığı evdə yaşayırdılar. Daha sonra İddiaçı qardaşı cavabdehin əri Vİddiaçı vəfat etdiyi üçün İddiaçı cavabdehi və onun uşaqlarını Ağdaş rayonuna gətirmişdir və onlar Asifə məxsus evdə yaşamağa başlamışlar, İddiaçı Cavabdeh1 Ağdaş rayonunda kitabxanaya işə düzəltmişdir. Asiflə Şəhla arasında ev üstündə mübahisə 5-6 il bundan öncə yaranmışdır. İş üzrə şahid X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Cavabdeh1 xalasıdır. Cavabdeh1 mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir. Daha sonra Şəhlanın əri Bakı şəhərində ev aldığı üçün Şəhlagil Bakı şəhərinə köçüb yaşamağa başlamışlar. Cavabdeh1 və mərhum əri birinci dəfə Qubanovda ev almışlar, daha sonra Bakı şəhərinin Nizami rayonunda ev aldıqları üçün Bakı şəhərinə köçmüşlər. Cavabdeh1 əri öləndən sonra o,uşaqları ilə birgə Ağdaş rayonunda mübahisəli yaşayış evində yaşayır. Şəhla ilə Asif arasında ev üstündə mübahisə son bir ildir ki,yaranmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 1997-ci il tarixli etibarnamədən görünür ki, X19 etibarnamə üzrə səlahiyyətlərini İddiaçı etibar etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də 0,0601 ha torpaq sahəsi X21, X17 və İddiaçı ümumi birgə mülkiyyətindədir, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən texniki pasportdan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, ğayev X23 şəhəri, C.Məmmədquluzadə küçəsi 24-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon X1 xx xxxx 2020-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 2007-ci ildə Ağdaş rayon X1 uşaq şöbəsinə işə qəbul edilmişdir. Hal-hazırda Ağdaş rayon Nehrəxəlil kənd kitabxanasında kitabxanaçı işləyir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon X9 Hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli arayışının surətindən görünür ki, X15 xx xxxx 1991-ci ildə Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin ginekologiya və doğum şöbəsində doğuşdan azad olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin arayışların surətlərindən görünür ki, Cavabdeh2 2006- 2009-cu illərdə, Cavabdeh3 isə 2006-2013-cü illərdə Ağdaş rayon Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin azərbaycan bölməsində oxumuşlar. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxxxxx 2005-ci ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1991-ci ildə vəfat etmişdir. X13 Ziyad oğlu və X7r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X15 xx xxxxxxxx 1991-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar evləndikdən sonra qadın kişinin Ağayeva soyadını qəbul etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X18 Ağdaş Rayon Məhkəməsinin sorğusuna xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də yerləşən fərdi yaşayış evi X2 adına tərtib edilmiş 2256 inventar nömrəli texniki pasporta və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən X3, X22 və X8 adlarına tərtib edilmiş JN-2891A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx xxxx 2019-cu il tarixində vahid daşınmaz əmlak kimi qeyə alınmış, X2 vəfatından sonra xx xxxx 2019-cu il tarixində ev və özünə məxsus torpaq payı notarial qaydada oğlu İddiaçı adına rəsmiləşmiş və xx xxxx 2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 138494 saylı müqavilədən görünür ki, X4 Bakı şəhəri, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzili İddiaçı 55000000 manata satmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri,3-cü mikrorayon,Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123 maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalırına uyğun həll edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır:1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə— həmin işin görülməsinin və ya təhsilin bütün müddətində;3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə— onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur.Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır.İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx xxxxxx 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar, dindirilmiş tərəflərin və şahidlərin ifadələri əsasında müəyyən olundu ki, Cavabdeh1 İddiaçı qardaşı ilə 1991-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuş və mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir. Mübahisəli fərdi yaşayış evindən istifadə hüququ ilə əlaqədar tərəflər arasında yaranan hüquq münasibətləri ilə bağlı mübahisə 2000-ci ilin sentyabrın 1-dən qabaq yarandığından, həmin mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdeh1 Asif qızı mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən ev qayınanası Hənifə Abdullayevanın adına olmuşdur. Cavabdeh1 və mərhum həyat yoldaşı evin mülkiyyətçisinin razılığı əsasında həmin evə köçsələrdə qısa müddət ərzində həmin evi tərk etmiş və Bakı şəhərindən ev alaraq yaşamaq üçün Bakı şəhərinə köçmüşlər və həmin evə də qeydiyyata düşmüşlər. Daha sonra Cavabdeh1 ərinin vəfatından sonra yəni 2006-cı ildən Cavabdeh1 mübahisəli fərdi yaşayış evində yaşamağa başlamışdır. Cavabdeh1 2005-cı ilə qədər mübahisəli fərdi yaşayış evinə Bakı şəhərində yaşamağına baxmayaraq mütamadi olaraq gəlib-getdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evinin mülkiyətçisi Hənifə Abdullayevanın vəfatından sonra mübahisəli fərdi yaşayış evi qanun üzrə vərəsəlik əsasında İddiaçı miras qalmışdır və qanun üzrə vərəsəlik şəhadətnaməsi mübahisələndirilməmişdir. Belə ki, Hənifə Abdullayevanın birinci növbə vərəsələri İddiaçı və Vİddiaçıdir. Lakin Cavabdeh1 əri olan Vİddiaçı anası Hənifə Abdullayevadan öncə vəfat etdiyi üçün Vİddiaçı həyat yoldaşı Cavabdeh1, övladları Cavabdeh3 və Cavabdeh2 Vİddiaçı birinci növbə vərəsələri kimi Hənifə Abdullayevadan miras qalmış əmlakda Vİddiaçı miras qala biləcək paya qanun üzrə birinci növbə vərəsə ola bilərdilər,lakin onlar bu hüquqlarından istifadə etməmişlər. İddiaçı anasından qalmış miras əmlak olan fərdi yaşayış evini tam olaraq miras əmlak kimi qəbul etmişdir. Hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdir. İddiaçı isə Cavabdeh1 mülkiyyətində olan evdən çıxarılmasını tələb edir. Belə ki, Cavabdeh1 xüsusi mülkiyyətində Bakı şəhəri, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzili var və o, övladları ilə birgə həmin evdə qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 əmlakı ilə birlikdə məcburi qaydada Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 24 saylı evdən çıxarılsın və xüsusi mülkiyyətində olan Bakı şəhəri, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzilinə köçürülsün. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-879/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-879/2020
27.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver