Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-909/2020 08.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı Doğum faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx xxxxxxx 2015-ci ildə və X8 xx xxxxxx 2017-ci ildə İraq Respublikasının Mosul şəhərində anadan olmağı faktının müəyyən edilməsi,ata qrafasında X15, ana qrafasında X5 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, Ağdaş rayon İHB-in xx xxxx 2020-ci il tarixli 49 saylı sərəncamı ilə nəvələri X12 və X16 onun qəyyumluğuna verilmişdir. Qeyd edir ki, övladı X5 əri X9 və övladları X10 və X6 ilə birlikdə Suriya Respublikasına getmişdir. Bir müddət sonra X14 gedən döyüşlərdə həlak olmuşdur. Bundan sonra X1 Respublikasına gedərək 2015-ci ilin yanvar ayında Azərbaycan Respublikasının vətəndaşı X15 ilə qeyri-rəsmi olaraq ikinci dəfə ailə qurmuş və İraq Respublikasının Mosul şəhərində yaşamışlar. Qeyri-rəsmi yaşadıqları dövrdə xx xxxxxxx 2015-ci ildə X12 və xx xxxxxx 2017-ci ildə X16 anadan olmuşdur. Bir müddət sonra X3 Respublikasında vəfat etmişdir. Daha sonra Xanım İsmayılova həbs edilmiş və bundan sonra azyaşlılar valideyn himayəsindən məhrum qalmışlar. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xətti ilə uşaqlar Azərbaycana gətirilmişlər. Hazırda azyaşlıların doğum şəhadətnaməsi yoxdur. Bu səbəbdən Ağdaş rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Azyaşlılar barədə doğum haqqında akt qeydi müəyyən edilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Hazırda doğumu təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də bu faktın məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X11 məhkəmə iclasında ifadə verərək bildirdi ki, qızı Xanım İsmayılova birinci həyat yoldaşı və iki uşağı ilə birgə Suriyaya getmiş daha sonra birinci həyat yoldaşı Məmməd orada vəfat etmişdir. Bundan sonra Xanım İsmayılova iki uşağı ilə birgə İraq Respublikasının Mosul şəhərinə getmiş və orada olarkən Vasif Məmmədov adlı bir şəxslə qeyri rəsmi evlənmişlər və həmin qeyri-rəsmi nikahlarından xx xxxxxxx 2015-ci ildə X12 və xx xxxxxx 2017-ci ildə X16 adlı iki uşaqları anadan olmuşdur. Bundan sonra Vasif Məmmədov da vəfat etmişdir. Xanım İsmayılova isə həbs edilmişdir. Uşaqlar isə Azərbaycana gətirilmişdir. Odur ki, X4 xx xxxxxxx 2015-ci ildə və X8 xx xxxxxx 2017-ci ildə İraq Respublikasının Mosul şəhərində anadan olmağını, valideynlərinin isə X15, X5 olmalarını təsdiq etdi. İş üzrə şahid X7 məhkəmə iclasında ifadə verərək X2 ifadəsinə uyğun ifadə verərək, X4 xx xxxxxxx 2015-ci ildə və X8 xx xxxxxx 2017-ci ildə İraq Respublikasının Mosul şəhərində anadan olmağını, valideynlərinin isə X15, X5 olmalarını təsdiq etdi. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasına Qayıdış vəsiqəsinin surətindən görünür ki, X12 xx xxxxxxx 2015-ci ildə və X16 xx xxxxxx 2017-ci ildə İraq Respublikasında anadan olmuşlar. İş materilında olan və məhkəmə iclasında tədqiq edilən 8 saylı birləşmiş uşaq xəstəxanasının xx xxxx 2020-ci il tarixli təhvil təslim aktından görünür ki, Ağdaş rayon İHBin xx xxxx 2020-ci il tarixli 49 saylı sərəncamı əsas götürülərək xx xxxxxx 2012-ci il təvəllüdlü X10, xx xxxxxx 2014-cü il təvəllüdlü X6, xx xxxxxxx 2015-ci il təvəllüdlü X12 və xx xxxxxx 2017-ci il təvəllüdlü X16 onlar üzərində qəyyum təyin edilmiş Ərizəçi təhvil verilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin xx xxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, Fatimə və Həsən adlı uşaqların doğum faktını təsdiq edən sənəd olmadığı üçün onların doğumunun qeydə alınması imtina edilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in xx xxxx 2020-ci il tarixli 49 saylı sərəncamından görünür ki, xx xxxxxx 2012-ci il təvəllüdlü X10, xx xxxxxx 2014-cü il təvəllüdlü X6, xx xxxxxxx 2015-ci il təvəllüdlü X12 və xx xxxxxx 2017-ci il təvəllüdlü X16 üzərində Ərizəçi qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə iclaında araşdırılmış sübutlar,şahid ifadələri və ərizəçinin izahatı əsasında X4 xx xxxxxxx 2015-ci ildə və X8 xx xxxxxx 2017-ci ildə İraq Respublikasının Mosul şəhərində anadan olmaları,valideynlərinin isə X15 və X5 olmaları müəyyən olunmuşdur. Odur ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx xxxxxxx 2015-ci ildə İraq Respublikasının Mosul şəhərində və X8 xx xxxxxx 2017-ci ildə İraq Respublikasının Mosul şəhərində anadan olmağı faktı müəyyən edilsin. Doğum şəhadətnaməsinin ata qrafasında X15,ana qrafasında X5 yazılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-909/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-909/2020
08.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver