Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-902/2022 05.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və maraqlı orqan Ağdaş rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və maraqlı orqan Ağdaş rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X7 ilə nikahlarını 12 iyul 1956-cı ildə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra “Əliyeva” soyadını qəbul etmiş, birgə nikahlarından 24 mart 1978-ci ildə Əliyeva (Musayeva) Şərafət Soltan qızı, 12 mart 1978-ci ildə Cavabdeh3, 27 oktyabr 1980-ci ildə Cavabdeh4, xx xxxx 1993-cü ildə Cavabdeh1 və 05 may 2011-ci ildə X2 anadan olmuşdur. X2 11 aprel 2011-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində vəfat etmişdir. Mərhum yoldaşından birgə nikah dövründə onlara məxsus yəni həyat yoldaşına məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markal avtomobil qalmışdır. Mərhum həyat yoldaşının ölümündən sonra miras qalmış 1980-ci il tarixli VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ağdaş rayon Notariat Ofisinə müraciət etmişdir. Miras qalmış əmlaklarla bağlı mübahisə olduğuna görə notariat ofisində vərəsəlik işi açılmamış, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, 12 sentyabr 2017-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində ölmüş əri X3 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddətin tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, onun ölümündən sonra mərhum ərindən 1980-ci il tarixli VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlakı kimi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciəet edərək mərhum əri X1 miras qalmış VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi tərəfindən qəbul edilməsi, əri X3 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddətin tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etdiyini, 12 sentyabr 2017-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində ölmüş atası X3 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddətin anası tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, onun ölümündən sonra mərhum atasından qalmış 1980-ci il tarixli VAZ 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı maşının miras əmlakı kimi anası tərəfindən qəbul edilməsinə heç bir etirazının olmadığını bildirdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə etirazlarının olmadıqlarını bildirmişlər, məhkəmə cavabdelər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Ağdaş rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X3 nikahları 06 may 1977-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kənd icra nümayəndəliyində 05 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan ölüm haqqında arayışdan və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12 sentyabr 2017-ci ildə, X2 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 atası mərhum X7, anası İddiaçıdır. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 17 fevral 2001-ci il tarixdə X5 ilə rəsmi nikaha girmişlər və Musayeva soyadını qəbul etmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı, 1980-ci il buraxılışlı, Sedan tipli, mühərrik №-si 4788877, Ban №-si ******* olan nəqliyyat vasitəsinin sahibi X6r. İşdə olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı verilmiş 1080 nömrəli, 13 iyun 2022-ci il tarixli imtina məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş mərhum X1 qalmış miras əmlakın adına rəsmiləşdirilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ki, ölənin uşaqları, arvad (ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2 və 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardım məbləği və s.), ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə iclasında araşdırılmış sübutlar, tərəflərin izahatları və ərizələri əsasında məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mərhum əri X1 qalmış VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən mirasın qəbul edilməsi müddəti üzürlü səbəbdən buraxıldığından iddia təmin edilməli, 12 sentyabr 2017-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində ölmüş əri X3 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət uzadılmalı, mərhum ərindən miras qalmış 1980-ci il buraxılışlı, VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlakı kimi İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin 12 sentyabr 2017-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində ölmüş X3 ölümündən sonra VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət uzadılsın. 12 sentyabr 2017-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində ölmüş X1 miras qalmış **-BB-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı, 1980-ci il buraxılışlı, Sedan tipli, mühərrik №-si 4788877, Ban №-si ******* olan avtomobilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-902/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-902/2022
05.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver