Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1024/2023 23.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 23 mart *973-cü ildə anadan olmuş X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X5 23 mart *9973-cü ildə anadan olmuşdur. Onun qardaşı 2004-cü ildə evdən çıxaraq bilmədikləri naməlum ünvana getmiş lakin geri qayıtmamışdır. O və bütün qohum əqrabaları, dost tanışlar illərlə onun axtarışında olmuşlar. Lakin onu tapa bilmədikləri üçün polisə müraciət etmişlər. lakin bu günə qədər artıq 20 ilə yaxındır ki, qardaşından bir xəbər ala bilməmişlər. Ona görə də 23 mart *973-cü ildə anadan olmuş X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında ərizəçi və Maraqlı şəxs nümayəndəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxs tərəfindən məhkəməyə ərizə göndərilərək iddia tələbinin təmin olunmasının və mülki işə onların iştirakı olmadan baxılıb qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin *85.6-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini izahatını dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa RPŞ tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*963-cü il tarixdə anadan olmuş və Ağstafa şəhəri Ş.Qurbanov küçəsi ev 23-də qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 sentyabr *993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X* 2* noyabr 20*6-cı il tarixdə vəfat etmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, ərizəçinin atası X6 ilə annası X* rəsmi nikahda olmuşlar. 23.03.*973-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş X2 2004-cü il tarixdən hazıradək, bununla da 6 ildən artıq müddətdə harada olması barədə məlumat yoxdur. Ona görə də şəxs ölmüş elan edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. MM-in 4*.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. MM-in 4*.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. MM-in 4*.4-cü maddəsinə əsasən həmin Məcəllənin 4*.* və 4*.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmçinin məhkəmə şəxsin ölmüş elan edilməsi qənaətinə gəldiyindən MM-in 42.*-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. MM-in 42.2-ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. MM-in 42.3-cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. MM-in 42.4-cü maddəsinə əsasən əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Mülki Prosessual Məcəllənin 3*5.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. MPM-in 3*6-cı maddəsinə əsasən ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 233, 234, 3*2- 3*6, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 23.03.*973-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş X7 ölmüş elan edilsin. 0*.0*.2004-cü il tarixi X3 ölüm günü sayılsın. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(015)-1024/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1024/2023
23.10.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver