Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-101/2025 21.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X23 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürmə tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun mülkiyyət hüququnu təmin edərək himayəsində olan X6 ilə birlikdə Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən evə köçürülməyi və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayon Dağ Kəsəmən kəndində yerləşən mübahisəli əmlak onun ata yurdudur. O, 1963-cü ildə həmin evdə doğulmuş və orada yaşamışdır. Ağstafa rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 04 sentyabr tarixli, 05 nömrəli qərarı ilə JN-1900A; 50200028 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə həmin mübahisəli ev və evin yerləşdiyi 0,23 hektar torpaq sahəsi onların (X14, Məmmədova (Muradova) Rübabə İbrahim qızı, Cavabdeh1 Əmiraslan qızı (əslində Əmirxan qızı), Cavabdeh2, Cavabdeh3, X15, X16) birgə mülkiyyətlərinə verilmişdir. X4 21 avqust 2017-ci il tarixdə vəfat etmişdir. Ağstafa Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(015)-80/2019 saylı qətnaməsi ilə 0,23 hektar ümumi birgə əmlaklarında hər bir mülkiyyətçinin payı 0,032 hektar, 3 varisin atasının miras əmlakında payı isə 0,010 hektar müəyyən edilmişdir. O, həmin birgə mülkiyyətlərində olan evdə atası vəfat edənə qədər yaşamışdır. Lakin 2018-ci ildə o, qardaşı və onun həyat yoldaşı tərəfindən birgə mülkiyyətlərində olan əmlakdan qovulmuşdur. Həmin vaxtdan müxtəlif evlərdə kirayədə yaşamışdır. X2 Qazax Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə onun himayəsinə verilmişdir. Onun da onunla birlikdə birgə mülkiyyətlərində olan əmlakdan istifadə hüququ var. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-80/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 04 sentyabr tarixli, 04 nömrəli qərarı ilə Ağstafa rayonunun Dağkəsəmən kəndinin ərazisindən X7, Cavabdeh1 Əmiraslan qızının, X5, Cavabdeh2, Cavabdeh3, X9 və X10 xüsusi mülkiyyətlərinə verilmiş 0,23 hektar torpaq sahəsi bərabər paylara bölünməklə, hər bir mülkiyyətçiyə 0,032 hektar həddində müəyyən edilmiş, mərhum X7 payına düşən 0,032 hektar pay torpağı isə Cavabdeh1 Əmiraslan qızı, X11 və Cavabdeh2 arasında 3/1 nisbətdə bölünərək iddiaçı X5 payı ümumi olaraq 0,010 hektar həddində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı X1 Tamam İbrahim qızına, Cavabdeh2, X13, Məmmədova (Babayeva) Reyhan İbrahim qızına və maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna qarşı «miras əmlakdan vərəsəliyin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və paylara bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən mərhum X4na məxsus və onun mülkiyyətində olmuş miras əmlakdan vərəsəliyin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və paylara bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-80/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək ona mərhum atasından miras qalmış yaşayış evindən deyil, yalnız torpaq sahələrindən vərəsəlik payı verilmişdir. İddiaçı 2018-ci il tarixdən Qazax şəhərində yaşamışdır. Həmçinin iddiaçı X11 məhkəmə iclasında göstərdi ki, hazırda həmin evdə ona məxsus hər hansı əşya yoxdur. Göründüyü kimi iddiaçı 2018-ci ildə Qazax şəhərinə köçmüş, özünə yeni yaşayış yeri əldə etmiş və həmin vaxtdan hazırki mübahisəli evdə yaşamamışdır. İddiaçının tələbi fərdi yaşayış evinə köçürülmədir. Həmin ünvanda iddiaçıya yalnız torpaqdan miras payı verilmişdir. Köçürülmə dedikdə qanunvericilikdə yaşayış evinə köçürülmə başa düşülür. Belə ki, şəxsin yaşayış təminatı yalnız yaşayış evində mümkündür. Torpaq sahəsinə köçürülmə deyil, ondan istifadə hüququnun həyata keçirilməsi məhkəmə qaydasında təmin oluna bilər. Torpaq sahəsinə köçürülmə tələbi qeyri müəyyən olduğu üçün təmin oluna bilməz. Məhkəmə iddia tələbinin əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi otaq və bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı atasından qalmış miras əmlaklar üzrə payının müəyyən edilməsi barədə məhkəməyə müraciət etsə də ona mərhum atasından miras qalmış yaşayış evindən deyil, yalnız torpaq sahəsindən vərəsəlik payının verilməsi, mübahisəli evdə iddiaçıya məxsus hər hansı əşyanın olmaması, iddiaçının 2018-ci ildən Qazax şəhərinə köçərək özünə yeni yaşayış yeri əldə etməsi, həmin vaxtdan hazırki mübahisəli evdə yaşamaması, həmçinin iddiaçının köçürülməsini tələb etdiyi Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən yaşayış evinin hazırda kimin mülkiyyətində olması, həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair iddiaçının həçmin yaşayış evinin mülkiyyətçisi ilə notariat qaydasında bağlanmış müqavilənin olmaması sübuta yetirildiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin oluna bilməz. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-101/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-101/2025
21.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver