Məhkəmə qərarları › İş №2(014)-919/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-919/2020

09.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-919/2020 09.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh Ağdaş şəhər Aralbir kənd tam orta məktəbinin direktoru İ.Kərimovun iştirakı ilə İddiaçı Ağdaş şəhər Aralbir kənd tam orta məktəbinə qarşı işə bərpa olunma tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş şəhər Aralbir kənd tam orta məktəbinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqı tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Aralbir kənd tam orta məktəbin direktorunun xx xxx 2020-ci il tarixli 92 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi hissəsindən imtina etdiyini bildirmiş və iş üzrə icraata həmin hissədə xitam verilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə imtina qəbul edilmiş və iş üzrə icraata məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi hissəsində xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, X1 filialına riyaziyyat informatika fakultəsinə qəbul olunmuş və xx xxxx 2013-cü ildə həmin İnstitutun riyaziyyat informatika müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. Bu barədə adına xx xxxxxx 2014-cü il tarixli, 3/1023 qeydiyyat nömrəli, seriya A, 000870nömrəli dövlət sənədi olan diplom verilmişdir. Qeyd edir ki, o, rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuş və evləndikdən sonra ərinin soyadını qəbul etmişdir. Ağdaş şəhər Aralbir kənd tam orta məktəbinə xx xxxxxxxx 2013-cü il tarixli, 149 nömrəli əmrlə rayon Təhsil şöbəsinin razılıq məktubu əsasında ixtisas üzrə daimi müəllim təyin edilmişdir. Onunla məktəbin direktoru arasında həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbir görülməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı X4 Mərkəzi 169 nömrəli, xx xxx 2018-ci il tarixli məktubla Ağdaş şəhər Aralbir kənd tam orta məktəbin direktoruna və Ağdaş rayon Təhsil Şöbəsinin müdirinə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxx 2018-ci il tarixli, 05-09-666/13 nömrəli məktubu ilə Müəllimlərin işə qəbulu Qaydalarına zidd olaraq işə qəbul edildiyini göstərərək onun 2017-2018-ci tədris ilinin sonunda, yəni xx xxxx 2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. Bütün bunlar məktəb rəhbərliyi tərəfindən tam araşdırılmadan cavabdeh Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Aralbir kənd tam orta məktəbin direktorunun xx xxx 2020-ci il tarixli 92 nömrəli əmri ilə onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, o, məktəbin riyaziyyat informatika müəllimi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Yəni həmin Qaydalar o, Ağdaş rayon Təhsil Şöbəsinin razılıq məktubu ilə işə qəbul edildikdən sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və qüvvəyə minmişdir. O, həmin Qaydalar qüvvəyə minənədək, yəni xx xxxxxxxx 2013-cü il tarixdə rayon Təhsil şöbəsinin razılıq məktubu əsasında həmin məktəbə işə qəbul olunmuşdur. İşə qəbul olunmağı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olduğundan Ağdaş rayon Təhsil Şöbəsi həmin qanunvericiliyə əsasən onun həmin məktəbə işə qəbul olunmağına razılıq vermişdir. Göründüyü kimi həmin “Qaydalar” o, işə qəbul edildikdən sonra təsdiq edilərək qüvvəyə mindiyindən hazırki dövrdə onun xx xxxxxxxx 2013-cü ildə ixtisas üzrə daimi müəllim vəzifəsinə işə qəbul olunmağına şamil edilə bilməz. Bütün bunlar onun qanunvericiliklə qorunan hüquqlarımı pozur. Həmçinin qeyd etmək istəyir ki, 2017-ci ilin mart ayında keçirilən müəllimlərin işə qəbulu imtahanında iştirak etmiş və qiymətləndirilmənin nəticələrinə əsasən 36 bal toplamışdır. Göründüyü kimi cavabdeh onu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı X4 Mərkəzinin göstərişi ilə işdən azad edərkən “müəllimlərin işə qəbulu Qaydalarına” ziddin nədən ibarət olmasını, yəni həmin ziddəyyətin nədən ibarət olmasını tam, ətraflı və obyektiv araşdırmadan həmin göstərişə əsasən tələm-tələsik işlədiyi məktəbin direktoru ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməklə və özünün əmri ilə onun işdən azad olunmağına dair əsassız əmr verməklə yuxarıda göstərdiyi maddi hüquq normalarının tələblərini kobudcasına pozmuşdur.Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Ağdaş şəhər Aralbir kənd tam orta məktəbinin direktoru İslam Kərimov məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, iddiaçı onun məktəbində işləmiş və nümunəvi müəllim olmuşdur. Hazırda iddiaçının işə yenidən bərpa edilməsinə etiraz etmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən yanvar 2014-cü il tarixli, 3/1023 qeydiyyat nömrəli, seriya A, 000870nömrəli dövlət sənədi olan diplomdan görünür ki, X3 Azərbaycan X1 Filialını bitirmiş və ona riyaziyyat informatika ixtisası üzrə bakalavr ali peşə ixtisası dərəcəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 604313 saylı əmək kitabçasının surətindən görünür ki, X3 xx xxxxxxxx 2013-cü il tarixli 149 saylı əmrlə Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Aralbir kənd tam orta məktəbinə müəllim vəzifəsinə təyin edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Aralbir kənd tam orta məktəbin direktoru İ.Kərimovun xx xxxxxxxx 2013-cü il tarixli 149 nömrəli əmrindən çıxarışdan görünür ki, X3, ali təhsilli riyaziyyat informatika müəllimi həmin tarixdən ixtisası üzrə müvəqqəti olaraq müəllim təyin edilməsi əmr edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Aralbir kənd tam orta məktəbin direktoru İ.Kərimovun xx xxx 2020-ci il tarixli 92 nömrəli əmrindən görünür ki, məktəbin riyaziyyat informatika müəllimi, İddiaçı işdən azad edilməsi,onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və axırıncı haqqhesabın ödənilməsi əmr edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Ağdaş Rayon Təhsil şöbəsi Aralbir kənd tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı X4 Mərkəzi 169 nömrəli, xx xxx 2018-ci il tarixli məktubla Ağdaş şəhər Aralbir kənd tam orta məktəbin direktoruna və Ağdaş rayon Təhsil Şöbəsinin direktorunə müraciətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxx 2018-ci il tarixli, 05-09-666/13 nömrəli məktubu ilə Müəllimlərin işə qəbulu Qaydalarına zidd olaraq işə qəbul edildiyini göstərərək onun 2017-2018-ci tədris ilinin sonunadək İddiaçı ilə əmək müqavilələrinə xitam verilməsi,son haqq-hesabın ödənilməsi üçün müvafiq sənədlərin mərkəzə təqdim edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə, xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) və peşə liseylərinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 7.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Yəni həmin Qaydalar iddiaçı Ağdaş rayon Təhsil Şöbəsinin razılıq məktubu ilə işə qəbul edildikdən sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və qüvvəyə minmişdir. Həmin Qaydalar qüvvəyə minənədək, yəni xx xxxxxxxx 2013-cü il tarixdə rayon Təhsil şöbəsinin razılıq məktubu əsasında iddiaçı Ağdaş şəhər Aralbir kənd tam orta məktəbə işə qəbul olunmuşdur. İşə qəbul olunmağı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olduğundan Ağdaş rayon Təhsil Şöbəsi həmin qanunvericiliyə əsasən iddiaçının həmin məktəbə işə qəbul olunmağına razılıq vermişdir. Göründüyü kimi həmin “Qaydalar” iddiaçı işə qəbul edildikdən sonra təsdiq edilərək qüvvəyə mindiyindən iddiaçının xx xxxxxxxx 2013-cü ildə işə qəbul olunmağına şamil edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, iddiaçının ödəməkdən azad edildiyi 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Aralbir kənd tam orta məktəbin direktoru X2 xx xxx 2020-ci il tarixli 92 nömrəli əmri ləğv edilsin, İddiaçı işə bərpa olunsun. Cavabdeh Ağdaş şəhər Aralbir kənd tam orta məktəbindən 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar