Məhkəmə qərarları › İş №2(014)-97/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-97/2022

04.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-97/2022 04.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X2 kаtibliyi, İddiаçı İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən məcburi qaydada çıxarılması yolu ilə kənar şəxsin torpaq mülkiyyətçisinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən məcburi qaydada çıxarılması yolu ilə kənar şəxsin torpaq mülkiyyətçisinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan Ağdaş rayonu Aral iki kənd ərazisində yerləşən 3.1534 hektar torpaq sahəsinin zəbt olunmuş hissəsindən məcburi çıxarılmasına və torpaq sahəsindən qanunsuz istifadəyə görə 750 manat pulun və həmçinin işlə bağlı ona hüquq məsləhəti verilməsi, iddia ərizəsinin hazırlanması və məhkəmədə onun maraqlarının təmsili üçün 23 oktyabr 2021-ci il tarixli hüququ yardımın göstərilməsi barədə müqavilə əsasında ödədiyi 250 manat və işə məhkəmədə baxılması üçün ödədiyi 100 manat, cəmi 1100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Aral iki kənd ərazisində xüsusi mülkiyyət hüququ əsasında onun qardaşı İddiaçı məxsus olan 3.1534 hektar torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında qardaşı İddiaçı məxsus olması faktı AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqlarin Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə təsdiqlənir. Onun qardaşı qeyd olunan torpaq sahəsini öz adına rəsmiləşdirərkən ona məlum olmuşdur ki, sahənin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə olduqda qardaşı və onun etibarnaməsi əsasında o cavabdehə müraciət edərək ondan qardaşının torpaq sahəsindən çıxmasını xahiş etsə də bunun heç bir müsbət nəticəsi olmamışdır. Hər dəfə cavabdeh onlara torpağın özünün olduğunu bildirmişdir. Çox müzakirələrdən sonra cavabdeh tərəfindən zəbt edilmiş sahənin ölçüsünü bilmək üçün o 17 saylı Yevlax ərazi İdarəsinə müraciət edərək oradan mütəxəsis dəvət etmiş və cavabdehin də iştirakı ilə torpaq sahəsinin sənədləri elektron baza məlumatlarına əsasən təyin olunaraq, həqiqətən də onun qardaşının torpaq sahəsinin təxminən 1.70 hektarının zəbt etdiyi müəyyən edilmişdir. Hətta bundan sonra da cavabdeh onun sözlərinə məhəl qoymamış və hər dəfə onun torpaqdan çıxma tələbinə nümayişkaranə surətdə heç kimdən qorxmadığını və zəbt etdiyi torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Cavadehin qardaşının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və onun mülki hüququnun pozulması nəticəsində ona dəyən zərərin ödənilməsi məqsədi ilə mübahisə məhkəmə qaydasında həllini tapmalıdır. Mülki iş üzrə iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən torpaq sahəsində yonca bitkisi əkilmiş, məhkəmə mübahisəsi qurtarana qədər həmin bitkinin biçilməməsini xahiş etsə də, cavabdeh tərəfindən onun xahiş və tələbi yerinə yetirilməmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, heç kimin torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən ona və digər ailə üzvlərinə verilmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş rayon, İkinci Aral kəndində yerləşən 3.1534 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət Hüququna dair (JN-0043, kod ********) dövlət akına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən Ağdaş rayon Aral iki kəndi ərazisində 2.18 hektar torpaq sahəsi Cavabdeh, X1, X6, X5 və X3 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 27 may 2022ci il tarixli **********61 saylı mütəxəssis rəyindən məlum olur ki, 1. Ağdaş rayonu Aral iki kəndi ərazisində İddiaçı və Cavabdeh naturada istifadə etdikləri və göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edildi. 2. Yuxarıda qeyd edilən hər iki torpaq sahəsinin sənədləri üst-üstə düşmür. 3. Ağdaş rayonu Aral iki kənd ərazisində İddiaçı mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 3.1534 ha torpaq sahəsinin 1.32 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 02 mart 2022ci il tarixli **********71 saylı Smetadan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 593.80 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin Ağdaş filialı vasitəsi ilə ödənilmiş 28927 qəbzdən görünür ki, mütəxəssis tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 593.80 manat pulu İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli 10/4311 saylı ekspert rəyindən məlum olur ki, 1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş rayonu Aral iki kəndi ərazisində İddiaçı və Cavabdeh naturada istifadə etdikləri və göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edildi. 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, yuxarıda qeyd edilən hər iki torpaq sahəsinin sənədləri üst-üstə düşmür. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş rayonu Aral iki kənd ərazisində İddiaçı mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 3.1534 ha torpaq sahəsinin 1.32 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. (Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağdaş X10 Mərkəzinin mütəxəssisi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli rəydən məlum olur ki, 1. Ağdaş rayonunun Aral iki kənd sakini Cavabdeh mülkiyyətinə verilmiş 2.18 ha torpaq sahəsinin hamısına onun tərəfindən yonca əkilmişdir. 2. Rayon üzrə yonca bitkisinin hər hektara br biçim üçün orta məhsuldarlığı 17 sent-dir. 3. 1.32 ha torpaq sahəsindən bir biçin üçün 124 ədəd bağlama götürülməsi və əldə edilən gəlir 347.2 manat hesablanmışdır. 4. Rayonun orta məhsuldarlığını nəzərə alaraq 1.32 ha torpaq sahəsindən 124 bağlama götürmək olar. 1 pres bağlamanın qiymətinin 2.80 manat olduğunu nəzərə alaraq 288 yonca bağlamasının dəyəri ümumilikdə 806.4 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Vəkillər Kollegiyası Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı “torpaq sahəsindən məcburi qaydada çıxarılması yolu ilə kənar şəxsin torpaq mülkiyyətçisinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması”təələbi barədə iddia ərizəsini tərtib etmək, işlə bağlı hüquq məsləhəti vermək və məhkəmədə mülki işin baxılmasında iddiaçının maraqlarını təmsil etmək üçün aralarında bağlanmış xx.xx.2021-ci il tarixli hüququ yardımın göstərilməsi barədə müqavilə əsasında 250 manat alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı nümayəndəsi tərəfindən 100 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən İddiaçı Ağdaş rayon, İkinci Aral kəndində yerləşən 3.1534 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Ağdaş rayonunun Aral iki kənd sakini Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini onun razılığı olmadan 1.32 ha hissəsindən istifadə etmişdir. Cavabdeh dəfələrlə müraciət etmələrinə, həmin torpaq sahəsindən çıxmasını xahiş və tələb etməklərinə baxmayaraq cavabdeh iddiaçının xahişlərinə və tələblərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Nəticədə cavabdeh iddiaçını öz mülkiyyətindən faktiki olaraq məhrum etmişdir, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Aral İki kəndi ərazisində yerləşən 3.1534 hektar torpaq sahəsinin 1.32 ha hissəsindən çıxarılmalı və torpaq sahəsindən qanunsuz istifadəyə görə 347.20 manat pul və həmçinin işlə bağlı iddiaçıya hüquq məsləhəti verilməsi, iddia ərizəsinin hazırlanması və məhkəmədə onun maraqlarının təmsili üçün 23 oktyabr 2021-ci il tarixli hüququ yardımın göstərilməsi barədə müqavilə əsasında ödədiyi 250 manatın 150 manatı və işə məhkəmədə baxılması üçün ödədiyi 100 manat dövlət rüsumunun 50 manatı, cəmi 547.20 manat pul cavabdehdən alınaraq iddiaçıya, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilməli, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 593.80 manat pulun 300 manat hissə Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1 ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1 ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Aral İki kəndi ərazisində yerləşən 3.1534 hektar torpaq sahəsinin 1.32 ha hissəsində çıxarılsın. Torpaq sahəsindən qanunsuz istifadəyə görə 347.20 manat pul və həmçinin işlə bağlı iddiaçıya hüquq məsləhəti verilməsi, iddia ərizəsinin hazırlanması və məhkəmədə onun maraqlarının təmsili üçün 23 oktyabr 2021-ci il tarixli hüququ yardımın göstərilməsi barədə müqavilə əsasında ödədiyi 250 manatın 150 manatı və işə məhkəmədə baxılması üçün ödədiyi 100 manat dövlət rüsumunun 50 manatı cəmi 547.20 manat pul Cavabdehdan alınaraq iddiaçı Cavabdeh ödənilsin. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 593.80 manat pulun 300 manat hissə Cavabdeh alınıb İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar