Məhkəmə qərarları › İş №2(014)-980/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-980/2022

30.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-980/2022 30.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin əmlakları ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılmaları və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin əmlakları ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılmaları və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar-İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə və JN-033 kod ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu, Aral Bir kəndi ərazisində ailə üzvləri X4, X8, X5, X2 və İddiaçı 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən atası X4 30 noyabr 2013-cü il tarixdə Ağdaş rayonu, Aral Bir kəndində vəfat etmişdir. Onların mülkiyyətində olan həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin arxa hissəsində eni 1 metr uzunluğu 30 metr olmaqla 30 kv.m torpaq sahəsi var. Həmin torpaq sahəsindən sonra cavabdehlərin mülkiyyətində olan həyətyanı torpaq sahəsi yerləşir. 30 kv.m torpaq sahəsi ilə cavabdehlərin torpaq sahəsinin ara məsafəsində (sərhədində) divar tikmək üçün özül qazaraq beton tökmüşdür. Evlərinin havalanma sistemi də həmin əraziyə açılır. Bir müddət bundan əvvəl cavabdehlər həmin 30 kv.m torpaq sahəsini özbaşına zəbt edərək həmin əraziyə müxtəlif tikinti materialları tökməklə özül beton və digər kommunal xətlərini zədələməklə və yaşayış evlərinin havalanma sistemi yararsız hala salınmaqlamülkiyyət hüququnu pozmaqla ona maddi zərər vurublar və bugün də öz qanunsuz hərəkətlərini davam etdirirlər. Dəfələrlə o, tələb etsə də cavabdehlər ümumi birgə mülkiyyətlərində olan eni 1 metr, uzunluğu 30 metr olmaqla cəmi 30 kv.m torpaq sahələri tikinti materiallarından təmizləməklə həmin torpaq sahəsindən könüllü çıxmaq istəmirlər. Cavabdehlər mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin özbaşına tutuaraq (zəbt edərək) istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, mülkiyyətçi kimi həmin torpaq üzərində hüquqlarını istəməyinə uyğun sərbəst həyata keçirə bilmir. Cavabdehlər qeyd olunan özbaşına və qanunsuz hərəkətləri bugün də davam etdirir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də Ağdaş rayon Aqrar-İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 №-li qərarı ilə və JN-033 kod ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu, AralBir kəndi ərazisində ailə üzvləri X4, X8, X5, X2 və İddiaçı məxsus 0.27 ha həyətyanı torpaq sahəsinin evlərinin arxa hissəsində yerləşən eni 1 metr, uzunluğu 30 metr olmaqla cəmi 30 kv.m hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin ərazidə yerləşən əmlakları (tikinti materialları) ilə birlikdə məcburi qaydada çıxarılmalarına və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddiası əsassızdır. Onlar tərəfindən iddiaçıya məxsus hər hansı bir torpaq sahəsi zəbt edilmiş, hər hansı bir tikinti işləri aparmamışlar. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında digər cavabdehin izahatına oxşar izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-033A Kod 90317038 saylı şəhadətnamınin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayonu Aqrar-İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə Ağdaş rayonu, Aral Bir kəndində yerləşən 0.27 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X4 və ailə üzvləri X9, X5, X2 və X1 mülkiyyətinə verilmişdir. İş materillarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə Ağdaş rayonu, Aral Bir kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli, **********89 nömrəli rəyindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1988-ci il tarixli 21 saylı qərarı ilə JN-033 (kod 9********) saylı “Torpağın mülkiyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Ağdaş rayonu, Aral Bir kəndində ərazisində iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 0.27 hektar həyətyanı torpaq sahəsi verilmiş, lakin iddiaçının və ailə üzvlərinin hal-hazırda istifadəsində 0.3757 ha torpaq sahəsi vardır. Elektron məlumat bazasında olan Ağdaş rayonu Aral Bir bələdiyyəsinin xətirə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “X3 X7”ndəki məlumatlarda iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin arxa hissəsində iddiaçıya aid iddia olunan torpaq sahəsi mövcud olmadığından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən torpaq sahəsinin tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/6181 nömrəli, 06 oktyabr 2022-ci il tarixli Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə texniki Fərid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1988-ci il tarixli 21 saylı qərarı ilə JN-033 (kod 9********) saylı “Torpağın mülkiyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Ağdaş rayonu, Aral Bir kəndində ərazisində iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 0.27 hektar həyətyanı torpaq sahəsi verilmiş, lakin iddiaçının və ailə üzvlərinin hal-hazırda istifadəsində 0.3757 ha torpaq sahəsi vardır. Elektron məlumat bazasında olan Ağdaş rayonu Aral Bir bələdiyyəsinin xətirə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “X3 X7”ndəki məlumatlarda iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin arxa hissəsində iddiaçıya aid iddia olunan torpaq sahəsi mövcud olmadığından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən torpaq sahəsinin tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır. Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olundu ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində 0.27 hektar həyətyanı torpaq sahəsinin olduğunu və həmin həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin arxa hissəsində eni 1 metr, uzunluğu 30 metr olmaqla 30 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən özbaşına zəbt edildiyini və müxtəlif tikinti materiallarının töküldüyünü iddia etsə də, həmin həyətyanı sahəyə mütəxəssislər tərəfindən baxış keçirilərkən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi 0.27 hektar deyil, 0.3757 hektar olduğu, həmçinin iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 hektar həyətyanı torpaq sahəsinin arxa hissəsində iddiaçıya aid torpaq sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin bu Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə də öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiası tam əsassıdır və rədd edilməli, ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin əmlakları ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılmaları və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmas tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar