Məhkəmə qərarları › İş №2(014)-887/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-887/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-887/2021 07.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçilər Ərizəçi3 və Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi4,Ərizəçi3,Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Ağdaş rayon Notariat Kontorun qarşı Qohumluq faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasınd baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi4,Ərizəçi3,Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Ağdaş rayon Notariat Kontorun qarşı qohumluq faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək X onların ataları olmasına dair faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahi etmişdir. Ərizəçilər Ərizəçi4,Ərizəçi3,Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, atala X3 ilə anaları X6 birgə nikahından doğulmuşlar. Mərhum ataları Əliyev Məhəmmədiyə 24.02.2013 cü ildə, anaları Əliyeva Səadət isə 06.06.2013-cü ildə vəfat etmişdir. Mərhum ataları Əliye Məhəmmədiyə və anaları Əliyeva Səadət vəfat etdikləri günədək birgə nikahda, birlikdə ünvan ünvanında yaşamışlar. Mərhumların ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı he bir orqana müraciət edilməmişdir. Hazırda mərhum ataları X2 mülkiyyətindəki əmlaka dair vərəsəli işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişlər. X1 vərəsələrinin onlar,yəni övladları olduğ müəyyən edilmişdir. Lakin qohumluq münasibətlərini təsdiq edən hər birinin doğum haqqınd şəhadətnaməsində atalarının əsl adı Məhəmmədiyə əvəzinə, texniki səhv olaraq Mamed, Məmmə kimi qeyd edilmişdir. Bununla bağlı Qeydiyyat şöbəsindən və Arxiv idarəsindən mötəbər sübut əld etmək mümkün olmamışdır. Mərhum ataları X2 qohumluq münasibətlərini tam təsdiq edən sənəd başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnamələri alma mümkün deyildir. Bu səbəbdən də mərhum ataları X3 ilə onların qohumluq münasibətlərind olmalarına dair faktın məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ərizəçilər Ərizəçi3,Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizədə yazılanlar uyğun izahat verdilər və ərizənin təmin edilməsini xahiş etdilər. Ərizəçilər Ərizəçi4 və Ərizəçi2 isə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxı ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkü hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayara məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəx Ağdaş rayon Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesa etmişdir. Məhkəmə ərizəçilərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesa edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X18 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçiləri və onların ailəsin uzun müddətdir ki, tanıyır. Belə ki, ərizəçilərin evində kirayədə qalmışdır. Ərizəçilərin atalarının ad Məhəmmədiyə olsa da,onu Mamed və ya Məmməd deyə çağırırdılar. Odur ki, ərizəçilərin atalarını X3 olduğunu və onun da vəfat etdiyini bildirdi. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 fevral 2013-cü ild vəfat etmişdir. İşdə olan evlənmə haqqında şəhadətnamədən görünür ki, X7 ilə X11 09 dekabr 1942-ci ild rəsmi nikah qeydindən keçməklə evlənərək ailə qurmuşlar.Evləndikdən sonra qadın kişinin Əliyev soyadını qəbul etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 valideynləri X12 v X13r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 valideynləri X1 və X13r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 valideynləri X14 v X13r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Mamed qızını valideynləri X14 və X13r. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X15 20 avqust 1993-c ildə Ağdaş rayonunda vəfat etmişdir. İşdə olan Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki,X vəfat etdiyi günədək Ağdaş rayon M.İsayev küçəsi 1/27 nömrəli evdə yaşamışdır. İşdə olan Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki,X vəfat etdiyi günədək Ərizəçi4 ilə birgə Ağdaş rayon M.İsayev küçəsi 1/27 nömrəli evdə yaşamışdır. İşdə olan Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X bu kimi varisləri həyat yoldaşı X15(06 iyun 2013-cü ildə vəfat etmişdir),övladları Ərizəçi3,Ərizəçi1 Ərizəçi4,Ərizəçi2 qalmışdır. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, 1924-cü ildə Ağda rayonu, Tatlar kəndində anadan olmuş X2 doğum haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumlu münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada al bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizəçi ərizədə göstərilən faktın müəyyə edilməsinin nə məqsəd üçün lazım olduğunu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itə sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 say qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən qohumlu münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə gör pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsin nəzərdə tutur. Məhkəmə iclasında müəyyən olundu ki, mərhum X3 ərizəçilərin ataları olmasına baxmayara ərizəçilərin doğum haqqında şəhadətnaməsində ata qrafasında Mamed və Məmməd kimi qey edilmişdir. Ərizəçilər qohumluq faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciə etməkdə haqlıdırlar.Belə ki, faktın təsdiq edilməsi ərizəçilərə mərhum Məhəmmədiyə Əliyevi mirasından pay almaq üçün lazımdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmi edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 fevral 2013-cü il tarixdə vəfat etmiş X2 Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 atala olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsin Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdə sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar