Məhkəmə qərarları › İş №2(014)-9/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-9/2024

28.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-9/2024 28.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı arvadı X15, uşaqları X11, 10 may 2017-ci il tarixdə ölmüş X6, X12, 4 aprel 2013-cü il tarixdə ölmüş X7, Cavadova (Eminova) Şəfaqət Əlisurət qızının mülkiyyətinə Ağdaş rayonu, Kotanarx kəndində yerləşən JN156 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,86 ha torpaq sahəsi verilmişdir. X46 əsasən Çıxarışlar almışdır. RX seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli Çıxarışa əsasən torpaq sahəsinin bir hissəsindən istifadə etsə də 1,8557 hektarından istifadə edə bilmir. Belə ki, həmin torpaq sahəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1,8557 hektarı Cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edilir. Bu da, onun mülkiyyət hüquqlarını pozur. Cavabdehdən həmin zəbt olunmuş sahəni boşaltamasını tələb etsə də, buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən RX seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 1,8557 hektarından çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi mütəxəssislər tərəfindən gəlib ölçülərkən səhvə yol verilmişdir. Belə ki, sözügedən ərazidə ona və digər kənd sakinlərinə məxsus torpaq sahəsi vardır. Həmin ərazidə göl yerləşirdi. Həmin göl quruduqdan sonra o, gölün olduğu yerdə torpaq sahəsi olan sakinlərə həmin qurumuş gölün yerində kol-kos olduğunu və həmin kol-kosu birlikdə təmizləməyi təklif etmiş, lakin sakinlər onunla razılaşmamış, o, isə həmin ərazini özü təmizlədikdən sonra sakinlər özlərinə məxsus torpağı istəmişlər. Bundan sonra o, ərizə ilə İcra Hakimiyyətinə müraciət etmişdir. Ölçü işləri aparılan zaman bir cavan oğlan gəlmiş və ona məxsus torpaq sahəsini səhv ölçmüşdür. Bu halla tək o deyil, digər kənd sakinləri də rastlaşmışdır. Sözügedən torpaq sahəsini pul verərək almışdır və torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair Çıxarış əldə etmişdir. Mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilib və dəfələrlə cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasına dair danışıqlar olsa da, heç bir nəticə olmamış, istifadəsində olan torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək öz qanunsuz hərəkətlərinə davam etmiş və onun torpaqdan istifadəsinə maneələr yaratmışdır. Odur ki, cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Sözügedən torpaq sahəsi özünə məxsusdur. Belə ki, həmin torpaq sahəsinin onun mülkiyyətdə olmasına dair Çıxarış almışdır. Çıxarış alarkən torpaq sahəsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən 6 dəfə ölçülərək ona verilmişdir. Onun istifadəsində olan torpaq sahəsi özünə məxsusdur. Heç bir pozuntuya yol verməmiş, iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməmişdir. İddiaçının iddiası tam əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli, **********68 saylı məktubdan görünür ki, İddiaçı Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,68 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, müraciət əsasında torpaq sahəsinə müayinə baxışı keçirilən zaman torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə olunması aşkarlanmışdır. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN:156 KOD 90314028 saylı Dövlət Aktından görünür ki, İddiaçı Cavad oğlunun və ailə üzvləri X30, X20, X16, X23, X23, X17, X4 mülkiyyətinə Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 nömrəli qərarına əsasən Ağdaş rayonu, Kotanarx kəndi ərazisində 2,86 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Kotanarx kəndinə yerləşən 1,8557 hektar torpaq İddiaçı və ailə üzvləri X30, X24, X21, X31, X25, X17, X4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində 23 mart 2015-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Kotanarx bələdiyyəsi tərəfindən tərtib edilmiş 3 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin texniki X37, Ağdaş rayon Kotanarx bələdiyyəsinin sədri X26, Ağdaş rayonu, kənd sakini (ərizəçi) İddiaçı vətəndaş İddiaçı DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanladığı ərizəsinə əsasən Ağdaş rayonu, Kotanarx kəndində olmuşlar. Ərizəçiyə məxsus **********95 reyestr nömrəli Çıxarışa əsasən 1,8557 ha torpaq sahəsi elektron uçot xəritəsinə uyğun narturada GPS vasitəsi ilə tanıdılmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********00 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Kortanarx kəndinə yerləşən 1,6166 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 1 iyun 2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 1 iyun 2022-ci il tarixli, A № 716553 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8, Daşınmaz əmlakın 4Ə-618, 6 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş rayonu, Kotanarx kəndindən 1,6196 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan AN – İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X18, X2, Məmmədhüseyinova Hicran Ağahəsən qızı, X13, X1 rayonu, Kotanarx kəndi ünvanında yerləşən 1,6166 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alıcı Cavabdeh satmışdır. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2023-cü il tarixli, 3- 21-3-35/2-4263/2023 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(014)-507/2023 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: “X14 X19” əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-156 nömrəi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Ağdaş rayonu, Kotanarx kəndi ərazisində verilmiş 2,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,67 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi 1,67 ha təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəmEkspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/9011 nömrəli ekpsert rəyinin surətindən görünür ki, “X14 X19” əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-156 nömrəi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Ağdaş rayonu, Kotanarx kəndi ərazisində verilmiş 2,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,67 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi 1,67 ha təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına Torpağa mülkiyyət hüququna dair JN-156 KOD 90314028 saylı Dövlət Aktı verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1,67 hektar hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,67 hektar hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,67 hektar hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar