Məhkəmə qərarları › İş №2(015)-108/2024

Ağstafa Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(015)-108/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-108/2024 07.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X*5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı atalığın və doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, 0*.*0.*994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş Cavabdeh ilə birgə nikahlarından *0 dekabr 20*3-cü il tarixdə bir oğlan (Hüseyn) uşağının və 30 iyul 20*5-ci il tarixdə bir qız (Leyla) uşağının Ağstafa rayonu Saloğlu qəsəbəsində ev şəraitində onun doğmasının müəyyən edilməsi, 2* mart 20*6-cı il tarixdə Asiya, *0 may 20*8-ci il tarixdə Sevinc, 2* iyul 2020-ci il tarixdə Sultan və 25 avqust 2022-ci il tarixdə Süleyman adlı uşaqların atasının 0*.*0.*994-cü il tarixdə Bərdə rayonu, Qaradağlı kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh olmasının müəyyən olunması və bu barədə doğum haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu, Qaradağlı kənd sakini Cavabdeh adlı şəxslə 20*3-cü il tarixdə qeyri rəsmi qaydada ailə həyatı qurmuşdur. Onunla aralarında nikah rəsmiləşməmişdir. Onunla birgə yaşadığı dövrdə altı övlad dünyaya gətirmişdir. Belə ki, *0 dekabr 20*3-cü il tarixdə Hüseyn, 30 iyul 20*5-ci il tarixdə Leyla, 2* mart 20*6-cı il tarixdə Asiya, *0 may 20*8-ci il tarixdə Sevinc, 2* iyul 2020-ci il tarixdə Sultan və 25 avqust 2022-ci il tarixdə Süleyman adlı övladları dünyaya gəlmişdir. *0 dekabr 20*3-cü il təvəllüdlü Hüseyn adlı və 30 iyul 20*5-ci il təvəllüdlü Leyla adlı övladlarının doğum faktları müəyyən edilməmiş və onların doğum haqqında şəhadətnamələri olmamışdır. Həmçinin 2* mart 20*6-cı il təvəllüdlü Asiya, *0 may 20*8ci il təvəllüdlü Sevinc, 2* iyul 2020-ci il təvəllüdlü Sultan və 25 avqust 2022-ci il təvəllüdlü Süleyman adlı uşaqların atalığı müəyyən olunmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında şəhadətnamənin verilməsindən rəsmi qaydada imtina edilmişdir. Hal-hazırda həyat yoldaşı Cavabdeh ilə ayrı yaşayır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, o, Cavabdeh ilə qeyri rəsmi qaydada Bərdə rayonunda ailə qurmuşdur. Birgə evliliklərindən 6 övladları dünyaya gəlmişdir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X** məhkəməyə ərizə verərək cavabdeh məhkəmə iclasına təkrar olaraq gəlmədiyindən həmin işə qiyabi icraat qaydasında baxılması və qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını, onun nümayəndəsini, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən İddiaçı ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq *0.*2.20*3-cü ildə doğulmuş oğlan və 30.07.20*5-ci ildə doğulmuş qız uşaqlarının həmin şöbədə qeydiyyata alınmadığı, doğum haqqında tibbi şəhadətnaməsi olmadığına görə uşaqların doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iş üzrə iddiaçı onun baldızı, həm də xalası qızıdır. Qənirə təxminən *0 əvvəl Cavabdehla qeyri rəsmi qaydada ailə qurmuş, aralarında rəsmi nikah bağlanmamışdır. Onlar ailə qurduqdan sonra Bərdə rayonunda yaşamışlar. Onların ilk 2 övladları Ağstafa rayonu, Saloğlu qəsəbəsində evdə dünyaya gəlmişdir. Daha sonra 4 uşaqları olmuş, hal-hazıra 6 uşaqları var. Təxminən * ildir ki ayrılmışlar. Cavabdeh mütəmadi olaraq spirtli içki qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X* şahid X2 eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı 20*3-cü il tarixində qeyri rəsmi qaydada ailə qurmuş, *0 dekabr 20*3-cü il tarixdə Hüseyn və 30 iyul 20*5-ci il tarixdə Leyla adlı uşaqları anadan olmuşdur. Uşaqlar tibb müəssisəsindən kənarda Ağstafa rayonu, Saloğlu qəsəbəsində ev şəraitində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmadığından Maraqlı şəxs uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi *0 dekabr 20*3-cü il təvəllüdlü Hüseyn və 30 iyul 20*5-ci il təvəllüdlü Leyla adlı uşaqlar tibb müəssisəsindən kənarda Ağstafa rayonu, Saloğlu qəsəbəsində ev şəraitində doğulmuş, bu səbəbdən iddiaçıya uşaqlarına doğum haqqında arayış verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Ona görə də məhkəmə hesab edir ki, uşaqlar nikahı olmayan anadan olduğundan, atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, doğum haqqında şəhadətnamədə onun atasının soyadının əvəzinə ananın soyadı yazılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, *0 dekabr 20*3-cü il tarixdə Hüseyn və 30 iyul 20*5-ci il tarixdə Leyla adlı uşaqların Ağstafa rayonu, Saloğlu qəsəbəsində doğulması faktı barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Hüseyn adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Mahmudov”, adı “Hüseyn”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*0 dekabr 20*3cü il”, ata qrafasında “0*.*0.*994-cü il təvəllüdlü Cavabdeh”, ana qrafasında isə “xx.xx.*997-ci ildə anadan olmuş İddiaçı” kimi, Leyla adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Mahmudova”, adı “Leyla”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “30 iyul 20*5-ci il”, ata qrafasında “0*.*0.*994-cü il təvəllüdlü Cavabdeh”, ana qrafasında isə “xx.xx.*997-ci ildə anadan olmuş İddiaçı” kimi qeyd edilməlidir. Məhkəmə digər uşaqların atalığının müəyyən edilməsi ilə bağlı tələblə bağlı aşağıdakıları qeyd edir. Qeyd olunur ki, qanunvericiliyə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Atalıq məhkəmə tərəfindən müəyyən edildikdə onun qeydə alınması yalnız məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflər 20*3-cü ildə qeyri-rəsmi qaydada ailə qurmuş, həmin evlilikdən *0 dekabr 20*3-cü il tarixdə Hüseyn, 30 iyul 20*5-ci il tarixdə Leyla, 2* mart 20*6-cı il tarixdə Asiya, *0 may 20*8-ci il tarixdə Sevinc, 2* iyul 2020-ci il tarixdə Sultan və 25 avqust 2022-ci il tarixdə Süleyman adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasında rəsmi nikah bağlanmamış, yəni hazırkı işdə olan sübutlara əsasən müəyyən olunur ki, uşaq aralarında nikah olmayan şəxslərdən (iddiaçı və cavabdehdən) doğulmuşdur. Eyni zamanda tərəflər birgə Qeydiyyat şöbəsinə müraciət etməmişlər. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbini qəbul edib-etməməsi, yəni uşağın atası olub olmaması barədə məhkəməyə hər hansı bir fikir bildirməmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkildə Cavabdeh İddiaçı və uşaqlarla görüntüsü əks olunmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli AZ-İV 762794 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan Ağstafa rayonu Saloğlu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş *8 may 2022-ci il tarixli AZ-İV 7*2035 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 2*.07.2020-ci ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan Ağstafa rayonu Saloğlu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş *8 may 2022-ci il tarixli AZ-İV 7*2034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *0.05.20*8-ci ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan Ağstafa rayonu Saloğlu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş *8 may 2022-ci il tarixli AZ-İV 7*2033 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 2*.03.20*6-cı ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında İddiaçı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri hesab olunur. Həmin Məcəllənin 45.*-ci maddəsindən görünür ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda atalıq məhkəmə qaydasında müəyyən olunur. Qeyd olunanlara əsasən, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi atalığın müəyyən olunması hissəsində də təmin olunmalı, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından anadan olmuş 2*.03.20*6-cı il təvəllüdlü X*0, *0.05.20*8-ci il təvəllüdlü X8, 2*.07.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqların atasının 0*.*0.*994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş Cavabdeh olması faktı təsdiq edilməli və uşaqların soyadı atalarının soyadına uyğun “Mahmudov(a)” kimi qeyd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 238, 24*- 242, 244 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. *0 dekabr 20*3-cü il tarixdə Hüseyn və 30 iyul 20*5-ci il tarixdə Leyla adlı uşaqların Ağstafa rayonu, Saloğlu qəsəbəsində doğulması faktı barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Hüseyn adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Mahmudov”, adı “Hüseyn”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*0 dekabr 20*3-cü il”, ata qrafasında “0*.*0.*994-cü il təvəllüdlü Cavabdeh”, ana qrafasında isə “xx.xx.*997-ci ildə anadan olmuş İddiaçı” kimi, Leyla adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Mahmudova”, adı “Leyla”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “30 iyul 20*5-ci il”, ata qrafasında “0*.*0.*994-cü il təvəllüdlü Cavabdeh”, ana qrafasında isə “xx.xx.*997-ci ildə anadan olmuş İddiaçı” kimi qeyd edilsin. İddiaçı ilə Cavabdeh faktiki nikahlarından anadan olmuş 2*.03.20*6-cı il təvəllüdlü X*0, *0.05.20*8-ci il təvəllüdlü X8, 2*.07.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqların atasının 0*.*0.*994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş Cavabdeh olması müəyyən edilsin və uşaqların soyadı atalarının soyadına uyğun “Mahmudov(a)” kimi qeyd edilsin. Qətnamə doğum qeydiyyatının aparılması, uşaqların doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra *0 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağstafa Rayon Məhkəməsinə müraciət edə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar