Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1260/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: atalığın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2018-ci il tarixdə doğulmuş Musayeva Elifnurun doğum şəhadətnaməsinin ata sütununda qeyd olunan cavabdeh cavabdeh2 atalığının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdə doğulmuş Musayeva Elifnurun atası kimi tanınması, uşağın soyadının Musayeva-dan Şükürova-ya, ata adının Vüsal qızı-ndan Orxan qızı-na dəyişdirilməsi, habelə müvafiq qeydiyyat aktında düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Orxan Dəmirli) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı atalığın müəyyən edilməsi tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Iddiaçı ##.##.2018-ci il tarixdə doğulmuş Musayeva Elifnurun doğum şəhadətnaməsinin ata sütununda qeyd olunan cavabdeh2 atalığının ləğv edilməsini, özünün uşağın atası kimi tanınmasını və uşağın soyadı ata adının müvafiq dəyişdirilməsini tələb etmişdir. cavabdeh2##.##.2026-cı il tarixdə notariat qaydasında təsdiqlənmiş ərizə ilə bu dəyişikliyə tam razılıq vermişdir. Iddiaçının ASAN Xidmətə (Gəncə Qeydiyyat şöbəsinə) etdiyi müraciət isə imtina ilə nəticələnmişdir. Gəncə Şəhər Məhkəməsinin hakimi X1 ##.##.2026- cı il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə (MPM-in 153.2.1ci maddəsi) imtina etmişdir. Hakim mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquqi mübahisə mövcud deyil və mübahisə ASAN Xidmətin qeydiyyatdan imtina qərarından irəli gəldiyindən iş inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qərardaddan şikayəti verən şəxs bu qərardadla tam razılaşmır və onu qanunsuz hesab edir. Hakim qərardadında Ailə Məcəlləsinin 46 və 47-ci maddələrini (doğum aktındakı qeydə etiraz institutu) təhlil etmiş, lakin iddianın həqiqi hüquqi əsasını təşkil edən 48-ci maddəni (atalığın məhkəmə qaydasinda müəyyən edilməsi, bundan fərqli, müstəqil hüquqi institut) nəzərdən qaçırmışdır. cavabdeh2 notariat qaydasında verdiyi razılıq mübahisənin yoxluğunu göstərmir, əksinə, doğum aktındakı valideyn qeydinin dəyişdirilməsinin yalnız məhkəmənin qətnaməsi ilə mümkün olduğunu, buna görə iddiaçının məhz məhkəməyə müraciət etməli olduğunu təsdiqləyir. Hakim MPM-in 153.2.1ci maddəsini yanlış tətbiq edərək iddianı yolverilməz hesab etmişdir, halbuki iddia mahiyyətcə tərəflər arasında mülki-hüquqi (ailə-hüquqi) mübahisədir və mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ali Məhkəmə Plenumunun ##.##.2015-ci il tarixli, № * saylı Qərarının 9.2-ci bəndində birbaşa göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (o cümlədən ataliğin müəyyən edilməsi) mülki məhkəmə icraatı qaydasında baxılır. Bu, vahid məhkəmə təcrübəsini formalaşdıran məcburi qüvvəyə malik izahdır və hazırkı işə birbaşa aiddir; hakim bu icbari presedentə əməl etməmişdir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Işə baxan birinci instansiya məhkəməsi ərizəni icraata qəbul etməkdən imtina edilməsi ilə bağlı öz qərarında göstərmişdir ki, iddiaçının hüquqlarının pozulması doğum haqqında akt qeydində valideyn barədə qeyd ilə bağlı şəxslər arasında mübahisədən deyil, inzibati orqanın qəbul etdiyi imtina qərarından irəli gəlir. Belə olan halda iddiaçının həmin imtina qərarını qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ vardır. Kollegiya məhkəmənin baxılan iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıda göstərilənləri qeyd edir. Belə ki, məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 4.2-ci maddəsinə əsasən Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X4rşı» ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin - iddiaçının imtina qərarını qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ vardır – mövqeyi əsaslı deyil. Çünki, yuxarıda qeyd olunduğu kimi, hazirki tələbə yəni – atalığın müəyyən edilməsi - tələbinə dair məhkəmədə mülki iddia qaydasında baxılması üçün hər hansı məhdudiyyətin olması müəyyən edilmir. Hazırkı iddia tələbi ailə hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmə icraatı qaydasında baxılır. Ona görə də, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1260/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1260/2026
02.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver