Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2017/2023 01.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, ərizəçi İddiaçı maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı atalığın tanınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü X3 atasının xx.xx.1978-ci il təvəllüdlü X5 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Füzuli rayon Hüseynbəyli kənd sakini xx.xx.1978-ci il doğum tarixli X7 ilə xx.xx.2001-ci il tarixdə faktiki olaraq ailə qurmuş, faktiki nigahları rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Həyat yoldaşı Habil Teymurov 17 Dekabr 2001-ci il tarixdə vəfat etmişdir. Habil Teymurovla qeyri-rəsmi nigahdan xx.xx.2002-ci il doğum tarixli X9 adında qızı var. X10 anadan olan vaxt atası X12 rəsmi nigahdan olmadığı üçün atalıq faktı təsdiq edilməmişdir. Atalığın təyin edilməsi üçün Füzuli rayon Qeydiyyat şöbəsinə etdiyi müraciətə imtina verilərək bildirilmişdir ki, atalığın müəyyən olunması faktı aidiyyəti məhkəmə tərəfindən təsdiqləndikdən sonra qeydiyyat şöbəsinə müraciət edə bilər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2002-ci il təvəllüdlü X3 doğum hqqında şəhadətnaməsi olsa da atalığın müəyyən edilməsi haqqında şəhadətnamə olmadığı üçün DSMF tərəfindən ailə başçısını itirməyə görə müavinət dayandırılmışdır. Odur ki, atalığın tanınması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti ortaya çıxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinin nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ərizəçiyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1,0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Qanununun 7.0.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənə ərdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə ailə başçısını itirməyə görə müavinət almaq hüququna malikdir. Sözügedən Qanunun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən ölvladınız Teymu'ova Nişanə Habil qızına 01,03.2020-ci il tarixilidən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2023cü il tarixinədək ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcə ləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən oldjqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağ n atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına 7 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq sdən sənədlər təqdim olunmalıdır. X1 övladınız N.Teymurovanın atası olması faktını təsdiq edən sənədi (atalığın müəyyən edilməsi haqqında şəhadətnamə) təqdim etməklə təkrar müraciətiniz əsasında onun ailə başçısını itirməyə görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. AZ-İ № 235652 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. X2, anası İddiaçıdır. AZ № 059990 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, uşağın X2 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də, İddiaçı övladı X4 münasibətdə atalıq faktının müəyyən edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10. atalığın etiraf olunması faktının; 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:
11. Azərbaycan Respublikası MPM-in 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. 11.3. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsində deyilir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. İşin faktiki hallarından görünür ki, ərizəçi atalığın tanınması faktının müəyyən edilməsi üçün sübut kimi Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ № 235652 doğum haqqında şəhadətnaməni təqdim etmişdir. Həmin şəhadətnamədə X2, anası İddiaçı qeyd olunmuşdur. Lakin atalığın müəyyən edilməsi haqqında şəhadətnamə olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ərizəçiyə ailə başçısını itirməyə görə müavinətin dayandırıldığı bildirilmişdir. İş materiallarından həm də o görünür ki, ərizəçi İddiaçı qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu verilmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçi İddiaçı şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Ərizə təmin olunsun. X1 xx.xx.2002-ci il təvəllüdlü X3 atası tanınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov