Məhkəmə qərarları › İş №2(014)-993/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-993/2021

15.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-993/2021 15.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan pay torpaq sahəsinə gediş-gəliş üçün zəruri yolun cavabdeh tərəfindən bərpa edilməsi və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan pay torpaq sahəsinə gediş-gəliş üçün zəruri yolun cavabdeh tərəfindən bərpa edilməsi və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonunun Əmirmahmud kənd ərazisində yerləşən mülkiyyətində olan 4,8256 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə cavabdeh tərəfindən zəbt edilmiş və giriş hissədən bağlanmış torpaq sahələrinə gediş-gəliş üçün zəruri olan yolun onun tərəfindən bərpa edilməsi,həmin gediş-gəliş yolundan sərbəst istifadə etməyinə qanunsuz hərəkətlərinin qarşısının alınması və bu cür özbaşına hərəkətlərə birdəfəlik son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışlar ki, o, alqı satqı müqaviləsi əsasında Ağdaş rayonu, Əmirmahmud kənd ərazisində yerləşən 4,8256 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Torpaq sahəsinin onun mülkiyyətində olmasına dair çıxarış və plan,ölçü də mövcuddur. Qeyd edir ki, torpaq sahəsinin alqı-satqısı və adına qeydə alınan zaman həmin idarənin əməkdaşları tərəfindən torpaq sahəsinin koordinat nöqtələri və torpaq sahəsinə gediş-gəliş yolu müəyyən edilərək ona tanıdılmışdır. Mülkiyyətinə verilmiş 4,8256 hektar torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə sərhəddə yerləşir.Onlarla bir sırada olan mülkiyyətçilərin hər birinə öz torpaq sahələrinə sərbəst gediş gəliş üçün torpaq sahələrinin baş tərəfindən yol ayrılmışdır. Həmin yol adlarına verilmiş dövlət aktının mülkiyyətinə verilmiş torpaq sahəsinin planında (cizgidə) və kəndin baş planında da aydın qeyd edilmişdir. Bir müddət əvvəl Cavabdeh torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş həmin yolu onlarla sərhəd hissəsindən tutaraq həmin ərazini öz torpaq sahəsinə birləşdirmişdir. Həmin vaxtdan o, öz torpaq sahəsinə sərbəst gedib gələ və texnika apara bilmirdilər. Dəfələrlə cavabdehə həmin ərazidə plana uyğun yolun mövcud olduğunu, ona görə də həmin yol ərazisini bərpa etməsini o, eləcə də kənd icra nümayəndəliyi və bələdiyyənin nümayəndələri bildirsələr də, cavabdeh onun mülkiyyətinə gediş-gəliş üçün başqa ərazidən də yolun olmasını əsas göstərməklə yolu açmamaqla onlara, eləcə də digər mülkiyyətçilərə qarşı qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Cavabdeh belə qanunsuz hərəkətləri ilə mülkiyyətçi kimi onun xüsusi mülkiyyətində olan torpağına sərbəst gedib-gəlmək, lazim olanda avtomobil və ya digər texnikanın sərbəst hərəkətinə manə törədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun açılması ilə əlaqədar dəfələrlə onun, kənd bələdiyyəsi və kənd icra nümayəndəsinin cavabdehlə aparılan söhbətlər heç bir müsbət nəticə verməmiş, bununla da mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmamışdır. Mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün zəruri olan yol cavabdeh tərəfindən özbaşına zəbt edildiyindən və onu həmin yoldan istifadə etməyə qoymadığından cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, torpaq bölünərkən yol söhbəti olmamışdır. Torpağı hanası gediş-gəliş yolu ilə ona və digər qonşulara veriblərsə onlar da o cür istifadə edir. Mübahisəli yolun uzunluğu 200-250 metr olar. İddiaçının tələb irəli sürdüyü yol ona verilmiş torpaq sahəsinə aiddir. O, yolu bağlamışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki,iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,8256 hektar torpaq sahəsi İddiaçı məxsusdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak X1 ynaında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07 dekabr 2020-ci il tarixli **********7 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,8256 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki,iddiaçının mülkiyyətində olan 4,82 ha torpaq sahəsinin cavabdehin istifadə etdiyi 1,45 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Ağdaş rayonu,Əmirmahmud kəndində yerləşən 4,82 ha torpaq sahəsinə gediş gəliş üçün zəruri(mövcud) olan yolu cavabdehin torpaq sahəsi ilə birlikdə istifadə etdiyi məlum olmuşdur. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 315,50 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddiaçının tələb irəli sürdüyü yol sahəsinin cavabdeh tərəfindən tutulması mütəxəssis rəyi və tərəflərin izahatları ilə müəyyən edilmişdir, belə olan halda cavabdeh gediş-gəliş üçün yolu zəbt edərək iddiaçıya öz torpaq sahəsindən istifadə etməkdə maneçilik törədilir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsini deyil, torpaq sahəsinə gediş gəliş yolunu zəbt edərək isitifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən zəbt edilmiş və giriş hissədən bağlanmış iddiaçının torpaq sahəsinə gediş-gəliş üçün zəruri olan yol Cavabdeh tərəfindən bərpa edilməli,həmin gediş-gəliş yolundan sərbəst istifadə olunması ilə əlaqədar Cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulmalı, tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 315,50 manat cavabdehdən tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak X1 ynaında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07 dekabr 2020-ci il tarixli **********7 qeydiyyat nömrəli çıxarış ilə Ağdaş rayonu Əmirmahmud kənd ərazisində İddiaçı xüsusi mülkiyyətində olan 4,8256 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh tərəfindən zəbt edilmiş və giriş hissədən bağlanmış gediş-gəliş üçün zəruri olan yol Cavabdeh tərəfindən bərpa edilsin,həmin gediş-gəliş yolundan sərbəst istifadə olunması ilə əlaqədar Cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulsun. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 315,50 manat (üç yüz on beş manat əlli qəpik) Cavabdeh tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın 1 saylı Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift: AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N: AZ23AİİB******************** İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar